AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» İŞİD-in planına görə Türkiyə “İslam dövləti”nin tərkib hissəsidir
02/08/2015 Yazdır

İŞİD terror təşkilatı ilə bağlı “İŞİD: Barbarlıq dövləti” adlı araşdırma kitabı dərc edən suriyalı müxalif və insan hüquqlarının müdafiəçisi Haysem Manna şok iddialar səsləndirib.

Publika.az BBC-nin türk xidmətinə istinadən xəbər verir ki, Manna İŞİD-in Türkiyədə terror aktları təşkil etməsi üçün vaxtın gəldiyini deyib.

Türkiyənin İŞİD tərəfindən “İslam dövləti” layihəsinə daxil edildiyini xatırladan suriyalı müxalif terror təşkilatının Türkiyədə səssiz şəkildə təşkilatlandığını, hücumlarda ilk hədəfin şiələr, kürdlər və digər azlıqlar olacağını söyləyib.

Manna qeyd edir ki, Ankara qonşu Suriya və İraqda baş verən proseslərdən dərs almalıdır: “2000-ci illərdə Suriyadakı vəhhabi hərəkatı çox zəif idi. Döyüşmək üçün Livanın şimalındakı bəzi düşərgələrə gedən kiçik qruplar var idi. Onlardan bəziləri Livan ordusu tərəfindən məğlubiyyətə uğradılan zaman Suriyaya keçdilər. Hamısı Suriyada həbs olundu və Səid Naya həbsxanasına göndərildi.

2011-ci ilin mayında verilən amnistiya ilə Bəşər Əsəd bu insanların hamısını azad etdi. Rejim onların Suriyada təşkilatlanmadığını, həbsxanadan çıxsa belə təhlükəli olmayacağını düşündülər. Amma indi çox yaxşı bilirik ki, onlar bir çox şəhərdə heç bir təbliğat aparmadan çalışırdılar və mübarizəyə hazırlaşırdılar. Amnistiyadan bir ay sonra “Ahrar`uş Şam” quruldu, üç həftə sonra “Əl-Nüsra” Cəbhəsi fəaliyyətə başladı. Bu təşkilatları üç həftə, yaxud da bir ayda qurmaq mümkün idimi?”

Manna Suriyanın 2000-ci illərin əvvəllərində İraqda baş verən qarşıdurmalar zamanı radikal islamçı qruplaşmaların ölkədən İraqa keçməsinə göz yumduğunu, bunun təhlükə yaratdığını görmədiyini, hazırda da Türkiyənin eyni səhvi etdiyini dilə gətirib: “2003-cü ildə Suriya rəhbərliyi İŞİD-in qurucusu və “Əl-Qaidə”nin liderlərindən olan Əbu Musab Əl-Zerkaviyə və digərlərinə kömək etdi. Suriya cihadçıların İraqa getməsinə göz yumaraq onları dəstəklədi.

İndi Türkiyə də eyni şeyi edir. Bizə gələn məlumatlara görə, son 16 ayda İŞİD və “Əl-Nüsra” Cəbhəsindən 1200 nəfər Türkiyədən Suriya və İraqa gedib. Bu günə qədər İŞİD-dən 12 mindən çox insan sərhədi keçib. Bu məlumatı əvvəllər İŞİD-in sıralarında olan, hazırda İŞİD-dən uzaqlaşan bir çox insandan almışıq. Türk xalqı bu radikalları dəstəkləməz. Buna görə də səssiz bir şəkildə yeraltında işləyirlər və ölkə miqyasında şəbəkələri var. İŞİD-in Türkiyədə 3 mindən çox üzvü var”.

İŞİD-in neftinin qeyri-qanuni yollarla Türkiyədən başqa İrana da daxil olduğunu və bu işdə terror qruplaşmasına Şimali İraq kürd muxtariyyətinin bəzi iş adamlarının da kömək etdiyini iddia edən Manna son vaxtlar bu dəstəyin kəsildiyini söyləyib.

İŞİD-in Türkiyədə atacağı addımlara gəlincə, suriyalı müxalif terror təşkilatının təməlini atan Əbu Musab Əl-Zerkavinin İraqda getdiyi yola diqqət çəkir: “Məncə Türkiyədə İraqda getdiyi yolu gedəcəklər. Şiələrə amerikalılardan daha çox hücum etdilər. Türkiyədə də şiələrə, kürdlərə və digər azlıqlara hücum edə bilərlər. İŞİD türk olmayan qruplara hücum etməyə çalışacaq. Hazırda kürdləri düşmən kimi görürlər, çünki İraqda Peşmərgəyə, Suriyada YPG-yə qarşı döyüşdə xeyli itki veriblər və intiqam hissləri var”.

Milli İstibarat Təşkilatının (MİT) İŞİD-in Türkiyədəki fəaliyyətinə dair kifayət qədər məlumata sahib olduğunu deyən Manna dövlətinin hazırkı mərhələdə təşkilatı zəiflətmək mövqeyini tutduğunu vurğulayıb.  

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8399
 GBP :  2.1472
 TRY :  0.0526
 EUR/USD :  1.0823
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft