AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» “İkinci Qarabağ müharibəsi hər an başlaya bilər”
04/10/2015 Yazdır

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində son zaman baş verən insidentlər intensiv xarakter alıb.

Sutka ərzində atəşkəsin mütəmadi olaraq pozulması cəbhəyanı ərazilərdə məskunlaşan mülki əhalinin də həyatını təhlükə altına atıb.

Həmçinin, 2014-cü ilin avqust hadisələrindən sonra hər an müharibə təhlükəsinin olacağı istisna edilmir.   

Bir sözlə, cəbhə bölgəsində vəziyyət yenidən gərginləşib. Son iki həftədə Azərbaycan tərəfi 4 şəhid verib. Hətta, vəziyyət o həddə çatıb ki, cəbhədə artilleriya silahlarından istifadə olunur.

Belə ki, Azərbaycan ordusu düşmən təxribatlarına cavab olaraq işğal altındakı Ağdərə rayonunda yerləşdirilən erməni hərbi hissələrini raket-artilleriya zərbələri ilə atəşə tutub.

Bütün bunlar ikinci Qarabağ savaşının başlanmasına gətirib çıxara bilərmi?

Hərbi ekspert Üzeyir Cəfərov modern.az-a açıqlamasında bunun mümkünlüyünü istisna etməyib.

“İkinci Qarabağ savaşı istənilən an başlaya bilər və bunu heç kəs unutmamalıdır. Çünki torpaqlar işğal altındadır. Danışıqlar prosesində də Azərbaycan sonsuzluğa qədər dözmək fikrində deyil. Bunu Azərbaycan tərəfi dəfələrlə bəyan edib. Ermənistan tərəfi də bunu çox yaxşı anlayır.

Nə qədər ki, Dağlıq Qarabağ problemi öz həllini tapmayıb istənilən an genişmiqyaslı hərbi əməliyyatların başlanması mümkündür və labüddür. Çünki Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək üçün bütün mümkün variantlardan istifadə edəcək və bu, heç kimə sirr deyil.

Azərbaycanın siyasi və hərbi rəhbərliyi dəfələrlə bəyan edib ki, Azərbaycan bu vəziyyətlə barışmayacaq, öz ərazi bütövlüyünü bərpa edəcək. Ermənistan tərəfi hər vəchlə son vaxtlar təxribatların miqyasını genişləndirir. Əvvəllər avtomat və pulemyotlardan atəş açılırdısa, indi artilleriyadan da atəş açılır”.

Amma hərbi ekspert lap yaxın zamanlarda hansısa genişmiqyaslı əməliyyatların başlanmasını düşünmür.

“Bəlkə də lokal xarakterli, qısamüddətli ola bilər. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanının göstərişinə əsasən, qərar qəbul edəndən sonra artıq Ermənistan çıxılmaz vəziyyətini görüb Azərbaycanın şərtləri ilə razılaşmağa məcbur olacaq. Azərbaycan dövləti isə ya danışıqlar yolu ilə, ya da bu vəziyyəti axıra çatdırmaq üçün digər varianta əl atacaq. Əslində bizə bir-iki gün kifayətdir ki, ərazi bütövlüyümüzü bərpa edək”.

Üzeyir Cəfərov deyir ki, Ermənistanda vəziyyət qarışıb və ölkə rəhbərliyi daxili problemlərdən diqqəti yayındırmağa çalışır:

“Ermənistan prezidenti Sərkisyana Nyu-Yorkda BMT tribunasından haqlı olduğumuz halda bizi günahlandırmaq üçün hay-küy qoparmaq lazım idi. Ermənistanın canfəşanlığını başa düşmək olar. Çünki Ermənistanda gərgin vəziyyət yaranıb. Etiraz aksiyaları başlayıb.

Ona görə də diqqəti daxili problemlərdən yayındırıb cəbhə bölgəsinə yönəldiblər. Bunun da xeyri yoxdur. Azərbaycan müstəqil dövlətdir. Bütün dünya dövlətləri bunu çox yaxşı başa düşür. Hətta Ermənistanın havadarları da bunu bilir”.

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8152
 GBP :  2.1198
 TRY :  0.0523
 EUR/USD :  1.0678
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft