AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Məsud Barış: Hələlik İranda çıxışlarımıza qadağa qoyulub, amma Türkiyə və Azərbaycanda konsert verməyə hazırlaşırıq - Video
02/03/2015 Yazdır

Təbrizin “Barış” rok qrupunun keçən il noyabr ayında Tatarısstan paytaxtı Kazanda türk ölkələri və bölgələri arasında keçirilən Türkvizion 2014 mahnı müsabiqəsinə qatılması sosial şəbəkələrdə böyük maraqla qarşılanmışdı. Qrupun bədii rəhbəri, müğənni Məsud Əmir Sepehr müsabiqəyə qatıldığı üçün İranda təzyiqlərlə qarşılaşdığını bildirib.

Məsud Əmir Sepehr Amerikanın Səsinə Skype müsahibəsi zamanı “Barış” qrupunun fəaliyyəti, nun və qrupun professional fəaliyyəti qarşısında çətinliklər və Təbrizdə rəhbərlik etdiyi musiqi məktəbindən danışıb.   

Məsud Barış müsabiqədən qayıdandan sonra səhnə fəaliyyəti və tele efirdə çıxış edə bilmədiyini deyib: “Müsabiqədən qayıdandan təxminən bir ay sonra mənə çatdırıldı ki səhnəyə və efirə çıxa bilmərəm. Mənə səhnəyə və efirə çıxmaq qadağan edilib.”

Müğəni “Barış” qrupunun konsert çıxışlarına icazə verilmədiyini, lakin musiqiçilərin onun rəhbərlik etdiyi musiqi məktəbində məşqləri davam etdirdiyini deyib: “Mənim Təbrizdə musiqi məktəbim var. Qrupum da məşqləri orada davam etdirir. Amma hələlik çıxışlara qadağa qoyulub.”

Məsud Barış musiqiçilərin çıxışlarına qadağanın aradan qaldırılacağına ümid bəslədiyini və qadağanın ləğvindən sonra “Barış” qrupunun  konsertləri davam etdirəcəyini deyib.  Məsud Barış əlavə edib ki, İranda qrupun çıxışlarına icazə verilməsə də, musiqiçilər Türkiyə və Azərbaycanda konsert proqramları ilə çıxış etməyi planlaşdırır. O bildlirib ki, “Barış” qrupunun İran sərhədlərindən xaricdə konsert verməsi ilə bağlı heç bir problem yoxdur.

Məsud Barış güney azərbaycanlı gənclərin rok və populyar müasir musiqiyə böyük həvəs göstərdiyini deyib. “Mən özüm klassik musiqi təhslili almışam, Avropa klassiklərinin əsərlərini ifa etməyi öyrənmişəm. Amma bizim cəmiyyətdə pop və rok musiqisi çox sevildiyinə görə və boşluğun yaranmamasına görə mən çalışıram klassik rokun sintezindən elə bir musiqi yaransın ki həm gənclərin zövqünü oxşasın, həm də milli üslubu insanlara çatdıra bilək.”

Məsud Barış rəhbərlik etdiyi musiqi məktəbində  300-dən çox şagirdin musiqi təhsili aldığını deyib: “Hamı gəlir, 300-lə 320 nəfər arasında tələbəmiz var. Qızlar da var, oğlanlar da, böyük yaşda olan tələbələr də var. Burada həm klassik musiqi, həm Azərbaycan, həm də İran musiqisini tədris edirik. Təxminən 30 müəllim dərs keçir. Çox çalışmışıq ki, məktəbə professioanal musiqiçiləri cəlb edək ki, musiqi məktəbi güclü təməl üzərində qurulsun və 10-20 ildən sonra professional musiqiçilər yetişsin.”

Məsud Barış gələcək planlarından danışaraq, bədii rəhbəri olduğu “Barış” qrupunun Türkiyədə Ankara, İstambul və başqa şəhərlərdə, habelə Bakıda konsert proqramları ilə çıxış etməyi planlaşdırdığını deyib.   

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8109
 GBP :  2.0991
 TRY :  0.0521
 EUR/USD :  1.0652
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft