AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Mart qırğınları: “İtin gəmirdiyi körpəni, divara mıxlanan uşağı çəkən fotoqraf vahimələndi” - Fotolar
05/12/2017 Yazdır

Gələn il Azərbaycan tarixində bir çox şanlı səhifələrin yüzüncü ildönümü ilə yadda qalacaq. Bunun da əsas səbəbi 1918-ci ilin mayında yaranan Azərbaycan Cümhuriyyətidir. Dövlət qurulduqdan sonra bir çox vacib tarixi missiyaları həyata keçirdi ki, onların da əksəriyyəti elə 1918-ci ilə aiddir.

Amma 1918-ci il tariximiz üçün təkcə ağ səhifələrlə yadda qalmayıb.  Həmin ilin 31 Mart soyqırımının da yüzillik indönümü gələn il tamam olur.

Modern.az saytı mart qırğınları, azərbaycanlıların soyqırımı ilə bağlı silsilə yazılara davam edir. İldönümünə qədər bu tarixlə bağlı bir çox məsələləri oxucuların diqqətinə çatdıracağıq.

Martın 30-da saat 16.40 radələrində Erməni kilsəsinin yanına toplaşan daşnak dəstələri müsəlmanlara ilk atəş açır, beləliklə, dinc əhaliyə qarşı kütləvi qətliama “start verilir”. Martın 31-i və aprelin 1-də qırğınlar, xüsusilə, kütləvi şəkil alır, üç gün ərzində Bakıda 12 min insan qətlə yetirilir. Onların çoxunun meyitləri tapılmır.

Çünki şahidlərin dediklərinə görə, ermənilər meyitləri od-alov bürümüş evlərə, dənizə və quyulara atırdılar ki, cinayətin izini itirsinlər. Şaumyanın erməni-bolşevik dəstələri Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə etmiş, Təzəpir məscidini topa tutmuş, “Kaspi”, “Açıq söz” qəzetlərinin redaksiyalarına, “İsmailiyyə”nin binasına od vurmuşdular. Xalqın bir çox ziyarətgahları və tarixi abidələri dağıdılıb yerlə yeksan edilmişdi.

Bu dəfəki yazıda həmin dəhşətlərin şahidi olan iki əcnəbinin qeydlərini təqdim edəcəyik. Onların biri qeydlərini sözlə, o biri isə məsləyinə uyğun olaraq, foto ilə edib.

Dəhşətli günlərin şahidi olan Kulner soyadlı alman 1925-ci ildə Bakı hadisələri barədə bunları yazırdı: “Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmışdı. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər”

İkinci şahid isə fotoqraf Sokolovdur. O Sokolov ki, mart qırğınlarından sonra öz peşəsinə nifrət etdi.

Qırğınlar ərəfəsində “Nikolay Buniatov” paroxodunun komandir köməkçisi Kazım Axundova Bakının Çəmbərəkənd adlandırılan dağüstü hissəsinin mühafizəsi üçün təyyarəçi Rozenblyumun başçılığı ilə 10 silahlı matros göndərildi. K.Axundov Nikolayev küçəsindəki meyitlərin yığışdırılmasına başladı. Onların arasında süngülərlə didik-didik edilmiş və qılıncla tikə-tikə doğranmış 3 müsəlman gimnazistin, 11 gimnaziyaçı qızın, 1 rus qadınının, 3-5 yaşlarında 3 müsəlman oğlan uşağının, 8 rus kişinin, 19 İran təbəəli müsəlman qadını-nın, müxtəlif peşə sahibləri olan 67 azərbaycanlının meyitləri var idi.

Bundan başqa, “Vulkan” cəmiyyətinin köhnə körpüsünə müsəlman kişilərin, qadın və uşaqların 6.748 meyiti gətirilmişdi. Axundov öz tanışı, texnik Vladimir Sokolovu “Kərpicxana” deyilən yerə aparmışdı. V.Sokolov burada 3 fotoşəkil çəkmişdi. Birinci şəkildə başında güllə, bədənində beş süngü yarası olan və sağ körpücük sümüyünə qılınc zərbəsi endirilən qadın meyiti təsvir olunmuşdu. Onun sağ döşü üstündə hələ nəfəs alan körpə uzanmışdı. Körpənin ayağında süngü yarası var idi. Digər şəkildə isə iri mismarla divara vurulmuş 2 yaşlı uşaq təsvir edilmişdi. Mismarın başından aydın görünürdü ki, onu divara daşla bərkitmişlər. Üçüncü şəkildəki isə 13-14 yaşlı qızın meyiti idi.

Axundovla Sokolov dördüncü evə daxil olduqda dəhşətli bir mənzərə ilə rastlaşmışdılar: geniş bir otağın döşəməsi üstündə 22-23 yaşlı bir qadının, iki qarının, 9 yaşlı qızın, 8 yaşlı oğlanın və südəmər körpənin meyitləri uzadılmışdı. Körpənin əl-ayağını itlər gəmirib yemişdi.

Bu mənzərə Sokolova elə ağır təsir göstərmişdi ki, o, daha foto belə çəkə bilməmişdi.

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8399
 GBP :  2.1472
 TRY :  0.0526
 EUR/USD :  1.0823
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft