AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Jirinovski yenə sərsəmlədi: "Azərbaycan ordusu ləğv olunmalıdır"
04/07/2015 Yazdır

Rusiya Dövlət Dumasının vitse-spikeri Vladimir Jirinovski MDB ölkələrini işğalçı adlandırıb.

Rusiya Liberal Demokrat partiyasının lideri Vladimir Jirinovski ölkənin Baş Prokurorluğunun Baltikyanı dövlətlər Latviya, Litva və Estoniyanın müstəqilliyinin tanınmasının qanuniliyinə dair araşdırmalara başlamasından məmnunluğunu ifadə edib.

Məsələni şərh edən Jirinovski SSRİ konstitusiyasında ölkənin süqutunun nəzərdə tutulmadığını əsas gətirərək postsovet ölkələrinin yalnız referendum vasitəsi ilə müstəqillik əldə edə bilmələrini iddia edib. Onun sözlrinə görə elə məhz bu səbəbdən 1991-ci ilin dekabrında SSRİ-nın ləğv edilməsi barədə Rusiya, Belarus və Ukrayna tərəfindən imzalanan Belovej sazişi qanunsuzdur.

Bu hadisədən 5 il sonra Rusiya dövlət duması sazişin ratifikasiyasından imtina edib. İndi Jirinovski də düşünür ki, sənəd ölkənin qanunverici orqanı tərəfindən təsdiqlənməyibsə, deməli MDB ölkələri də, Baltikyanı ölkələr də yoxdur.

V.Jirinovski: "Post-sovet ölkələrinin ordusu olmamalıdır"

Çıxışında Rusiyanın müdafiə sənayesinin gücləndirməsinə münasibət bildirən Vladimir Jirinovski, Rusiya bayrağının yaxın zamanlarda Baltikyanı ölkələrin paytaxtları Vilnus, Riqa və Tallin üzərində dalğalanacağını bildirərək bütün post-sovet ölkələrinin Rusiyanın milli maraqları dairəsində olduğunu vurğulayıb."Bu ərazidə olanlar isə işğalçılardır", Jirinovski belə düşünür: ”Heç bir Estoniya, Latviya, Litva, xüsusən də Ukrayna ordusu ola bilməz. Hər yerdə yalnız bir ordu ola bilər - Rusiya ordusu”.

Jirinovski dediyi bu sözləri ilə Rusiyanın post-sovet məkanında apardığı siyasətin imperiya yönümlü olması yenidən gündəmə gəlir. Düzdür, bu insanın bir çox qeyri adekvat davranışları, onun adının dəfələrlə qalmaqallarda hallanması, qeyri etik hərəkətləri onun psixi cəhətdən tam normal olmaması və sözlərinin ciddiyə alınmamasından xəbər verir.

Lakin maraqlı fakt budur ki, bu, siyasətçinin dedikləri gec-tez reallaşır. Jirinovski Rusiya siyasi arenasında çox maraqlı və eyni zamanda əhəmiyyətli fiqurdur. Onun son zamanlar etdiyi açıqlamaların tədricən gerçəkləşməsi bu insanın ölkədə heç də ən son rol oynamamasından xəbər verir.

Hələ 2010-cu ildə Vladimir Jirinovski "Exo Moskvı" radiosuna verdiyi müsahibəndə Ukraynanın yarısının Rusiya tərkibinə keçəcəyi haqda proqnozlar verirdi. 

5 il əvvəl Jirinovskinin təsvir etdiyi situasiyanın şahidləri olduq. Ukraynanın 50% olmasa da bu gün ölkə üçün strateji əhəmiyyət daşıyan Krım yarımadası Rusiya Federasiyasının nəzarəti altındadır. "Krımın ilhaqı" ifadəsinin qəbul olunmadığı Rusiyada Baltikyanı dövlətlərin müstəqilliyini şübhə altına alan Baş Prokurorluq elə Krımın da 1954-cü ildə Ukraynaya verilməsini qanunsuz elan edib.

Ümümiyyətlə post-sovet ölkələri mövzusu Jirinovskinin sevimli mövzularındandır. Ukraynada münaqişənin başlanması partiya liderinin fikrini daxili siyasi opponentlərdən özünə çəkib. Jirinovski indi nə vaxtsa ölkəsinə qardaş olan xalq haqda uzun uzadı disskusiyalar apara bilir. O hətta, post-sovet məkanının ən güclü ölkələrindən olan Azərbaycanın adından da Ukraynanı aşağılamaq üçün istifadə edir. Söhbət Vladimir Volfoviçin Rusiya 24 telekanalının studiyasında verdiyi müsahibədən gedir.

Jirinovskinin birdən birə Azərbaycanı tərif yağdırması heç də təsadüfi deyil. O, MDB ölkələri arasında Ukrayna ilə müqayisə üçün digər təqdirəlayiq bir ölkənin adını da çəkə bilərdi, sadəcə ona bu çıxışına görə 100 min dollar verən insanın məhz azərbaycanlı oliqarxın olması, məsələni ölkəmizin xeyrinə həll edib.

Yoxsa niyə azərbaycanlıları bir millət kimi tanımayan insan, qəflətən belə gözəl epitetləri onun “Xəzər dənizi yaxınlığında yaşayanlar” adlandırdığı millətin dövlətinə ünvanlansın.

Politoloq Rasim Musabəyov da Rusiya Dövlət Dumasının vitse–spikerinin danışıqlarına böyük əhəmiyyət verilməsinə qarşıdır. Jirinovskinin son çıxışını ANS-ə şərh edən Rasim Musabəyov Rusiyanın bütün post-sovet ölkələrini idarəetməsi və ya SSRİ-nin bərpasının mümkünsüz adlandırıb: “Ola bilsin ki, Jirinovski sadəcə Kremldə müşahidə olunan abu-havanı geniş ictimaiyyətə çatdıran bir kəsdir”.

O ki qaldı Baltikyanı ölkələrin müstəqilliyinin qanuni olub-olmamasına,politoloq hesab edir ki, bu ölkələrin NATO-ya üzvlüyü onları bu cür təhdidlərdən sığortalayır. (Latviya, Litva, Estoniya NATO-ya 2004-cü ilin martından üzvdür - red.)./ans/

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8131
 GBP :  2.1057
 TRY :  0.0523
 EUR/USD :  1.0665
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft