15-dən çox ölkə neft hasilatını dondurur

02 Mart 2016 Çarşamba 06:00

15-dən çox ölkə neft hasilatının həcminin 2016-cı ilin yanvar səviyyəsində dondurulmasına razı olduğunu ictimai şəkildə təsdiq edib. 

Bunu Rusiya energetika naziri Aleksandr Novak deyib.

“Əslində, bu günə olan məlumata əsasən, 15 ölkə neft hasilatının həcminin 2016-cı ilin yanvar səviyyəsində dondurulmasına razılığını bildirib. Lakin bu bəyanatların təsdiqlənməsi üçün nazirlər səviyyəsində görüş keçirib bu qərarı təsdiq etmək lazımdır”, - nazir vurğulayıb.

Novak əlavə edib ki, hətta İran bu razılaşmaya qoşulmasa belə, neft hasilatının dondurulması öz effektini göstərəcək. Bunula belə, nazir qeyd edib ki, "qara qızıl"ın qiyməti 2014-cü ildəki səviyyəsinə qayıtmayacaq./modern/

Benzer Haberler