İranda həbsdə olan tanınmış azərbaycanlı jurnalist Səid Mətinpurun həyat yoldaşı aclıq aksiyasını dayandırıb.
APA-nın “Oyannews” istinadən verdiyi məlumata görə, Ətiyyə Tahiri bunu aprelin 23-də bir qrup azərbaycanlı fəalın təkidli xahişindən sonra edib.
Lakin S.Mətinpur hələ də aclıq aksiyasını davam etdirir.
Qeyd edək ki, aprelin 17-də Tehranın Evin həbsxanasında baş vermiş toqquşma zamanı S.Mətinpur rezin dəyənəklə döyülüb.
S. Mətinpur 2007-ci ildə tutularaq 9 ay təcridxanada saxlanılıb. Girov müqabilində məhkəməyə qədər sərbəst buraxılıb. 2009-cu ilin iyulunda keçirilən məhkəmə prosesində isə 8 il müddətinə azadlıqdan məhrum edilib.
O, əcnəbilərlə əlaqəyə girərək İranın dövlət quruluşuna qarşı təbliğat aparmaqda təqsirləndirilib.
|