AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» ’’İrəvan – 2018’’ Hərəkatı “Monoetnik dövlət: Ermənistan” adlı dəyirmi masa keçirib
16/06/2016 Yazdır

“Beynəlxalq İnformasiya və Tədqiqatllar İnstitutu” İctimai Birliyinin (BİTİ) təsis etdiyi “İrəvan - 2018” Hərəkatı “Monoetnik dövlət: Ermənistan” adlı dəyirmi masa keçirib.

Admiral.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan toplantının aparıcısı, “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin sədri Mətanət Əsgərqızı tədbirin önəmli bir tarixdə - 15 iyun Qurtuluş günündə keçirildiyini xüsusi ilə vurğulayıb. Azərbaycan himni oxunduqdan, ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla anılıb.

Daha sora BİTİ-nin sədri və “İrəvan - 2018” Hərəkatının təsisçisi Zaur Qəriboğlu çıxış edərək təşkilatın məqsəd və vəzifələri haqqında danışıb. O bildirib ki, dəfələrlə öz əbədi və əzəli torpaqlarında yaşayan qərbi azərbaycanlılara qarşı deportasiya və soyqırımı həyata keçirən cinayətkar Ermənistan rejiminin “fəaliyyəti” nəticəsində bu gün həmin ölkədə bir nəfər də olsun digər etnosların nümayəndələri yaşamır:

“1988-ci ildə azərbaycanlılar kütləvi şəkildə öz tarixi torpaqlarından zorla köçürüldülər. Bu gün ermənilər bizə torpaq iddiası ilə çıxış edirlər. Amma onlar bir məqamı unudurlar ki, hətta onların hazırda paytaxt kimi istifadə etdikləri İrəvan şəhəri belə tarixi Azərbaycan torpağıdır. “İrəvan - 2018” Hərəkatı bu yöndə fəaiyyətlərini davam etdirəcək”.

Hərəkatın sədr müavini Oktay Hacımusalı çıxış edərək bildirib ki, bu gün dünyanı informasiya idarə edir:

“Bir çoxları informasiya müharibəsi haqqında danışır. Danışılması bir yana, informasiya müharibəsi aparılmasını deyir. Biz bilirik ki, Ermənistdanda xunta rejimidir. Hakimiyyət riçaqlarını əlində saxlamaq üçün Dağlıq Qarabağ danışıqları onsuz da uzanacaq. 4 günlük müharibə dönəmində cəbhə bölgəsində birmənalı şəkildə millətlə ordunun çox böyük vəhdətinin şahidi olduq. Həmin o kütlənin qarşısı alınmasaydı, bəlkə də bu gün o ruh yüksəkliyi ilə Qərbi Azərbaycana qədər gedərdik. Sadəcə külü bir az üfürmək lazımdır ki, köz yenidən alışsın. “İrəvan - 2018” Hərəkatı da məhz bu missiyaya xidmət edir. Burda hər kəs bir arada olmalıdır. Biz bu yöndə sosial şəbəkədə çox böyük iş aparırıq. Çalışırıq ki, hər bir siravi vətəndaş sosial media və internet resursları vasitəsi ilə hərəkatımız haqqında məlumat əldə edə bilsin. Bu məsələdə bir vahid mövqedən çıxış etməliyik”.  

Azərbaycan “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev çıxış edərək kimliyindən asılı olmayaraq, hər kəsi bu vahid ideya ətrafında birləşməyə dəvət edib:

“Bu gün Ermənistanda bircə nəfər belə olsun nəinki azərbaycanlı, heç digər millətlərin nümayəndələri də yaşamır. Bu isə regionumuz və bütövlükdə tərəqqipərvər dünya üçün olduqca təhlükəli bir haldır. Biz hamımız “İrəvan - 2018” Hərəkatının ətrafında sıx şəkildə birləşməliyik”.  

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə çıxışında ermənilərin illərdir bu yöndə çalışdıqlarını bildirib:

“Amma bu bizi ruhdan salmamalıdır. Düşmən bilməlidir ki, onun qarşısında güclü, vahid bir Azərbaycan var. Bu yöndə biz QAT olaraq “İrəvan – 2018” Hərəkatına və bu sahədə çalışan istənilən təşkilata dəstək verməyə hazırıq”.

“Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rızazadə isə çıxışında bu düşüncənin ona çox doğma olduğunu bildirib: 

“Mən də, rəhbəri olduğum təşkilat da illərdir bu sahədə çalışırıq. Ona görə də bu yöndə istənilən fəaliyyəti alqışlayırıq”.

Daha sonra “İrəvan - 2018” Hərəkatının hazırladığı “Varmıdır bu həsrətin sonu?” filmi təqdim olunub.

Sonda hərəkatın adından BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına və  BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına soydaşlarımızın öz tarixi torpaqları olan Qərbi Azərbaycandan deportasiyası ilə bağlı müraciət olunub.

1
 
1
 
1
 
1
 
1
 
1
 
1
 
1
 
1
 
1
 
1
 
1
 
1
 
1
 
1
 
1
 
1
 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8131
 GBP :  2.1057
 TRY :  0.0523
 EUR/USD :  1.0665
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft