Bu ilin ilk iki ayında istehlakçılara 4258,2 milyon manatlıq və ya 2015-ci ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz çox məhsul satılıb.
Modern.az saytı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satışın dəyəri real ifadədə 5,5 faiz artaraq 2150,0 milyon manata, qeyri-ərzaq məhsulları üzrə isə 3,0 faiz artaraq 2108,2 milyon manata bərabər olub.
Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 50,5 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 17,2 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,5 faizi elektrik malları və mebelin, 5,7 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,9 faizi kompyuterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,9 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.