Neftin qiymətində artım müşahidə olunub.
Dünya bazarında neftin qiyməti Səudiyyə Ərəbistanı Kralının ölüm xəbərinin yayılmasından sonra artıb. Birjada bu artımın 2 % olduğu göstərilir.
Beləliklə, ABŞ-da WTI markalı neftinin qiymətinin 1 bareli 2,38% artaraq 47.41 dollar təşkil edib.
Brent markalı xam neftin də bir barelinin qiymətində göstəricilər dəyişərək 48.52 dollar olub.
Qeyd edək ki, neftin son bir neçə ayda 2 dəfə ucuzlaşdığı müşahidə olunurdu. 91 yaşlı Səudiyyə kralı isə cümə günü nəfəs çatışmazlığından dünyasını dəyişib./ans/
|