AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Maliyyə Nazirliyi məmurlarla bağlı səs-küylü korrupsiya faktları açıqladı
05/02/2016 Yazdır

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2015-ci ildə Xidmətin iş planına uyğun olaraq respublikanın 2 rayonunda rayon icra hakimiyyətləri başçılarının aparatlarının saxlanılmasına, rayonların abadlığına, yolların, mənzil fondunun və büdcə təşkilatlarının yerləşdikləri binaların əsaslı və cari təmirinə, mənzil kommunal təsərrüfatı qurumlarına dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) xərclərindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi yoxlanılıb.

Bu barədə Modern.az-a Maliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bundan başqa, Təhsil Nazirliyinin 14, Səhiyyə Nazirliyinin 4, Gənclər və İdman Nazirliyinin 1, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 müəssisəsinə, Dövlət Miqrasiya Xidmətinin və Vergilər Nazirliyi yanında 2 departamentin aparatlarının saxlanılmasına, Milli Elmlər Akademiyasının 2 elmi-tədqiqat institutuna, "Azəristiliktəchizat" ASC-yə dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi, “Meliorasiya və Su Təsərrüfatı” ASC-də “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə ikinci Layihə”nin 2011-2014-cü illərdə icrası vəziyyəti, dövlət büdcəsinin Ağstafa, Ağcabədi və Ağdaş rayonları üzrə yerli gəlir və xərclərinin tərtibi və icrasına dair həmin rayonlar üzrə maliyyə idarələrinin işləri, habelə Bakı şəhərinin Nərimanov rayonunda təmir-tikinti işlərinin aparılmasına dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) xərclərindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi yoxlanılıb.

Eyni zamanda Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı və Avstraliya İttifaqındakı səfirliklərinin, Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının Baş Konsulluğunun maliyyə-təsərrüfat fəaliyyətləri təftiş edilib.

2015-ci ildə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin mərkəzi aparatı tərəfindənaparılan yoxlamalarla dövlət büdcəsindən ayrılmış vəsaitlərin xərclənməsini tənzimləyən normativ hüquqi aktların tələblərinə əməl edilməməsi hesabına artıq ödənilməsi aşkar olunmuş 7949,47 min manat vəsaitin 7165,14 min manatınıntəqsirkar şəxslər tərəfindən büdcəyə bərpası təmin edilib.

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin regional maliyyə müfəttişlikləri tərəfindən 2015-ci ildə müvafiq rayonların (şəhərlərin) ərazilərində yerləşən büdcə təşkilatlarında aparılan nəzarət tədbirləri ilə aşkar olunmuş 2392,2 min manatməbləğində artıq və əsassız ödənişlərin 1669,56 min manatı təqsirkar şəxslər tərəfindən büdcəyə bərpa edilib.

Ağcabədi Rayon İcra Hakimiyyətinin Hacıbədəlli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 132,90 min manat, Samux Rayon İcra Hakimiyyətinın Zazalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 130,74 min manat, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Azərbaycan Dövlət Maşın Sınaq Stansiyasında 233,91 min manat, Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt filialında 156,81 min manat, cəmi 654,36 min manatməbləğində mənimsəmə halları aşkar olunaraq yoxlama materialları müvafiq tədbirlər görülməsi üçün Baş Prokurorluğa göndərilib.

Yuxarıda göstərilənlərlə bərabər, Xidmətin mütəxəssisləri tərəfindən Baş Prokurorluğun məktublarına və məhkəmə orqanlarının qərarlarına əsasən 29 təşkilatda həmin məktub və qərarlarda qeyd olunan suallar yoxlanılıb və cəmi 625,24 min manat məbləğində mənimsəmə halları aşkar olunaraq yoxlama materialları müvafiq tədbirlər görülməsi üçün aidiyyəti üzrə Baş Prokurorluğa göndərilib.

Bununla yanaşı, əvvəlki dövrlərdə Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən büdcə təşkilatlarında aparılmış yoxlamalarla aşkar olunmuş artıq və əsassız ödənişlərin1483,53 min manatının, o cümlədən əvvəlki dövrlərdə büdcə təşkilatlarında aparılmış yoxlamalarla mənimsəmə halları aşkar olunaraq yoxlama materialları müvafiq tədbirlər görülməsi üçün aidiyyəti üzrə Baş Prokurorluğa göndərilmiş obyektlər üzrə aparılan istintaq tədbirləri zamanı 1414,45 min manatın dövlət büdcəsinə bərpası təmin edilib.

2015-ci ildə aparılmış yoxlamaların nəticələri üzrə büdcə təşkilatlarında nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində «Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında işlərə dair sənədlər və onların tərtib olunması Qaydaları»na uyğun olaraq müvafiq protokollar tərtib edilmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 204-1-ci maddəsində nəzərdə tutulmuşinzibati xətalar törətdiklərinə görə 931 vəzifəli şəxsə 576 min manat məbləğində cərimələr tətbiq edilib və həmin cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin edilib.

Aparılmış yoxlamalar nəticəsində aşkar olunmuş nöqsanların aradan qaldırılması və belə nöqsanlara digər təşkilatlarda yol verilməsinin qarşısının alınması məqsədi ilə, habelə nöqsanlara yol verilməsində təqsiri olan vəzifəli şəxslər barəsində tədbirlər görülməsi üçün mərkəzi icra hakimiyyəti və müvafiq yerli icra hakimiyyəti orqanlarına, rayonlar üzrə maliyyə idarələrinə məktublar göndərilib, Ağstafa və Ağcabədi rayonları üzrə maliyyə idarələrinin rəisləri işlərində yol verdikləri nöqsanlara görə tutduqları vəzifələrindən kənarlaşdırılıb.

Hesabat dövründə Dövlət Maliyyə Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən dövlət büdcəsindən Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin layihələndirilməsi və tikilməsi üçün Nəqliyyat Nazirliyinə ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsi, Baş Prokurorluğun məktublarına və məhkəmə qərarlarına əsasən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin, Məlumat Hesablama Mərkəzinin, “Aztelekom”, “Azintelekom” və “Azərpoçt” məhdud məsuliyyətli cəmiyyətlərin və onların tabeliyində olan müəssisələrin maliyyə-təsərrüfat fəaliyyətlərinin yoxlanılması, habelə onlarla maliyyə təsərrüfat əlaqəsində olmuş təşkilatlarla qarşılıqlı üzləşmələrin aparılması və “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti tərəfindən fiziki və hüquqi şəxslərə kreditlərin verilməsi, istifadəsi və qaytarılması zamanı mövcud qanunvericiliyin tələblərinə əməl edilməsi mövzusu üzrə nəzarət tədbirlərinə başlanılıb.

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8152
 GBP :  2.1198
 TRY :  0.0523
 EUR/USD :  1.0678
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft