Erməni rəqibinə qalib gələn Azərbaycan güləşçisi yığmamıza 40-cı olimpiya lisenziyası qazandırıb - Foto

16 Nisan 2016 Cumartesi 15:00

Serbiyanın Zrenyanin şəhərində 2016-cı il Rio-de Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən Avropa təsnifat turniri davam edir.

İkinci yarış günündə yığmamızın daha iki üzvü olimpiya vəsiqəsi uğrunda yarışır. Sərbəst güləş yarışlarında 74 kq çəkidə mübarizə aparan pəhləvanımız Cəbrayıl Həsənov ardıcıl olaraq Moldovadan Aleksandru Burcanı, Polşadan Kristian Brzozovskini tam üstünlüklə məğlub edib.

Yarımfinalda erməni rəqibi Suren Xaçatryanı 51 saniyə ərzində məğlub edən güləşçimiz turnirin finalına yüksəlib və Rio Olimpiadasına vəsiqəni təmin edib.

Beləliklə də millimiz “Rio-2016”ya 40-cı lisenziyasını qazanıb.

Final görüşləri bu gün saat 21:00-da başlayacaq./azertag/

Benzer Haberler