AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Hikmət Hacıyev: “Ermənistan rəhbərliyi yenə də destruktiv siyasət yürütməklə məşğuldur”
24/05/2016 Yazdır

“Mayın 16-da Azərbaycan və Ermənistan prezidentləri və ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinin xarici işlər nazirlərinin Vyana görüşündən sonra Ermənistan rəhbərliyi və xarici işlər naziri elementar diplomatik etikaya sığmayan şəkildə görüşün mahiyyətini təhrif etməyə yönəlmiş söz yarışındadır”.

Bu barədə XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan xarici işlər naziri E.Nalbəndyanın “Azadlıq” radiosuna müsahibəsini şərh edərkən deyib.

Onun sözlərinə görə, münaqişənin həlli üzrə ciddi və konstruktiv danışıqlara başlamağa zəmin yaratmaq üçün Azərbaycan Vyana görüşündə atəşkəs rejiminə dair müsbət mövqeyini bildirib: “Bütün beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən qəbul olunur ki, münaqişənin həlli üzrə hərtərəfli prosesin tərkib hissəsi kimi qəbuledilməz və qeyri-davamlı olan status-kvo dəyişdirilməli, Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır. 

Zahirən belə təəssürat yaranır ki, Ermənistan xarici işlər naziri ya Vyana görüşünün mahiyyətini başa düşməyib, ya da qəsdən özünü bilməmizliyə vurur. Təsadüfi deyildir ki, Vyana görüşündən sonra əsasən daxili tələbata yönəlmiş cəfəng açıqlamalar yarışında olan Ermənistan xarici işlər naziri Vyana görüşünün əsas qayəsi olan hərtərəfli sülh prosesinin başlanmasına bir dəfə belə toxunmayıb.

Rəsmi Yerevan yenə də hər vəchlə iyun ayında münaqişənin həlli üzrə hərtərəfli siyasi prosesə başlamağa mane olmağa yönəlmiş destruktiv siyasət yürütməklə məşğuldur. Xalqı sülhə hazırlamaq əvəzinə Ermənistan rəhbərliyi nifrət və şovinizm ritorikasını daha da gücləndirir”.

Hikmət Hacıyev qeyd edib ki, Vyana görüşündən sonra Rusiya xarici işlər naziri Serqey Lavrovun açıqlamasına münasibət bildirən Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov vurğulamışdı:

“Vyanada Keçirilmiş danışıqlar münaqişənin həllinə dair bəlli olan mərhələli yanaşma əsasında substantiv danışıqlara başlamaq üçün yaxşı imkanlar yaradır. Bu danışıqlar mümkün olan ən tez bir zamanda başlamalı və regionun əhalisi və beynəlxalq ictimaiyyətin çoxdan gözlədiyi əsaslı nəticələr hasil edilməlidir”./apa/

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8082
 GBP :  2.1115
 TRY :  0.0522
 EUR/USD :  1.0636
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft