AZ TR RU EN
»Сделать стартовой »Добавить в избранное »Добавить на сайт »архив
Главная ФОТО ГАЛЕРЕЯ ВИДЕО ГАЛЕРЕЯ Контакт
     
ГОРЯЩИЕ :      Армения должна принять предложение Азербайджана      В Доме Азербайджана в Киеве прошла акция помощи жителям украинской столицы     Азербайджан и Турция подписали протокол об интеграции систем "Зеленая карта"     Президент Ильхам Алиев прибыл с рабочим визитом в Турцию     В Санкт-Петербурге будет воздвигнут памятник Узеиру Гаджибейли     Азербайджан представлен на Международной книжной выставке в Египте     В Армении арестовали шесть возвращенных Азербайджаном военнослужащих     В Баку открылась «Ярмарка победы»     Страны Тюркского совета укрепляют сотрудничество между генпрокурорами     Генпрокуроры Турции и Азербайджана провели переговоры в Анкаре     Президент Азербайджана не исключил открытия ж/д из России в Армению     Министр обороны Азербайджана: Турецкая армия - одна из самых сильных в мире     Турецкая техника по разминированию прошла испытания в Азербайджане     Вооруженные силы Армении 21 раз нарушили режим прекращения огня     Экспорт из Стамбула, Анкары и Измира в Азербайджан превысил $800 млн     Министерство обороны: Враг всегда испытывает страх перед азербайджанским солдатом     На заседании ЮНЕСКО в Париже армянская делегация совершила провокацию     Азербайджан наладит сотрудничество с Литвой в рамках программы TRACECA     Армия Армении, используя крупнокалиберные пулеметы, 22 раза нарушила режим прекращения огня     
Hовости В мире Последние новости Экономика Политика Диаспора Спорт Культура
YAZARLAR İbrahim NƏBİOĞLU
12
14
16
18
16/06/2017 15:22
100-DƏN BÖYÜK RƏQƏM VARMI?

Böyük qızım Boğaziçi universitetindən məzun olanda bütün ailə məzuniyyət mərasiminə getmişdik. 

Universitet stadionu dolub daşırdı. Xoşbəxt ailələr həyəcanla mərasimin başlanmasını, sevincli məzunlar isə səbirsizliklə “kep”lərini havaya fırladacaqları anı gözləyirdilər. 

Mən isə həm də rektor, professor Kadri Özçaldıranın təbrik nitqini – görən bu tanınmış fizik nələrdən danışacaq, tələbələrinə nə nəsihətlər verəcəkdi. Kürsüyə çıxan rektor gözlənilənin əksinə çıxış etmək yerinə məzunlardan üzr istəməklə kifayətləndi:

“Bizi bağışlayın, dünən sizə öyrətdiklərimiz artıq köhnəlib, onları unudun”. 

Rektorun titrək səslə söylədiyi son sözləri təsirli idi:“Sizə düşünməyi və araşdırma aparma həvəsini öyrədə bilmişiksə, biz dünyanın ən bəxtəvər müəllimləriyik”.

Bəlkə də dünyadakı ən qısa, amma ən anlamlı məzuniyyət çıxışı idi bu. Bu çıxışın ardınca “kep”lər havada uçuşmuşdular. 

O gün, o sevincli günümdə müasir təhsil sistemləri haqda düşünmüş, türk və Qərb sistemlərini müqayisə edib, nə qədər geri qaldığımıza üzülmüşdüm. 

Təəssüf ki, o üzüntü günü bu gün də davam etməkdədir. Elm və texnika isə elə sürətlə inkişaf edir, biliklər elə tezliklə yenilənir ki, təhsil də bundan nəsibini alır…

* * *

Babaları Yaponiyadan Amerikaya 1906-cı ildə San-Fransisko zəlzələsinə yardım üçün gəlmişdilər. Atası da özü kimi Kaliforniyada doğulmuşdu. Məktəbliykən şahmat turnirində ünlü fizik E.Teller tərəfindən kəşf edilmiş, Hers fondunun təqaüdünə layiq görülmüşdü. Başdöndürücü bir karyera yapmışdı — Fərqlənmə ilə əfsanəvi Harvard universitetindən məzun olmuş, Berklidə çalışmış, Prinstonda mühazirə oxumuşdu.

