AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Hansı şəxs adlarını milli hesab etmək olar?
06/02/2016 Yazdır

Azərbaycanda ilk dəfə olaraq, şəxs adları qruplaşdırılaraq sistemləşdirilib.

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Terminologiya şöbəsinin müdiri, Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.

İstifadə etdiyimiz şəxs adlarının mənşəyinə görə müxtəlif cəhətlərə malik olduğunu deyən S.Sadıqova bildirib ki, şəxs adları mənşəcə iki qrup üzrə formalaşdırılıb. Bunlardan biri xalis Azərbaycan, yəni milli adlar, digərləri isə alınma şəxs adlarıdır.

S.Sadıqova deyib ki, xalis Azərbaycan adları qrupuna daxil olan adlar dilimizin öz sözləri və qanunları əsasında tarixən formalaşıb. Bu qrupa daxil olan adlara Yaşar, Solmaz, Sevil, Sevinc, Gülüş kimi adları nümunə göstərmək olar.

Azərbaycan adlarının meydana gəlməsinin özünəməxsus yolları olduğunu deyən S.Sadıqova qeyd edib ki, Azərbaycanda Qacar, Əfşar, Bayat, Əfşan, Oğuz, Əfqan kimi adlar xalq, nəsil adları ilə bağlı əmələ gələn şəxs adları hesab edilir.

Onun sözlərinə görə, Azərbaycanda qohumluq, əqrəbalıq anlayışları ilə bağlı onlarla şəxs adı yaranıb ki, bu qrupa daxil olan adlara da Nənəxanım, Ataxan, Ağabacı, Ağaəmi, Atakişi, Ağababa və başqalarını misal göstərmək olar.

Fərəh, Arzu, Sevil, Səadət, Nəhayət, Amal, Yetər, Sevindik, Kifayət, Tamam, Qızbəs, Alim ailənin istək və münasibətilə bağlı şəxs adları, Altay, Qafqaz, Qoşqar, Himalay, Savalan, Misir, Təbriz, Şirvan, Elbrus, Asiya, Mədinə, Fərqanə, Tehranə, Tehran yer adları ilə bağlı şəxs adları sayılır:

“Su obyektlərinin adları ilə bağlı şəxs adlarına Dərya, Dəniz, Damla, Ümman kimi adları misal göstərmək olar. Bu əsas sözlərdən yeni şəxs adları da yaradılıb ki, bunlar Dəryanur, Nurdərya, Ümmagüldür. Xəzər, Araz və s. kimi adlar isə konkret su obyekti adlarından yaranan adlar sayılır”.

S.Sadıqova qeyd edib ki, dilimizdə Zöhrə, Hilal, Ülkər, Ulduz, Günay, Aynur, Aytən, Aygün, Aygül adları fəza cisimlərinin adları əsasında meydana çıxıb. Nizami, Füzuli, Nəsimi tarixi şəxsiyyətlərin adı ilə, Brilyant, Zümrüd, Gümüş, Füruzə, Almaz, Yaqut, Mirvari daş-qaş adları ilə bağlı yaranan şəxs adları hesab edilir.

Alim alınma şəxs adlarının işlənmə tarixinin qədim olduğunu da açıqlayıb: “Azərbaycanlılar qədim dövrlərdən başlayaraq bir çox xalqlarla qonşuluq münasibətində olub və uzun müddət eyni dövlət tərkibində yaşayıblar. Buna görə də bir çox adlar Azərbaycan dilindən başqa dillərə, o cümlədən başqa dillərdən Azərbaycan dilinə keçib”.

S.Sadıqova deyib ki, fars ad sistemində xalis türk mənşəli Aslan, Bəylər, Balaş, İlxan (Elxan), Tərxan, Ceyran, Gəlin kimi adlar var: “Bu baxımdan Azərbaycan dilində də bir sıra fars adlarının olması təbiidir. Azərbaycan dilində fars antroponimlərinin əksəriyyəti klassik poeziyadan, xüsusən Firdovsinin “Şahnamə” dastanından gəlir.

Firudin, Firəngiz, Rüstəm, Əfrasiyab, Səyavuş , Firdovsi, Hafiz, Xəyyam kimi adlar buna nümunədir. Qədim İran, Midiya və türk dillərinin bizim ərazidə eyni qaynaqlardan bəhrələndiyini nəzərə alsaq, bir sıra fars adlarının, əslində, bizimlə ən azından müştərək olduğunu unutmamalıyıq”.

O, əlavə edib ki, məişətimizdə ərəb adları əvvəllər olubsa da, İslam dini onların sayının dəfələrlə artmasına səbəb olub: “Ağqoyunlu dövlətində Sara xatun, Xədicə bəyim, Uzun Həsən, Uğurlu Məhəmməd adları bu baxımdan səciyyəvidir. Uzun müddət hesab etmişik ki, şəxs adı mənaca açıq-aydın yox, sirli, əsrarəngiz olmalıdır. Belə əqidə isə yad mənşəli adların doğmaları sıxışdırmaq imkanını bir az da artırıb.

Bu səbəbdən bizdə əvvəllər Günəş adı yox dərəcəsində idi. Amma ərəbcə Şəmsi, Şəmsiyyə, Şəmsəddin, farsca Afitab, Xurşid var idi. İndi geniş şəkildə işlənən “ay” komponentli Aynur, Aytən, Aygün, Aysel adları əvəzinə ərəbcə Qəmər, farsca Mehparə, Məhliqa, Mahtaban, Mahrux adları verilirdi.

İş o yerə gəlib çatmışdı ki, qızlarımıza sadə, anlaşıqlı Göyərçin əvəzinə farsca Kəbutər, Ulduz əvəzinə Kövkəb adı qoyulardı. Halbuki bir qayda olaraq, farslar Kəbutər, ərəblər Kövkəb adlarını qoymurlar”.

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8109
 GBP :  2.1183
 TRY :  0.0525
 EUR/USD :  1.0652
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft