Azərbaycan Mərkəzi Bankı 2 may tarixinə valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan verilən məlumata görə, mayın 2-ə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,5072 manat təşkil edir.
Manata nəzərən avronun məzənnəsi isə 1,7283 manat təşkil edir.
1 türk lirəsi 0,5396 manat, 1 rus rublu 0,0233 manatdır.