AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Kanadanın yeganə xanım həkim-anestezoloqu - O, azərbaycanlıdır
02/05/2019 Yazdır

Cərrahiyə əməliyyatlarının uğurlu alınmasında anestezoloqun böyük xidməti olsa da, biz adətən sonda cərraha minnətdarlıq edirik. Sanki onun əziyyəti kölgədə qalır... 

Bəli, bu gün mən sizə Kanadada həkim-anestezoloq işləyən Leyla xanım Bağırzadədən söhbət açmaq istəyirəm. O, Bakı şəhərində dünyaya gəlib. Orta təhsilini 1992-ci ildə 102 nömrəli məktəbdə başa vurub. 1992-1998-ci illərdə Azərbaycan Tibb Universitetində ali təhsil alıb. 1998-1999-cu illərdə Bakıdakı xəstəxanalardan birində internatura keçərək anestezoloq-reanimatoloq ixtisasına yiyələnib. 2000-ci ilədək terapevt-həkim işləyib.

2000-2002-ci illərdə Boston Universitetində tam təqaüdlə oxuyaraq ictimai sağlamlıq üzrə magistr dərəcəsinə yiyələnib. 2002-ci ildə Kanadaya köçüb, 2005-ci ilədək Edmonton şəhərindəki Alberta Universitetində doktorant kimi elmi tədqiqatlar aparıb. 2005-2010-cu illərdə Kalqari Universitetinin anestezologiya şöbəsində rezident olub. Sonra Kanadanın Kral Kollecinin həkim və cərrahlar üçün imtahanlarını müvəffəqiyyətlə verərək həkim işləmək izni alıb.

2011-2012-ci illərdə Toronto Universitetinin Sinay Hospitalında tam təqüdlə təkmilləşdirmə kursu keçib və mama-anestezoloq ixtisasına yiyələnib. 2013-cü ildən Kalqari Universitetinin Tibb Mərkəzində öz ixtisası üzrə həkim işləyir…

…Atası Babək Bağırzadə ixtisasca elektrik mühəndisi olub. 2005-ci ildə vəfat edib. Anası Tamella xanım texnika elmləri namizədidir. Uzun illər indiki Azərbaycan Dövlət Texniki Universitetinin elektrotexnikanın nəzəri əsasları kafedrasında dosent işləyib. Hazırda təqaüddədir. 
Ömür-gün yoldaşı Murad İbrahimov ixtisasca mühəndisdir. Məşhur "Siemens" şirkətində tibbi avadanlıqlar üzrə mütəxəsis vəzifəsində çalışır. Eldar adında bir oğlu vardır. Eldar 11 yaşındadır…

Deyir ki,- "Kanadada yaşamaq istəyənlər yaxşı olar ki, buraya gələn kimi təhsildən başlasınlar. Burada təhsil alan insanların üzünə bütün qapılar açıqdır. Hər hansı bir peşəni mükəmməl bacaranlar da gələ bilərlər. Bu ölkədə peşəkar ustalar hər yerdə iş tapa bilərlər"…

Amerikada azərbaycanlı həkimləri bir araya gətirən "Azerbaijani American Medical Association"nun üzvüdür. Bu günlərdə həmin təşkilatın Vaşinqtonda keçiriləcək konfransına hazırlaşır. Söylədiyinə görə, həmin tədbirdə həkimlərdən ibarət briqada yaratmağı, ildə bir dəfə Azərbaycana gedib bölgələrdə cərrahiyə əməliyyatlarının aparılmasını təklif edəcək…

Həmsöhbəti ilə rahat ünsiyyət yaratmağı bacaran bu xanımla tanışlığımızdan məmnun qaldım. Və əmin oldum ki, Kanadada Azərbaycanı təmsil edən bir gözəl ailə də yaşayır. Arzularının çoxu yeganə övladı Eldarla bağlıdır. Onun tərbiyəsi ilə xüsusi məşğul olur. Məktəbə, musiqi dərslərinə aparıb gətirir. Ana dilində mükəmməl yazıb oxuması üçün əlindən gələni əsirgəmir.

Zarafat deyil, haqqında söhbət açdığım Leyla Bağırzadə əhalisinin 170 minə yaxını azərbaycanlı olan Kanadada yeganə xanım həkim-anestezoloqdur.../modern.az/

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8409
 GBP :  2.1446
 TRY :  0.0528
 EUR/USD :  1.0829
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft