AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» İranın “Şərq” qəzeti qondarma DQR-nı müstəqil ölkə kimi təqdim edib
05/12/2017 Yazdır

İran rejiminin iki il öncə Azərbaycanın Nardaran qəsəbəsində polis əməliyyatı zamanı öldürülən islamçı ekstremistlərlə bağlı Zəncan, Təbriz, Ərdəbil və Qum şəhərində keçirdiyi anım mərasimindən bir neçə gün keçməmiş, bu ölkənin “Şərq” qəzeti Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı təxribat xarakterli məlumat yayıb.

Panfarsist məktəbinin mətbuat orqanı kimi qəbul olunan qəzetin müxbiri dekabrın 2-də özünü qondarma Dağlıq Qarabağ Respublikasının (DQR) xarici işlər naziri kimi təqdim edən Masis Mailyandan aldığı müsahibəni qəzetdə dərc edib. Müsahibə panfarsizm təfəkkürü ilə seçilən Salar Seyfəddini tərəfindən alınıb. O uzun müddətdir anti-türk “Azəriha” saytı və “Şərq” qəzetində Azərbaycan əleyhinə yazılar dərc edir.

S.Seyfəddini yaydığı müsahibənin başlanğıcında qeyd edib ki, “əksər xəritələrdə Dağlıq Qarabağla bağlı heç bir əsər-əlamət yoxdur. Lakin özünü müstəqil dövlət elan edən D.Qarabağ bir geopolitik gərçək kimi Cənubi Qafqazın əsas oyunçularından biridir. Geopolitik baxımdan bir ölkənin diplomatik olaraq tanınması ikinci dərəcəli məsələdir, dövlət müəyyən bir ərazidə hökumət dayaqlarını gücləndirərək tədricən ortalığa çıxır”-deyə o bildirib.

“Şərq” qəzeti D.Qarabağ əhalisinin təxminən 80 faizinin erməni olduğunu qeyd edərək Sovet Hökuməti dağıldığı zaman yerli məclis D.Qarabağın Ermənistana ilhaq edilməsi haqda qərar qəbul etdiyini yazıb. “Sovet Hökuməti dağıldıqdan sonra digər respublikalar kimi D.Qarabağda müstəqillini elan etdi. Bu məntəqənin 80 faizi erməni olduğu üçün onlar yaxın ərazidə yerləşən İrəvana tabe olmaq istədilər. Bundan sonra Azərbaycan və Ermənistan arasında münaqişə yarandı, nəticədə Azərbaycan D.Qarabağdan başqa xeyli ərazi itirdi”- deyə yazıda qeyd olunub.

Dağlıq Qarabağ müharibəsi zamanı öz torpaqlarından didərgin salınmış insanlar

S.Seyfəddini sözlərinin davamında əlavə edib ki, “İranın bu məntəqə ilə 138 kilometr sərhəddi var. Bu Ermənistanla olan sərhəddən 100 kilometr daha çoxdur. Ona görə də bu məsələyə xüsusi diqqət yetirmək lazımdır.”

İran qəzetinin D.Qarabağı müstəqil ölkə kimi qələmə verməsi, qondarma respublikanın sözdə xarici işlər nazirindən müsahibə alması, bu ərazilərin İran üçün önəmli olduğuna eyham vurması və s. azərbaycanlı milli hərəkat fəallarının xüsusi etirazına səbəb olub.

Dağlıq Qrabağı, “Artsax Respublikası” adı ilə təqdim edən Masis Mailyan isə İranın Dağlıq Qarabağ siyasətini olduqca müsbət və ermənilərin xeyirinə hesablandığını deyib. O işğal olunmuş Dağlıq Qarabağdan kənar rayonlarla bağlı bildirib ki, “Bizim kontrolumuzda Artsaxdan kənar ərazi yoxdur. Nə varsa Artsaxdır. Doğrudur, Artsaxdan kənar Şahumyan əyaləti kimi torpaqlar da mövcuddur, amma onlar hazırda Azərbaycan Cümhuriyyətinin kontrolundadır. Bu ərazilər Artsaxın 15 faizini təşkil edir”- deyə M.Mailyan bildirib.

Qeyd edək ki, son günlərdə İran İslam Respublikasında Azərbaycana qarşı həyata keçirilən təxribat xarakterli tədbirlərin sayı artıb. Ötən günlərdə Zəncan, Təbriz, Ərdəbil və Qum şəhərlərində iki il öncə Azərbaycanın Nardaran qəsəbəsində polis əməliyyatı zamanı öldürülən islamçı ekstremistlərlə bağlı anım mərasimləri keçirilib, mərasimlərdə Azərbaycana qarşı bəyanatlar yayılıb.

Bundan əlavə İranın “Rəzəvi xəbər agentliyi” və “Sarəllah-i Zəncan” nəşriyyəsi Nardaran hadisələri ilə bağlı məqalələr dərc edərək dini radikalizmi Azərbaycan Respublikasına ötürməklə bağlı radikal və təhrikedici ifadələrdən istifadə ediblər.

“Şərq” qəzetinin yaydığı müsahinənin Linkinə buradan daxil ola bilərsiniz. /gunaz.tv/

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8198
 GBP :  2.1173
 TRY :  0.0522
 EUR/USD :  1.0705
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft