AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Azərbaycan bu Xəzər qonşusu üçün potensial ixracat bazarıdır  •   Gürcüstanda yeni fəaliyyətə başlayan xəbər portalı və internet kanalının təqdimat mərasimi olub  •   Paşinyan baş nazir postuna namizəd olmayacaq  •   Güney azərbaycanlı şagird 10-cu Beynəlxalq Riyaziyyat Müsabiqəsinin qalibi olub  •   17 oktyabr Yoxsulluqla Mübarizə günüdür - Azərbaycanda rəsmi yoxsulluq səviyyəsi..   •   “Qarabağ Qaziləri” İctimai Birliyinin sədri Etimad Əsədov vəfat edib  •   Prezidentdən XƏBƏRDARLIQ : “Bütün özəl və dövlət şirkətləri mənim sözlərimdən nəticə çıxarsınlar”  •   Ərdəbildə azərbaycanlı fəal Muctaba Pərvin saxlanılıb  •   Urmiya zindanında aralarında Zeynəb Sekavəndin də olduğu daha 3 nəfər edam edilib  •   Dəhşətli qəzada 1 məktəbli öldü, 35 nəfər yaralandı  •   Suriya ermənilərinin Laçına köçürülməsi davam edir  •   Prezident İlham Əliyev “Azərspace 2” peykinin orbitə buraxılması münasibətilə Azərbaycan xalqını təbrik edib  •   Kənd təsərrüfatı nazirinin yeni müavini təyin olunub  •   Məktəblərdə rus dilinin yerinə türk dili tədris olunsun – Nadir Qazipur  •   Ölkənin qızıl-gümüş bazarında ucuzlaşma var  •   XİN həkimlərin Qarabağa səfərini araşdırmağa başladı  •   Təbrizdə quraşdırılan “fars” dili kitabı lövhəsi “riyaziyyat”la dəyişdirildi  •   Norveçdə Rusiya casusu tutuldu: O, Azərbaycanda da olub  •   Azərbaycan İƏT ölkələrini Ermənistanla münasibətləri aşağı səviyyəyə endirməyə çağırıb  •   Dövlət Komitəsi İctimai Televiziya ilə yeni layihəyə başladı - Video  •  
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Köçəryanın həbsdən buraxılmasının pərdəarxası – Paşinyanın Moskva ilə yeni uğursuz oyunu…
15/08/2018 Yazdır

Ermənistanın ikinci prezidenti Robert Köçəryan azadlığa buraxılıb. Erməni mediasının verdiyi məlumata görə, bununla bağlı Apelyasiya Məhkəməsi qərar verib. Aleksandr Azaryanın hakimliyi ilə keçirilən məhkəmə prosesinin üçüncü günündə məhkəmə şikayəti təmin edib.

Ermənistanın Xüsusi İstintaq Xidməti Apelyasiya Məhkəməsinin eks-prezident Robert Köçəryan barədə avqustun 13-də çıxardığı qərarı qanunsuz sayıb. Məlumata görə, 28 iyulda həbs edilmiş keçmiş prezidentin azadlığa buraxılması ilə bağlı qərara etiraz edən İstintaq Xidməti bununla Apelyasiya Məhkəməsinin öz səlahiyyətlərini aşdığını vurğulayıb. “İnanırıq ki, Baş Prokurorluq kassasiya şikayəti verəcək”- açıqlamada deyilir.

Qeyd edək ki, R.Köçəryan 1 mart 2008-ci il hadisələrinə görə həbs edilsə də, heç bir ciddi dəlillər gətirilmədən azadlığa buraxılıb. Köçəryanın azadlığa buraxılması hansı amillərlə bağlı ola bilər?

Siyasi elmlər doktoru Hatəm Cabbarlı “Bakı-Xəbər”ə  açıqlamasında bildirdi ki, cari ilin aprel ayında Ermənistanın ictimai-siyasi həyatında yaşanan hadisələrin nəticələri hələ də davam edir: 

“Nikol Paşinyanın liderliyi ilə etiraz hərəkatının qarşısını almaqda yetərsiz qalan Serj Sarkisyanın baş nazir postundan istefa etməsindən sonra Paşinyan bu posta sahib oldu. Paşinyan iqtidarı keçmiş məmur və oliqarxlara qarşı ciddi mübarizəyə başladı. Siyasət aləmindən və ordudan bir neçə yüksək rütbəli adam həbs edildi. Ermənistanın sabiq prezidenti Robert Köçəryanın həbs edilməsi isə hadisələrin pik nöqtəsi oldu.

Köçəryan 2008-ci ildə Serj Sarkisyanın prezident seçilməsindən sonra etiraz mitinqinə qarşı polis və ordu gücündən istifadə etmiş, rəsmi mənbələrə görə, 10, qeyri-rəsmi mənbələrə görə isə 25 adam öldürülmüşdü. Sarkisyanın 10 illik hakimiyyəti zamanı bu məsələ ilə bağlı istintaq aparılmamış, heç kim həbs edilməmişdi”.

Müsahibimizin sözlərinə görə, 13 avqustda Ermənistan Apelyasiya Məhkəməsinin Köçəryanı sərbəst buraxmasını siyasi olaraq dəyərləndirmək mümkündür: “Köçəryanın vəkili Apelyasiya Məhkəməsinin bu qərarını Köçəryanın prezident olduğu müddətdə verdiyi qərarların Konstitusiya və qanunlara zidd olmaması və toxunulmazlığının olması ilə izah etdi. Yəni qanunlarin aliliyi məsələsini ön plana çıxardı və mövcud hakimiyyət barədə fikir bildirmədi.

Qeyd edim ki, Köçəryan həbs edildikdən sonra Rusiya xarici işlər naziri Sergey Lavrov məsələyə münasibət bildirərək indiki hakimiyyətin siyasi rəqiblərini təqib etməyəcəkləri barədə söz verdiyini xatırladaraq, cərəyan edən hadisələrdən narahat olduğunu bildirmişdi. Bu bəyanatda Lavrov Köçəryanın adını çəkməsə də, məsələnin məğzinin nə olduğu bəlli idi.

Bəli, Rusiya Ermənistanda cərəyan edən hadisələrdən narahatdır, bu ölkə üzərində nəzarətini itirmək istəmir və burada baş verənləri diqqətlə izləyir. Maraqlıdır ki, Ermənistan Xüsusi Təhqiqat Xidməti Köçəryanın sərbəst buraxılmasının qanunazidd olduğu haqqında bəyanat verib.

Köçəryanın sərbəst buraxılmasını hüquqi deyil, siyasi olaraq dəyərləndirmək mümkündür. Paşinyan Köçəryanı həbs etməklə xalqın ondan gözlədiyini yerinə yetirdiyini, Rusiyaya rəğmən, müstəqil siyasət həyata keçirə biləcəyini göstərib və mövqeyini gücləndirib. Eyni zamanda, Köçəryanın sərbəst buraxılması ilə məsələni daha da ciddiləşdirmək istəməyib.

Köçəryan bundan sonra da siyasi bəyanatlar verərsə, Xüsusi Təhqiqat Xidmətinin tələbi ilə yenidən həbs edilə bilər, bu istisna deyil. Ermənistanın daxili ictimai-siyasi həyatında hələ ki, “daşlar yerinə oturmayıb”, istənilən an qırılma yaşana bilər”./azinforum.az/


+ Benzer Haberler
» Azərbaycan bu Xəzər qonşusu üçün potensial ixracat bazarıdır
» Gürcüstanda yeni fəaliyyətə başlayan xəbər portalı və internet kanalının təqdimat mərasimi olub
» Paşinyan baş nazir postuna namizəd olmayacaq
» Güney azərbaycanlı şagird 10-cu Beynəlxalq Riyaziyyat Müsabiqəsinin qalibi olub
» 17 oktyabr Yoxsulluqla Mübarizə günüdür - Azərbaycanda rəsmi yoxsulluq səviyyəsi..
» “Qarabağ Qaziləri” İctimai Birliyinin sədri Etimad Əsədov vəfat edib
» Prezidentdən XƏBƏRDARLIQ : “Bütün özəl və dövlət şirkətləri mənim sözlərimdən nəticə çıxarsınlar”
» Dəhşətli qəzada 1 məktəbli öldü, 35 nəfər yaralandı
» Suriya ermənilərinin Laçına köçürülməsi davam edir
» Prezident İlham Əliyev “Azərspace 2” peykinin orbitə buraxılması münasibətilə Azərbaycan xalqını təbrik edib
» Kənd təsərrüfatı nazirinin yeni müavini təyin olunub
» XİN həkimlərin Qarabağa səfərini araşdırmağa başladı
» Norveçdə Rusiya casusu tutuldu: O, Azərbaycanda da olub
» Azərbaycan İƏT ölkələrini Ermənistanla münasibətləri aşağı səviyyəyə endirməyə çağırıb
» Dövlət Komitəsi İctimai Televiziya ilə yeni layihəyə başladı - Video
» Qarabağ həqiqətləri 13 dildə dünyaya yayılır
» Etimad İsmayılovu qətlə yetirən iş adamı tutuldu
» Azərbaycan Prezidenti: Bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək zirvədədir
» Bakının bolşevik-daşnak işğalından azad edilməsinin 100-cü ildönümü münasibətilə hərbi parad keçirilib
» Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü olub


 
Hava Vəziyyəti

Error. Page cannot be displayed. Please contact your service provider for more details. (12)

Məzənnələr
 USD :  1.7000
 EUR :  1.9377
 GBP :  2.1803
 TRY :  0.3178
 EUR/USD :  1.1398
YAZARLAR
İbrahim NƏBİOĞLU
PARASELS VƏ GECƏ QONAĞI (Avstriya Gündəliyi – 2)
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Edvard Nalbandyanın "nalbəndlik" həvəsi
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Ermenistan’ın Azerbaycan Topraklarını İşgalinin Ağır Sonuçları
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Cavid VELİYEV
Doğu ve Batı’yı birleştirecek stratejik hat
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft