AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Haqsız müqavilə şərtlərindən necə qorunmaq olar?
20/08/2014 Yazdır

Gündəlik həyatımızda bir çox məsələlərlə bağlı müqavilələr bağlayırıq. Bu müqavilələr bəzən bizə müxtəlif problemlər yarada bilir.

Trend-in məlumatına görə, Bakı Hüquq Mərkəzinin (BHM) hüquq məsləhətçisi vəkil Dünyamin Novruzov mətbuata açıqlamasında belə hallardan qorunmaq üçün bir sıra dəyərli məsləhətlər verib. Hüquqşünas bildirir ki, müqavilə azadlığı prinsipi müqavilə bağlamaq və ya bağlamamaq azadlığı ilə yanaşı şəxslərin müqavilənin şərtlərini müstəqil şəkildə müəyyənləşdirməkdəki sərbəstliyini də ehtiva edir.

Müqavilə azadlığı mütləq azadlıq deyil və qanunla müəyyənləşdirilmiş qaydada məhdudlaşdırılması mümkündür. Ümumi sözlərlə desək, belə məhdudiyyətlər tərəflərin kifayət qədər məlumatlı olmamaları və ya tərəfin öz maraqlarının təmini üçün yetərli müzakirə gücünün olmaması ilə bağlı olur.

Vəkil vurğulayıb ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyi müəyyən hallarda məhkəmənin haqsız müqavilə şərtlərinə müdaxilə etməyə imkan verir. İstehlakçılarla bağlanan müqavilələrdə onların haqsız müqavilə şərtlərinə qarşı qorunması mühüm əhəmiyyət kəsb edir. Çünki istehlakçının yalnız satılan malın, təqdim edilən xidmətin (işlərin) xüsusiyyətləri baxımından (məsəslən, malın lazımı keyfiyyətdə olması, təhlükəsiz olması və s.) müdafiəsi kifayət deyil.

İstehlakçı həm də mal və xidmətləri (işləri) əldə etmə şərtlərini müəyyənləşdirən, tərəflərin hüquq və öhdəliklərini nizama salan müqavilə mətnlərinə qarşı da qorunmalıdır. Təklif etdiyi müqaviləni əvvəlcədən hazırlayan və istehlakçıya müzakirə şansı və imkanı vermədən imzalatdıran satıcı (icraçı) bununla da həmin müqaviləyə tamamilə özünü xeyrinə olan şərtləri daxil edəcəkdir. Nəticədə istehlakçılar qanunla onlara verilmiş hüquqlardan müqavilə bağlamaqla könüllü şəkildə imtina etmiş kimi qəbul olunacaq və öz hüquqlarını həyata keçirə bilməyəcəklər.

"Digər tərəfdən, istehlakçıların təşkilatlanmış istehsalçıların, satıcların və ya kredit təşkilatlarının qarşısında istər iqtisadi, istər savad, istərsə də, müzakirə gücü baxımından zəif olması faktı da nəzərdən qaçırılmamlıdır. Başqa sözlə, əksər hallarda istehlakçının təklif edilmiş müqaviləni oxumağa vaxtı belə olmur; hətta vaxtı olsa və oxusa belə, istehlakçı böyük ehtimalla həmin müqavilə şərtlərini başa düşməyəcəkdir. İstehlakçı müqavilənin şərtlərini başa düşsə belə, həmin şərtlərə qarşı etirazını ifadə edə bilmir, çünki əks halda, təklif edilən maldan (xidmətdən, işdən) faydalana bilmir. İstehlakçının başqa satıcının yanına getsə də, eynilə belə şəraitlə qarşılaşacağı aydındır."- deyə D.Novruzov bildirib.

Hüquqşünas bildirir ki, AR Mülki Məcəlləsində haqsız müqavilə şərtinin anlayışı verilməmişdir. AR MM-in 417-420-ci maddələri haqsız şərti təklif etmiş tərəfin dəfələrlə istifadə üçün əvvəlcədən birtərəfli qaydada müəyyənləşdirdiyi və müqaviləyə daxil etdiyi, lakin etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi - istehlakçı üçün zərərli olan şərt kimi xarakterizə edir. AR MM-də haqsız müqavilə şərtlərinin qəti olmayan siyahısı verilmişdir ki, bu da, haqsız müqavilə şərtləri ilə bağlı hər hansı mübahisəyə baxan məhkəməyə müəyyən qədər kömək edəcəkdir.

Vəkil D.Novruzovun sözlərinə AR MM istehlakçıların haqsız müqavilə şərtlərinə qarşı qorunmasında mərhələli yoxlama (nəzarət) mexanizmi müəyyənləşdirmişdir. Belə ki, ilkin olaraq müqavilə tərəflərinin haqsız olması iddia edilən şərti bilavasitə müzakirə edib-etməməsi, sonra həmin şərtin müqavilənin tərkib hissəsinə çevrilib-çevrilməməsi, daha sonra sözügedən şərtin etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərli olub-olmaması araşdırılmalıdır. Aparılmış araşdırmanın nəticəsində müqavilə şərtinin haqsız şərt olmasına qərar verildikdə, AR MM-in etibarsız əqdlərin nəticələri ilə bağlı müvafiq müddəaları tətbiq edilir.

"Sonda təəssüf hissi ilə qeyd emək lazımdır ki, ölkəmizdə istehlakçı hüquqlarının müdafiəsi lazımı səviyyədə deyil. Bu sferada məhkəmə təcrübəsinə demək olar ki, rast gəlinməməkdədir. Bunun iki əsas səbəbi vardır. Birincisi, istehlakçıların bilik səviyyəsi müqavilədəki şərtin haqsız şərt olmasını əsaslandırmaq üçün yetərli deyil. İkincisi, məhkəmələrimizin müqavilədən (məsələn, bank və istehlakçı arasındakı kredit müqaviləsi və s.) irəli gələn mübahisələrdəki mövqeyi əksər hallarda "müqavilə müqavilədir, şərtlərinə əməl edilməlidir" kimi olur. Başqa sözlə, bu növ mübahisələrin özü belə məhkəmələrimiz üçün kifayət qədər yenidir" -deyə vəkil bildirib.

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8399
 GBP :  2.1472
 TRY :  0.0526
 EUR/USD :  1.0823
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft