AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» “Nə üçün Urmu gölünün təsviri dərsliklərdən silinib?”
28/09/2017 Yazdır

Urmiyənin İran parlamentindəki millət vəkili Nadir Qazipur ölkənin Təhsil naziri Seyid Məhəmməd Bəthaiyə məktub yazaraq Urmu gölünün məktəb dərsliklərindən silinməsinin səbəbini soruşub.

Məktubda nazirliyin Urmu gölünə münasibəti sərt tənqid olunub.

“Bəzi ölkələr, o cümlədən Avstraliya insanın təbiətə müdaxiləsinin nəticəsini izah etmək məqsədi ilə Urmu gölünün quruması hadisəsini dərsliklərə salıblar. Belə bir halda Təhsil Nazirliyi Urmu gölünün təsvirini iranlı şagirdlərin dərsliklərindən silir, göl hələ qurumamış onun adı və təsviri qurudulur.

Nə üçün bu işlərinizlə yeni nəsilin təhsil sisteminə müdaxilə edirsiniz?!

Urmu gölü təkcə Azərbaycan üçün deyil, bütün İran üçün dəyərli təbiət mirası idi. Lakin bu dəyərli miras insan müqdaxiləsi nəticəsində məhv olmaq üzrədir. Məsullar Urmu gölünün canlandırılması üçün büdcə vəsaiti də daxil olmaqla müxtəlif vədlər veriblər, təəssüflə bu vədlərin əksəriyyəti yerinə yetirilməyib.

İndi görürük ki, Urmu gölünün təsviri belə dərsliklərdən silinib! Bölgə əhalisi nazirdən bu zəmində qaneedici cavab gözləyir”- deyə məktubda qeyd olunub.

N.Qazipur sentyabrın 21-də sosial şəbəkəsi səhifəsində bir görüntü yayaraq məktəb dərsliklərində İran coğrafiyası xəritəsində Urmu gölünə yer verilmədiyi, daha doğrusu gölü əks etdirən təsvirin silindiyini bildirmişdir.

Millət vəkili ölkə xəritəsində Urmu gölünün yer almamasına etiraz edərək bildirib ki, “Təhsil Nazirliyi rəsmiləri İran İslam Cümhuriyyətinin xəritəsindən Urmu gölünün silinməsi ilə bağlı cavabdehlik daşıyır. Hər kəs bilməlidir ki, bu iş hansı fikir otağının məsləhəti ilə həyata keçirilib!?

“Biz millət vəkilləri olaraq bu məsələni boş buraxmayacayıq. Kimsəyə pərdə arxasında bizim qırmızı xəttimiz olan Azərbaycan və Urmu gölünə zərbə vurmağa imkan verməyəcəyik”- deyə N.Qazipur qeyd etmişdir.

İranda təhsil ocaqlarının açılışı ərəfəsində sosial şəbəkələrdə də məktəb dərsliklərinə aid müxtəlif görüntülər yayılıb. Görüntülərdə Urmu gölünün dərsliklərdən silindiyi müşahidə olunur.

Bundan öncə isə Sənədlərin Qeydiyyatı İdarəsinin mülkiyyətlə bağlı sənədlərinin fonundakı təsvirdə Urmu gölünün təsviri ləğv olunmuşdur.

Bütün bunlar o halda baş verir ki, Urmu gölündə böhran getdikcə dərinləşir. Urmu Gölünü Canlandırma Mərkəzinin rəsmilərinin dediyinə görə, göldə suyun səviyyəsinin aşağı düşməsi prosesi davam edir, gölün sulu sahəsi isə 90 faizdən çox kiçilib. Gölün bərpasını gözləyən bölgə əhalisinin artıq yağıntıların artmasından başqa heç bir ümidi qalmayıb./gunaz.tv/

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8399
 GBP :  2.1472
 TRY :  0.0526
 EUR/USD :  1.0823
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft