AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Keçmiş SSRİ-nin ilk qeyri-rus qadın diplomatı azərbaycanlı idi - Foto
10/10/2016 Yazdır

Sima Рəhman qızı Eyvazova... Bu ad ilk baxışda çoxlarına heç nə demir. Bəs o kimdir?.. 

Söhbət uzun illər Azərbaycanı beynəlxalq miqyasda təmsil etmiş azsaylı qadın diplomatımızdan gedir. O diplomat ki, BMT yanında müstəqil Azərbaycanın ilk daimi nümayəndəsi olub, fövqəladə və səlahiyyətli səfir kimi Azərbaycanı bir çox beynəlxalq təşkilatlarda təmsil edib.

Modern.az saytı Sima Eyvazovanı oxuculara tanıdır...

Sima Рəhman qızı Eyvazova 2 oktyabr 1933-cü il tarixində Bakı şəhərində doğulub. Həkim ailəsində dünyaya göz açmış Sima xanım Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Əmək fəaliyyətinə 16 yaşında başlayıb. 23 yaşında Azərbaycan Kommunist Kartiyası Mərkəzi Komitəsinin təbliğat və təşviqat şöbəsinin təlimatçısı işləyib. 

26 yaşında Azərbaycan Kommunist Kartiyası Mərkəzi Komitəsi onu SSRİ Xarici İşlər Nazirliyi yanında Ali diplomatiya məktəbində oxumağa göndərib. Sima Eyvazova bu məktəbi fərqlənmə diplomu ilə bitirib. 

Daha sonra S.Eyvazovanı SSRİ XİN-in Mərkəzi Aparatında 2-ci Avropa şöbəsində işə götürüblər. Bu vəzifədə o, əsasən SSRİ-nin Böyük Britaniya ilə münasibətlərinə dair məsələlərlə məşğul olub.

Sima Eyvazova diplomatik xidmətin bütün pillələrini bir-bir keçməklə üçüncü katib postundan birinci dərəcəli müşavir vəzifəsindək irəliləyib. 

1982-ci ildə Azərbaycan SSR KP MK-nın 1-ci katibi Heydər Əliyev onu Azərbaycan SSR-in xarici işlər naziri vəzifəsinə dəvət edib. Və S.Eyvazova bir müddət bu vəzifədə çalışıb.

Daha sonra SSRİ XİN onu xaricdə vəzifəyə təyin edib. Belə ki, 1985-ci ildə Sima Eyvazova BMT-nin Cenevrədəki (İsveçrə) bölməsində məsul vəzifəyə təyinat alıb. O, burada SSRİ-dağılanadək çalışıb.

SSRİ-dağılan ərəfədə - 1991-ci ilin oktyabr ayında Sima Eyvazova BMT-nin Cenevrədəki bölməsində sovet diplomatiya xidmətindəki vəzifəsindən istefa verərək, müstəqil Azərbaycan Respublikasının bu qurumdaki nümayəndəsi kimi qeydiyyata alınıb.



Beləliklə də Azərbaycan müstəqillik əldə edəndən sonra Sima xanım ölkəmizi bu beynəlxalq təşkilatda təmsil edib. Artıq 1994-ci ilin yanvarından o, BMT-nin Cenevrədəki bölməsində və İsveçrədəki digər beynəlxalq təşkilatlarda Azərbaycanın daimi nümayəndəsi vəzifəsini yerinə yetirirdi.

Sima Eyvazova görkəmli sovet və Azərbaycan diplomatı kimi hələ keçmiş SSRİ dövründən ad-san qazanmışdı.

Müstəqil Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin 1997-ci il 4 mart tarixli fərmanı ilə Sima Eyvazovaya Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri rütbəsi verilib. Bununla yanaşı o, BMT-nin Cenevrədəki bölməsində və İsveçrədəki digər beynəlxalq təşkilatlarda Azərbaycan Respublikasının daimi nümayəndəsi təyin edilib.

O, 6 xarici dil bilir ki, bunlardan da 3-ü BMT-də rəsmi dillərindən olan rus, ingilis və fransız dilləridir.

Sima Eyvazova  müstəqil Azərbaycanın tarixində ilk peşəkar diplomat qadın olub. Eyni zamanda keçmiş SSRİ-də ilk qeyri-rus qadın diplomat kimi tarixə düşüb. O, SSRİ Xarici İşlər Nazirliyi yanındakı Ali diplomatiya məktəbində təhsil almış qeyri-rus milliyətinən olan ilk qadın diplomatdır.

Sima Eyvazova 6 may 2009-cu il tarixində İsveçrədə - Cenevrə şəhərində dünyasını dəyişib...

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8399
 GBP :  2.1472
 TRY :  0.0526
 EUR/USD :  1.0823
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft