AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» İsmail Safi: “Xocalı faciəsi bir qətliam, hətta soyqırım aktıdır”
03/03/2015 Yazdır

Müsahibimiz Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) İstanbul millət vəkili olan İsmail Safidir.

Onunla son zamanlar dünyada cərəyan edən proseslər, bu proseslər içərisində Azərbaycanın rolu və Dağlıq Qarabağ mövzusu ətrafında söhbətləşdik.

- İsmail bəy, hazırda dünyada ciddi proseslər yaşanır. Türkiyə və Azərbaycan bu prosesdə hansı rolu oynayır?

- Bu gün yaşadığımız dünyada ciddi siyasi katakilzmlər müşahidə olunmaqdadır. Yaxın və Orta Şərqdə yaşanan hadisələr narahat etməyə bilməz. Çünki dünyaya sülh lazımdır. Ədalət olmayan cəmiyyətlərdə gərginlik hökm sürməlidir. Ədalət və azadlıq sabitliyin əsas qarantıdır. Türkiyə və Azərbaycan öz maraqlarınınması qorunması istiqamətində önəmli siyasi mövqe sərgələyir və ciddi addımlar atırlar. Qısa olaraq desək, iki dövlət öz milli təhlükəsizliklərini gücləndirirlər. Bu önəmli faktdır.

- Bu günlərdə Xocalı soyqırımının 23-cü ildönümü qeyd edildi. Sizcə, Xocalı soyqırımını törədənlər və onu həyata keçirənlər nədən hələ də öz layiqli cəzalarını almayıblarlar? Bir məsələni qeyd edək ki, üzvü olduğunuz Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komissiyası bəyanat yayaraq, Ermənistanın işğalçılıq siyasətini tənqid etdi...

- Təəssüf edirəm ki, bu qətliamı həyata keçirənlər hələ də azadlıqda gəzirlər. Onlar beynəlxalq hüquq qarşısında cavab verməlidirlər. Bu, utancverici bir hadisədir. Xocalıda elə bir vəhşət yaşanıb ki, bunun üstündən yüz illər keçsə belə, bu hadisə unudulan deyil. Türk millətinin yaddaşına həkk olunub. Xocalı bir qətliam, hətta soyqırımdır.

Bu, Kiprdə, Muratağada, Bosniyada, Sebiyada olduğu kimi, entik təmizlənmə hərəkatı idi. Yüzlərlə insanımız Xocalıda qətlə yetirildi və hələ də insanların taleyindən xəbər yoxdur. Ermənistanın hücumları nəticəsində bir milyon Azərbaycan türkü yurdunu tərk edib, öz vətənlərində qaçqın həyata yaşayır.

Ermənistanın işğalçılıq siyasəti nəticəsində 20 mindən çox insan həlak olub. Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komissiyasısı bəyanat yayaraq Ermənistanın işğal etdiyi torpaqlardan çıxmasını tələb edib. Bu, beynəlxalq hüququn tərkib hissəsidir.

- Bu gün Ermənistan işğal etdiyi torpaqlardan çıxmaq istəmir. Hətta bölgədə vəziyyəti gərginləşdirir...

- Ermənistan bu günə qədər bu hüquqdan kənar işğalını yürütməklə bərabər, hücumlarını haqlı göstərmək üçün əlindən gələni edir. Təəssüf ki, dünya birliyi bunu görmək istəmir. Amma, göz görə-görə insan hüquqları ayaqlar altına düşür. Azərbaycan bu məsələdə birmənalı olaraq haqlıdır.

Onun tarixi əraziləri işğal olunub. Qarabağ məsələsinin həlli dünya üçün lazımdır. Bu istiqamətdə fəaliyyətlər güclənməlidir. Hamımız var gücümüzlə, Azərbaycanı müdafiə etməliyik. Beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Gec-tez ədalət öz yerini tutacaq.

- Azərbaycan-Türkiyə münasibətlərinin hazırki səviyyəsini necə dəyərləndirirsiniz?

- Türkiyə ilə Azərbaycan eyni soy və mədəniyyətin iki güclü damarıdır. Sevincimiz, kədərimiz və ortaq taleyimiz bizi qopması mümkün olmayan bağlarla bağlayır. Bu gün Azərbaycan ilə Türkiyə arasında olan bağlar elə güclü təməllər üzərində qurulub ki, bunu zəiflətmək mümkünsüzdür. Bunu yalnız inkişaf etdirmək lazımdır.

Elnur Eltürk

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8399
 GBP :  2.1472
 TRY :  0.0526
 EUR/USD :  1.0823
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft