AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» İran mediasının ‘anti-türk’ təbliğatı ilə bağlı narahatlıq var
15/02/2018 Yazdır

Güney Azərbaycanda fəaliyyət göstərən mədəni fəallar İran mediasında gedən “anti-türk” təbliğatı tənqid edirlər. Son vaxtlar İran televiziyasının yayımladığı “Səttar Xan” serialı, həmçinin “Qanun” və “Şərq” qəzetlərində dərc olunan məqalələrə geniş təpki var.

Bu yaxınlarda Tehranda yayımlanan Qanun qəzetində dərc olunan bir məqalədə Azərbaycan şəhərlərində türk dilinin aradan qaldırılması və İran əhalisinin vahid dil və vahid bayraq altında birləşdirilməsi təşviq edilib.

Məqalədə yazılıb ki, “Urmiyə, ya digər şəhərlərdə farsca danışan uşaqları görəndə, bundan narahat olmamaq lazimdir. Bu, milli siyasətlərin uğurlu olduğunu göstərir.”

Qəzetdə həmçinin “türk” sözündən istifadə edənlər sərt bir dillə tənqid edilib:

“Türk dili ifadəsindən istifadə etmək doğru deyil. Çünki Azərbaycan əhalisi türk deyil, azəridillidir. Türk sözündən istifadə etdiyimiz zaman istər-istəməz Azərbaycan əhalisinin türk soyundan olduğunu da qəbul etmiş oluruq. Bu da tam olaraq düşmən qüvvələri və bölücülərin etdiyi təhrifdir.”

Urmiyədə fəaliyyət göstərən Yol Press adlı internet portalı “Qanun” qəzetində yazılanları həm İran konstitusiyası həm də beynəlxalq hüquqa görə qanun pozuntusu hesab edib.

Türk fəallar Qanun qəzetinə təpkilərini sosial mediada sərgiləyiblər.

​Tanınmış türk dil haqları fəalı Səid Mətinpur məqalədə yazılanların irqçilik olduğunu önə çəkib. O, həmçinin yazıb ki, “təsəvvür edin bir xəyali hekayənin içindəyik və Təbrizdə türk dilində yayımlanan bir qəzetin üst sütununda yazılıb ki, İranda fars dili məhv edilməlidir və farslar türkcə danışmalı, özlərinə də türk deməlidirlər!”

Bu günlər, həmçinin İran televiziyasında yayımlanan və Məşrutə Hərəkatının qəhrəmanı Səttar Xanın həyatını təsvir edən “Səttar Xan” teleserialı təpkilərə səbəb olub.

Teleserialda tarixin təhrif edildiyini önə çəkən türk fəallar serialın anti-türk və anti-Azərbaycan müəlliflər tərəfində hazırlandığını yazırlar.

Təbrizli rejissor Qurbanəli Tahirfər “Anaj” agentliyi ilə müsahibədə Səttar Xan serialında izləyicinin şüurunun təhqir edildiyini qeyd edib.

“Səttar Xanın evində onun həyat yoldaşının Şahnamə oxuyaraq təsvir edilməsi izləyicinin şüuruna ən dərin təhqirdir. Məntiq deyir ki, Səttar Xanın həyat yoldaşı evində Bayatı oxusun və ya Nəbati və Füzulinin şeirlərini uşaqlarına oxusun,” deyə rejissor söyləyib.

Müəllifi 10-11-ci əsrlərdə yaşayan böyük Fars şairi Firdovsi olan Şahnamə Fars-İran millətçiliyini formalaşdıran bir əsər hesab edilir./amerikaninsesi/

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8399
 GBP :  2.1472
 TRY :  0.0526
 EUR/USD :  1.0823
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft