Şəmkirdə oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb.
Noyabrın 11-nə keçən gecə Şəmkir şəhərində Dəllər qəsəbə sakini Ramin Hüseynova məxsus mağazadan dam örtüyü sökülməklə avtomobil ehtiyat hissələri oğurlanıb.
Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Gürcüstan vətəndaşı Rəşad Əliyev və Dəllər qəsəbə sakini Əli Yusifov tutulublar.
Faktla bağlı araşdırma aparılır./apa/
|