"O səs Türkiyə" müsabiqəsinin son buraxılışında növbəti qarşılıqlı duel çıxışları baş tutub.
Yarışmanın son buraxılışındakı “birə bir” mərhələsində Türkiyədə yaşayan Azərbaycanın tanınmış müğənnisi Aygün İsmayılova Miyak türkiyəli iştirakçı Büşra Karahan ilə mübarizə aparıb.
MFÖ qrupunun üzvləri Mazhar-Özkan cütlüyünün komandasında yer alan duel iştirakçıları ayrı-ayrılıqda solo çıxışlar ediblər. İlk olaraq türkiyəli iştirakçı Maykl Ceksonun “The Way You Make Me Feel” mahnısını ifa edib. Daha sonra həmyerlimiz səhnədə öz yerini alıb. O, Skank Anansinin “Charlie Big Potato” mahnısını ifa edərək zaldakı tamaşaçıları və münsifləri coşdurub.
Münsiflərin hər biri öz növbəsində Aygünün möhtəşəm səsə malik olduğunu, ifası ilə hamını başqa bir aləmə apardığını qeyd ediblər.
“O Səs Türkiyə”də ilk çıxışında və duel mərhələsində münsiflərdən “Hə” cavabı alan Aygün bu dəfə də bəyənilib.
Sonda seçim edən Mazhar-Özkan cütlüyü qrupda yolunu Aygünlə davam etdirmək istədiyini söyləyib və beləliklə o, finala çıxmaq hüququ qazanıb.
Xatırladaq ki, 2013-cü ildə Türkiyə vətəndaşı Haluk Miyakla ailə quran Aygün İsmayılova 23 avqustda ilk övladını dünyaya gətirib. Müğənninin ailəsi dueldə Aygünə dəstək üçün gələn tamaşaçılar arasında olub./ans/




Aygün möhtəşəm ifası ilə “O səs Türkiyə”də finala çıxdı - Video
15 Ocak 2015 Perşembe 06:00

"Nəsimi ili” ilə bağlı tədbirlər planı müəyyənləşdirilib
Təbrizdə Azərbaycan aşıqlarının 23-cü toplantısı keçiriləcək
Qəbələ "İslam dünyasının turizm paytaxtı" seçildi
Təbrizli sənətçilərin ‘Səttarxan’ tamaşası Türkiyədə səhnəyə qoyulur
Toğrul İsmayıl: Azərilik Sovet və İran ideoloji sisteminin ortaya atdığı bir ideoloji görüşdür.
Şair və tərcüməçi Xaqani Qayıblı ilə oxucuların görüşü keçirilib - Fotolar
Səfir: Azərbaycan və Türkiyə bir-birinin sevincini, kədərini paylaşan qardaş ölkələrdir - Foto
Bir qadının uğuru, ya uğursuzluğu?
Zəncanda 11-ci ‘Aşıqlar Bayramı’ keçirilib
İranda musiqi festivalı keçirilir
Azərbaycanın “Eurovision-2016” təmsilçisinin adı və mahnısı açıqlanıb
Bərdədə “Qaçqın düşmüş musiqi” festivalı keçirilib
Azərbaycanlı uşaq rusları heyran etdi- Video
Bakıda çəkilmiş dini film Təbrizdə nümayiş etdirilib
Azərbaycanda ilk dəfə dövlət dilinin informasiya bazası yaradılacaq
Şeyx Əbdül “Qanlı Yanvar” barədə: “Vahid Mustafayev orada olmayıb”
"O səs Türkiyə”yə çıxan azərbaycanlılar herkesi coşdurdu - Video
Dünyaca məşhur müğənni 9 yaşlı azərbaycanlı qızla duet oxudu - Video
Tovuzda “Türk dövlət və toplumlarını yaxından tanıyaq” adlı tədbir keçirilib
MTRŞ: Telekanalların hərbi-vətənpərvərliklə bağlı proqram siyasəti bizi qane etmir