Bu gün Nyu York Siti kollecinin professoru olan 1947 təvəllüdlü Mitio Kaku dünyanın ən tanınmış fiziklərindən biri, futuristi və “Gələcəyin fizikası”, “İmkansızlığın fizikası”, “Supersimlər nəzəriyyəsinə giriş” kimi intellektual bestsellerlərin müəllifidir. 

O, zəmanəmizin ən tanınmış elm populyarizatoru və təbliğatçılarından biridir. Dünyanın quruluşu haqdakı kitabları, televiziya və radio çıxışları, çəkdiyi sənədli filmlər, “Discovery” kanalındakı proqramları Kakuya dünya şöhrəti gətirib. “Nyu York Tayms” qəzeti onu Nyu Yorkun ən ağıllı adamı seçib. Elm aləminin ən görkəmli şoumenidir həm də Kaku.

Kakuya heyranlığım onun Eynşteynin başladığı məşhur “Hər şeyin nəzəriyyəsi” araşdırmaları ilə tanışlıqdan sonra olmuşdu. “Hər şeyin nəzəriyyəsi” kainatın 4 fundamental gücünü birləşdirməli idi – qravitasiya, elektromaqnetizm, “böyük güc” və “kiçik güc”. Kaku da Eynşteynin izindən gedərək fizikanın nəhayi məqsədinin təbiətin bütün qüvvələrini birləşdirən universal riyazi düsturun tapılması olduğunu düşünür. Bununla da o, Tanrının Əqlini oxumağın mümkün olacağını iddia edir. Gəldiyi nəticə də belədir:”Fiziklər yeganə alimdirlər ki, “Tanrı” kəlməsini utanıb qızarmadan tələffüz edə bilərlər”.

Kakuda ən çox təhsillə bağlı fikirlərini sevmişdim. “Gələcəyin fizikası” kitabında o, XXI əsrdə məktəblərin artıq “əzbərçilər” tirajlamayacağını yazır. İnternet var ikən beynin lüzumsuz informasiya ilə yüklənməsini absurd sayır, “Əgər məlumatı əldə edirsənsə, ağıl və zəka analiz etməyə, arqumentləri müdafiə etməyə yönəlməlidirlər” deyir.

Görkəmli futuristə görə yaxın illərdə imtahanlar yığışdırılacaq, hətta və hətta get-gedə heç müəllimlərə də ehtitac qalmayacaq, “Biz daha avtonom yaşayacaq, öz həyatımızla bağlı üzərimizə daha çox məsuliyyət götürəcəyik” kimi fikirlər söyləyir. “Nəzarətedici orqanlara” ehtiyac qalmayacağını, insanların özlərini maarifləndirəcəyini, üstəlik nəyi öyrənib öyrənməməyə də özlərinin qərar verəcəklərini bildirir. Ehtiyac olduğunda köməyə “ağıllı divar”lar gələcək. Süni intellektlə çalışan bu “divar”lar evlərdə, ofislərdə, küçələrdə qurulacaqlar. Kaku bu sistemlərin sadəcə təhsildə deyil, tibbdən hüquqa, psixologiyaya qədər geniş sahələrdə tətbiq ediləcəyini yazır.

Amerikalı fizik online-kursların təhsildə önəmli bir yerə sahib olacağını deyir, baxmayaraq ki, insanlar hələ ki fərdi çalışmaqdan hürkürlər. Online-kurslar universitetləri tamamən sıxışdırıb silməyəcəklər. Sonuncular əsasən virtual olaraq fəaliyyət göstərəcəklər. Yaxında auditoriyada oturanlara uğursuz tələbə kimi baxıb, “Onlar öz təhsillərini özbaşlarına qura bilməyiblər” deyəcəklər. Zaman içində universitet diplomları da mənasız kağız parçasına çevriləcəkdir. Onların yerini konkret sahə üzrə qabiliyyət dərəcəsini təsdiqləyən sertifikatlar tutacaq.

Mitio Kaku kreativlik, təxəyyül, təşəbbüs və liderlik keyfiyyətlərinin ən tələb görən göstəricilər olacağını deyir. Dünya artıq intellektual sərmayeyə önəm verəcək. Kakuya görə kənd təsərrüfatına bel bağlayan millətlər gələcəkdə kasıblığa məhkumdurlar. Gələcəkdə perspektivli sahələr biotexnologiya, nanotexnologiya və süni intellekt sahələri olacaq. Fabriklərdə canlı işçi qüvvəsi qalmayacaq.

