Azərbaycan-Türkiyə diasporu Almaniyada toplaşıb

15 Aralık 2014 Pazartesi 08:00

Erməni terror dəstələrinin, sonra isə daşnak Ermənistanın türk və azərbaycanlı əhaliyə qarşı amansız soyqırımı törətmələrinə baxmayaraq, rəsmi Yerevan və xarici ölkələrdəki erməni diasporu tarixdə heç bir zaman olmayan uydurma erməni soyqırımı haqqında haray-həşir qoparır və sözdə soyqırımın 100 illiyinə hazırlaşırlar.

Belə bir şəraitdə erməni yalanlarını ifşa etmək vacib vəzifələrdən biridir.

Modern.az-ın məlumatına görə, bu məqsədlə Almaniya parlamentinin və Avropa Parlamentarilər Məclisinin keçmiş üzvü, professor Hakkı Keskinin sədrlik etdiyi Almaniyadakı Türk-Azərbaycan Birliyinin dekabrın 6-14-də Berlin, Dortmund, Bielefeld və Hamburqda təşkil etdiyi iki seminar və dörd konfrans böyük maraq doğurub.

Millət vəkili, AMEA-nın Dünya Siyasəti İnstitutunun direktoru, AMEA Rəyasət Heyətinin qərarı ilə yaradılmış “Azərbaycanlılara qarşı soyqırım tədqiqatları” komissiyasının “Azərbaycanlılara qarşı soyqırım siyasəti” işçi qrupunun rəhbəri, professor Musa Qasımlı həmin toplantılarda arxiv mənbələri və sənədli mənbələr əsasında  “Erməni iddiaları və ən mötəbər arxiv mənbələri əsasında gerçəklər” və “Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımlar” mövzularında etdiyi məruzələri maraqla qarşılanıb.

Professor çar Rusiyasının və sovet dövlətinin rəsmi sənədləri əsasında tarixdə “erməni soyqırımı” deyilən bir şeyin olmadığını, əslində soyqırımı erməni silahlı dəstələrinin və Ermənistanın törətdiyini vurğulayıb.

O, bildirib ki, erməni silahlı dəstələri türklərə, azərbaycanlılara qarşı soyqırımı əvvəlcə Anadoluda, Birinci Dünya müharibəsində rus-türk cəbhəsi dağıldıqdan sonra isə Cənubi Qafqazda – Azərbaycan torpaqlarında yaradılmış indiki Ermənistan Respublikası, müasir Azərbaycan Respublikası ərazilərində, Borçalıda və Cənubi Azərbaycanda qəddarlıqla törədiblər: 
“Daşnak Ermənistanında kütləvi soyqırımını dövlət hakimiyyət orqanları həyata keçiriblər.
Soyqırımı siyasəti sonrakı illərdə də davam etdirilib. Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzünün gedişində işğal edilmiş Dağlıq Qarabağ regionunda və ətrafında mülki azərbaycanlı əhali soyqırımına məruz qalıb. Xocalıda soyqırımı törətməklə Ermənistan Respublikası bəşəriyyətə və sivilizasiyaya qarşı dövlət səviyyəsində cinayət edib”.

 Seminar və konfranslarda professor Hakkı Keskin “İngilislərin “Malta istintaqı”, Avropa İnsan Haqları Məhkəməsinin qərarı və erməni iddialarına qarşı lazım olan strategiyalar”, Almaniyadan doktor Əli Söləməzoğlu “1915-ci ildə Anadoluda nə oldu? Xarici mənbələr əsasında bir araşdırma” və “Erməni soyqırım iddialarına qarşı həqiqətləri necə müdafiə edə bilərik?” adlı maraqlı məruzələr ediblər. Azərbaycan, türk diasporu və alman ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi seminar və konfranslar haqqında Almaniyada dərc edilən türk dilli qəzetlərdə və saytlarda geniş məlumatlar verilib.

Benzer Haberler