Əmisi oğlunu öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

11 Mart 2016 Cuma 13:00

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Elşən Nəsirovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası martın 18-nə təyin edilib.

Qeyd edək ki, ötən il noyabr ayında Nəsirov Elşən Nəzir oğlu əmisi oğlu Nəsirov Elnur Balaşirin oğlunu qətlə yetirib.

Hadisədən sonra E.Nəsirov Nəsimi Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə könüllü təslim olub. 

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə ittiham olunur. 

Öldürülən Elnur Nəsirov Lerik rayon Təhsil Şöbəsinin müdiri Balaşirin Nəsirovun oğludur./apa/ 

Benzer Haberler