Onun fikrincə insanın əsas problemi geriyə — kütləyə baxmaq, onsuz bir addım ata bilməməkdir. Bu inert insan fərqli olmaqdan çox qorxur, illah da birinə bənzəmək istəyir. Ona görə də mövcud təhsil sistemi gələcək üçün deyil, keçmiş üçün kadr hazırlayır. Bu təhsil adamı səhər qalxıb işə getməyə öyrədir. Halbuki o iş artıq yoxdur, dünya başqa dünya olub.

* * *

Mitio Kaku kimilər bu inqilabi düşüncələrlə modern ölkələrə yeni bir şəkil verirlər. Bəs biz hardayıq? Biz nə ilə məşğuluq? Biz isə bütün güc və enerjimizi idmana yönəltmişik. Yeni texnologiyalara, Silikon vadilərinə deyil, idman yarışlarına, idman məktəblərinə milyonlar xərcləyirik. Hər məsələdə olduğu kimi ifrata qaçırıq. Əvvəllər fizik, kosmonavt, həkim, prokuror, axır vaxtlar da jurnalist olmaq dəb idi bizdə. İndilərdə isə kimi dindirirsən uşağını idmançı eləmək istəyir. İdmançıya, jurnalistə dövlət binalar tikir, mənzillər verir, pul verir. Amma gənc fizik və riyaziyyatçılara verilmir, elm, irfan təşviq olunmur. Bu beyinlər olmasa ölkəmizi necə təhlükələr gözləyir, bunu heç düşünürükmü?

Ümumiyyətlə, bu sovetdənqalma ev paylamalar, fəxri adlar, orden və medallar – insanı “boğaz” edən, dilini qısaldıb gözünü kölgəli salan “köhnəliklər” davam etdikcə önümüzdə bizi cəhalət gözləyir…

* * *

Kasıb bir adam ailəsini doyurmaq üçün ipək xalçasını satmaq istəyir. Bir varlı xalçanı bəyənir və qiymətini soruşur. Zavallı adamcığaz da 100 dirhəm deyir. Varlı tərəddüd etmədən xalçanın pulunu verir. Kasıb evinə çörək aparacaq deyə sevinir. Varlı adam isə kasıba deyir ki, heç bilirsənmi bunun əsil qiyməti nədir. Sonra da əda ilə ‘’3 000’’ deyir. Kasıb məyus olur. Zəngin də soruşur ki, bəs niyə 100 dirhəmə satdın? Adamcığaz da qayıdır ki, bildiyim ən böyük rəqəm 100 idi çünki…

Bilkent universitetindən bir araşdırmaçı “Dilin anlam zənginliyi və anlam dərinliyi inkişaf etmədikcə o dil ilə görülən işlərin sayı artmayacaqdır” deyir.

XX əsrin ən böyük filosoflarından Lüdviq Vitgenşteyn (Ludwig Wittgenstein, 1889 – 1951) ”Dilimin sərhədləri dünyamın sərhədləridir” demişdi. Danışıq dili 150-200 kəlmə/dəqiqə, oxuma dili isə 200-250 kəlmə/dəqiqə ikən, düşünmə dili 1300/1800 kəlmə/dəqiqə səviyyəsindədir. Belə olan halda kifayət qədər söz, anlam, qavrama sahib olmayan beyin bu sürətli dünya ilə ayaqlaşa bilməz.

Qısacası, 200 kəlmə ilə düşünən 2000 kəlmə ilə düşünəni anlaya bilməz. ‘’Dilin qədər varsan’’ yəni.

Sanki bilərəkdən 100-dən böyük rəqəm bilməyən, 200 kəlmə ilə danışan insanlar yaradırıq…

Dilimiz qədər varıq…

Önceki Yazılar :
 
прогноз погоды
Цены
 USD :  1.7
 EUR :  1.8198
 GBP :  2.1173
 TRY :  0.0522
 EUR/USD :  1.0705
АВТОРЫ
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ТОП На этой неделе | в этом месяце
Statistics
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft