AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Lavrov: İrəvanda "rəngli inqilab" baş verir - Foto
03/07/2015 Yazdır

Rusiyanın xarici işlər naziri erməni əsilli Sergey Lavrov Ermənistanda yaranmış vəziyyətlə bağlı açıqlama verib və buna özünəməxsus şəkildə don geyindirməyə çalışıb, üstüörtülü şəkildə Qərbi ittiham edib.

ANS-in məlumatına görə, o, İrəvanda əhalinin etiraz aksiyasını siyasi yox, iqtisadi xarakter daşıdığını söyləyib. Onun fikrincə, Ermənistanda elektrik enerjisi qiymətlərinin artımı haqqında qərarın qəbul olunmasından sonra başlamış etiraz aksiyaları siyasi yox, iqtisadi xarakter daşıyır. Amma bunu bəziləri siyasiləşdirməyə çalışır. 

O, inkişaf edən beş ölkəni - Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası - birləşdirən qrupun (BRİKS) Gənclər Forumunun iştirakçıları ilə görüşdə bildirib ki, bəzi qüvvələr gəncləri öz məqsədləri üçün istifadə edir, milli məsələlər əvəzinə, ölkədə sabitliyi pozmaq üçün alət edirlər. 


(İrəvan aksiya)

(Sergey Lavrov)

S.Lavrov Ermənistanda baş verənləri Ukraynadakı Maydan hərəkatına bənzədib, gəncləri Qərbin çağırışlarına uymamağa çağırıb: "Siz rəngli inqilabların nə olduğunu bilirsiniz. Ukraynada Maydan və Ermənistandakı indiki hadisələr bir-birinə çox bənzəyir.

Bu hərəkətlərlə gənclərdə həvəs oyadırlar ki, dövlət əleyhinə əhval-ruhiyyəni korlasınlar, mövcud hakimiyyətə təzyiqi artırsınlar və bununla da öz məqsədləri üçün istifadə etsinlər. Hərçənd, bu hadisələrin kökü iqtisadi məsələdir. Amma görünən odur ki, bu hadisələri şişirtmək kimlər üçünsə faydalıdır və bundan siyasi açar kimi yararlanırlar."

Ümumiyyətlə, Rusiya xarici işlər nazirinin İrəvanla bağlı belə əndişə ilə danışmasını başa düşmək çətin deyil. Təbii ki, erməni əsilli nazir burada xalqın etirazını iqtisadiyyatla bağlayır, yəni bunun siyasətlə əlaqələndirilməməsini tövsiyə edir. Amma nə üçünsə anlamır ki, bütün dünyada etiraz dalğasının əsas səbəbi hakimiyyətin düzgün siyəsət yürüdə bilməməsi, xalqı idarə edə bilməməsi, əhalinin rifah halının yüksəlməsinə təkan verən addımlar ata bilməməsidir.

Yəni Lavrovun düşüncəsi ilə götürsək, belə çıxır ki, İrəvanda baş verən hadisələrdə Serj Sarkisyan hakimiyyətinin günahı yoxdur. Necə ola bilər ki, ölkədə vəziyyət olduqca gərgindir, bıçaq sümüyə dirənib, amma bunun hakimiyyətə dəxli yoxdur. Demək ki, Lovrovun sevimli Serjinin yaratdığı rejimdən xlaq narazıdır. Bunu anlamamaq, görünür Lavrova sərf etmir.



(İrəvan aksiya)

İrəvan hadisələrinə gəlincə, bu il iyunun 19-dan başlayaraq ölkədə elektrik enerjisinin bahalaşmasına qarşı mitinqlər keçirilir. İyunun 23-də Baqramyan prospektində kütləvi etiraz aksiyasını dağıtmaq, Prezident Administrasiyasına doğru istiqamət alan nümayişçilərə qarşı polis güc tətbiq edib və nəticədə 25 insan zərər çəkib, 250-dən çox insan saxlanılıb, işgəncələrə məruz qalıb.

Etirazın mitinqi iyunun 23-də axşam daha da genişlənib, Azadlıq meydanına toplaşaraq yenidən Baqramyan prospektinə gedib və indiyədək orada gecə-gündüz etirazlarını davam etdirirlər. Onlar elektrik enerjisinə tarifin artımı haqqında iyunun 17-dən Tarif Komissiyanın qərarının ləğv olunmasını tələb edirlər. Qərara əsasən avqustun 1-dən qiymətlər 6,93 dram, yəni (16,7%) bahalaşacaq.


(İrəvan aksiya)

Ermənistan prezidenti Serj Sarkisyan iyunun 27-də "Ermənistan Elektrik Şəbəkəsi" Səhmdar Cəmiyyətində Avrasiya İqtisadi Birliyinin "İnter RAO" şirkəti tərəfindən audit keçirilməsi haqqında göstəriş verib. Auditin nəticələrinin elan olunmasına qədər əhali üçün tariflər həminki səviyyədə qalacaq. Təbii ki, Serjin əhalini sakitləşdirmək üçün növbəti bəhanəsidir. Etirazçılar bunu çox gözəl bilirlər.

Bir sözlə, Ermənistanın paytaxtı İrəvanda elektrik enerjisi tariflərinin yüksəldilməsi ilə əlaqədar keçirilən etiraz aksiyasının dayanacağı görünmür. Bu gecə Baqramyan prospektində aclıq aksiyası keçirən və vəziyyəti pisləşən daha iki nəfər xəstəxanaya yerləşdirilib. Etiraz aksiyası zamanı bir qrup fəal Avropa İttifaqının bayrağını dalğalandırımağa çalışıb. Lakin onlara qarşı polis müdaxilə edib.

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8198
 GBP :  2.1173
 TRY :  0.0522
 EUR/USD :  1.0705
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft