AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» İş vaxtlarının dəyişdirilməsi yenidən gündəmə gəlir
19/07/2016 Yazdır

Bakıda nəqliyyat sıxlığının qarşısını almaq məqsədilə Bakı Nəqliyyat Agentliyi vətəndaşların işə gəlmə və çıxma vaxtlarının fərqli edilməsi ilə bağlı müvafiq qurumlara təkliflər göndərib.

Nəqliyyat Agentliyi təklif edir ki, iş vaxtları saat 08:00-dan 17:00-a və saat 09:00-dan 18:00-a qədər müəyyən edilsin. Yəni hamının eyni vaxtda - saat 18:00-da işdən çıxması ilə bağlı müəyyən dəyişiklik edilərsə, yaranan tıxacların qarşısını da müəyyən qədər almaq olar.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova Trend-ə bildirib ki, Birinci Avropa Oyunları vaxtı bir müddət bu cür növbəli iş sistemi tətbiq olundu, ancaq Bakı Nəqliyyat Agentliyi bunun daimi tətbiq olunmasını təklif edir.

Milli Məclisin deputatı Musa Quliyev də bu təklifi zəruri hesab edir.

Quliyev Trend-ə bildirib ki, bu məsələ hələ iki il bundan öncə də Milli Məclisdə qaldırılmışdı: “Bakıda tıxacların aradan qaldırılmasının bir yolu da iş vaxtlarının, o cümlədən dərslərin müxtəlif saatlara təyin edilməsidir. Vacib deyil ki, hər yerdə iş saat 09:00-da başlasın, bütün məktəblərdə dərslər saat 08:00-da, yaxud 08:30-da başlasın və eyni vaxtda da qurtarsın. Elə yerlər var ki, iş saat 07:00-da, elə yer var 09:00-da, 10:00-da başlaya bilər. Dünya ölkələrində də bu cür təcrübədən geniş istifadə olunur”.

O əlavə edib ki, bu cür təcrübənin tətbiq edilməsi nəqliyyat tıxaclarını azaltmaqla yanaşı, şəhərdə insan sıxlığının da azalmasına səbəb olar.

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov da bu təklifin səmərəli ola biləcəyini düşünür.

Ə.Hüseynov Trend-ə bildirib ki, bu cür təcrübə dünyanın bir çox yerində, Bakı kimi böyük şəhərlərdə tətbiq edilir: “Aydın məsələdir ki, tək bununla tıxac problemini tam aradan qaldırmaq olmaz, çünki tıxacı yaradan səbəblər çoxdur. Ancaq iş saatlarını müəyyən qədər fərqli etmək mümkün olarsa, hamı birdən kütləvi şəkildə yola çıxmayacaq və pik saatlarda yollarda gərginlik xeyli azalacaq”.

Ekspert hesab edir ki, özəl şirkət və təşkilatlar da bu məsələyə müsbət yanaşmalı və bu istiqamətdə ciddi təbliğat aparılmalıdır: “Bu ideya könüllü olmalıdır. Özəl şirkətlərdə iş qrafikini inzibatçılıq yolu ilə müəyyən etmək olmaz. Ona görə də təbliğat işləri aparılmalıdır ki, özəl şirkətlər də bu təklifə müsbət yanaşsınlar”.

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8198
 GBP :  2.1173
 TRY :  0.0522
 EUR/USD :  1.0705
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft