AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Gürcüstanda yeni fəaliyyətə başlayan xəbər portalı və internet kanalının təqdimat mərasimi olub  •   Paşinyan baş nazir postuna namizəd olmayacaq  •   Güney azərbaycanlı şagird 10-cu Beynəlxalq Riyaziyyat Müsabiqəsinin qalibi olub  •   17 oktyabr Yoxsulluqla Mübarizə günüdür - Azərbaycanda rəsmi yoxsulluq səviyyəsi..   •   “Qarabağ Qaziləri” İctimai Birliyinin sədri Etimad Əsədov vəfat edib  •   Prezidentdən XƏBƏRDARLIQ : “Bütün özəl və dövlət şirkətləri mənim sözlərimdən nəticə çıxarsınlar”  •   Ərdəbildə azərbaycanlı fəal Muctaba Pərvin saxlanılıb  •   Urmiya zindanında aralarında Zeynəb Sekavəndin də olduğu daha 3 nəfər edam edilib  •   Dəhşətli qəzada 1 məktəbli öldü, 35 nəfər yaralandı  •   Suriya ermənilərinin Laçına köçürülməsi davam edir  •   Prezident İlham Əliyev “Azərspace 2” peykinin orbitə buraxılması münasibətilə Azərbaycan xalqını təbrik edib  •   Kənd təsərrüfatı nazirinin yeni müavini təyin olunub  •   Məktəblərdə rus dilinin yerinə türk dili tədris olunsun – Nadir Qazipur  •   Ölkənin qızıl-gümüş bazarında ucuzlaşma var  •   XİN həkimlərin Qarabağa səfərini araşdırmağa başladı  •   Təbrizdə quraşdırılan “fars” dili kitabı lövhəsi “riyaziyyat”la dəyişdirildi  •   Norveçdə Rusiya casusu tutuldu: O, Azərbaycanda da olub  •   Azərbaycan İƏT ölkələrini Ermənistanla münasibətləri aşağı səviyyəyə endirməyə çağırıb  •   Dövlət Komitəsi İctimai Televiziya ilə yeni layihəyə başladı - Video  •   Qarabağ həqiqətləri 13 dildə dünyaya yayılır   •  
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Özəl bağçaların əksəriyyəti məmurlarındır
12/06/2018 Yazdır

Bakıda yerləşən “Kids studio” bağçasında uşaqların tərbiyəçi tərəfindən zorakılığa məruz qalması ilə bağlı görüntülər ictimaiyyət tərəfindən böyük qınaqla qarşılanıb.

Qeyd edək ki, görüntülər müxtəlif tarixlərdə müşahidə kameraları tərəfindən lentə alınıb. Görüntülər ictimailəşdikdən sonra Yasamal Rayon İcra Hakimiyyətinin (RİH) nümayəndələri “Kids studio” uşaq bağçasında olub. “Kids studio” uşaq bağçasının müdiri Nigar Müseyibova bildirib ki, bağça bundan sonra fəaliyyət göstərməyəcək.

Sosiaal şəbəkələrdə aparılan müzakirələrə görə, bağça indiyədək lisenziyasız fəaliyyət göstərib. Bu və bu kimi məsələlərə aydınlıq gətirilməsi üçün rəsmilərə və ekspertlərə müraciət etdik.

“Özəl bağçalara lisenziyanı Bakı Şəhər İcra Hakimiyyəti vermir”

Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qurum özəl bağçalara nəzarət fəaliyyətini həyata keçirmir:

“İcra Hakimiyyəti dövlət bağçalarına nəzarət edir. Onlara da lisenziya verilməsi nəzərdə tutulmur. Amma özəl bağçalara nəzarətin hansı qurum tərəfindən icra olunduğunu dəqiq söyləyə bilmərik. Bizdə olan məlumata görə, özəl bağçalara nəzarət ya Təhsil Nazirliyi, ya da Daxili İşlər Nazirliyinin hansısa şöbəsi tərəfindən verilir. Bizdə bu barədə dəqiq məlumat yoxdur”.
“Kimsə yaxasını kənara çəkməsin”

Təhsil eksperti Kamran Əsədov isə açıqlamasında bir çox suallara aydınlıq gətirib. Ekpert bildirib ki, ölkədə hər hansı hadisə baş verən kimi şablon olaraq “müəssisə qeydiyyatsız fəaliyyət göstərib”, yaxud “həmin şəxs işdən çıxarılıb”, yaxud “bizdə bu adda adam çalışmır” və s. açıqlamları verilir:

“Azərbaycan Respublikasının qanunvercilik aktlarına görə, vergi ödəyicisi kimi qeydiyyatdan keçən fiziki və hüquqi şəxsə xidmət göstərmək hüququ verilir. Lisnziyadan keçib ya da keçməmək həmin bağçanın fəaliyyət göstərib-göstərməməsinə hüquqi zəmin yaratmır. Lisenziyadan keçmək könüllülük prinsipi əsasında baş verə bilər.

Vergi Məcəlləsinə və digər qanunvericilik aktlarına görə, Azərbaycan dövləti sahibkarlığı dəstəkləyir və heç kimin fəaliyyət sahəsinə məhdudiyyət tətbiq edilə bilməz. Ona lisenziyanın verilib-verilməməsi qanun pozuntusu  sayılmır. Bu baxımdan kimlərsə ““Kids studio” bağçası lisenziyasız fəaliyyət göstərirdi” deməklə məsuliyyəti üzərindən atmasın”.

“94 özəl bağçadan 20-nin lisenziyası var”

Ekspert deyib ki, hazırda Vergilər Nazirliyində qeydiyyatdan keçmiş 94 özəl uşaq bağçası fəaliyyət göstərir:

“94 uşaq bağçasından cəmi 20-si lisenziya alıb. Bu da könüllülük prinsipləri əsasında. Lisenziya almaq üçün 1600 manatadək vəsait ödənişi tələb edilir. Bilirik ki, bəzən lisenziya verilməsində şəffaflıq təmin edilmir. Amma konkret olaraq lisenziya verilməsi üçün tələb olunan şərtlər olduqca ağırdır və bu, biznes maraqlarına ziddir.

Ümumilikdə istənilən hüquqi və fiziki şəxs vergi qeydiyyatından keçərək, bağça və digər xidmət sahəsində fəaliyyət göstərə bilər. Bu gün heç bir qurum yaxasını kənara çəkməsin ki, “biz lisenziya verməmişik”, yaxud “bağçanın fəaliyyətindən xəbərsiz idik”.

O bağçaların hər biri vergi ödəyicisi kimi qeydiyyatdan keçib, Azərbaycan dövləti də sahibkarların yanındadır. Bu hadisə əlbəttə, təəssüf doğuran məqamdır. Amma bu kimi hallarda mütləq şəkildə “qurumun fəaliyyəti dayandırılmalıdır” fikri əsas meyar olmamalıdır. Onda belə çıxır ki, hansısa bağçada bu kimi fakt olan kimi, bağçanı bağlamalıyıq?..

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 132-ci maddəsində bu kimi zorakılığa qarşı cəza tədbirləri nəzərdə tutulub. Biz isə qanunları kənara qoyub, məsələni icitmai qınağa çeviririk. Cinayət Məcəlləsinin  126-cı maddəsində ictimai ittiham əsasında şikayət nəzərdə tutulan halda, qurum fəaliyyətini dayandırmalıdır.

Onda belə çxıır ki, hər kəs 5-3 nəfəri ətrafına yığıb kimdənsə şikayət edib fəaliyyətini dayandıra bilər? Xeyr! Bu halı törədən şəxs birbaşa özü məsuliyyət daşımalıdır. Qanunvericilikdə bunun üçün cərimə cəzası, islah işləri, ən son anda onun işdən çıxarılaraq həbs edilməsi nəzərdə tutulub”.

“Bağçalar Təhsil Nazirliyinin tabeliyinə verilməlidir”

K.Əsədov dövlət və uşaq bağçalarının vahid mərkəzdən idarə olunmasını təklif edib:

“Problem bundadır ki, Azərbyacanda özəl bağçalara nəzarət sistemi yoxdur. Oradakı təhlükəsizlikdən, qidalanmadan, kadrların bu sahəyə nə qədər yaralı olub-olmamalarından xəbərsizik. Problemin kökü odur ki, özəl bağçalar nəzarətsizdir.

Hər kəs bir bina götürür, vergi qeydiyyatından keçirir və reklam vasitəsilə çox sayda insan cəlb edərək, fəaliyyət göstərir. Bu baxımdan məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyinin balansına verilməlidir. Ona görə verilməlidir ki, vahidlik prinsipi qorunsun. Yəni ibtidaidən aliyə qədər vahid mərkəz tərəfindən idarə olunsun. Yəni bu, o qənaəti formalaşdırmasın ki, Təhsil Nazirliyinin tabeliyindəki təhsil müəssisələrində hər şey əladır, yaxud məktəblərdə vəziyyət o qədər ürəkaçandır ki, bağçaları da düzəldəcəklər. Biz Təhsil Nazirliyinin özünün tabeliyində olan təhsil müəssisələrində keyfiyyət artımını gözləyirik.

Sadəcə vahidlik prinsipi baxımından bağçaların Təhsil Nazirliyinin tabeliyinə qaytarılmasının tərəfdarıyam. 2011-ci ildən bağçalar İcra hakimiyyətlərinin balansına verildi və fəaliyyətləri tamamilə nəzarətsiz hala düşdü. Düşünürəm ki, bağçalar, digər dünya ölkələrində olduğu kimi, ayrıca bir qurumun tərkibinə verilməli, amma o qurum ümumilikdə Təhsil Nazirliyinin nəzdində olmalıdır.

Necə ki, diplomların tanınması və akreditasiyası, peşə təhsili nazirliyə tabe olan ayrıca bir qurum tərəfindən idarə olunur . Eynilə məktəbəqədər təhsil müəssiələri, uşaq bağçaları, körpələr evi, internat evləri də vahid qurum tərəfindən idarə olunmalıdır ki, oradakı şəxslərin nə qədər təhsilə yararlı olub-olmadığını müəyən edə bilək. Biz bilmirik o müəssisələrdə nə qədər qida zəhərlənmələri olur, təhlükəsizlik məsələlərinə nə qədər riayət olunur və s”.

Özəl bağçalar kimindir?..

Ekspert özəl bağçaların əksəriyyətinin məmurlara məxsusluğunu və onlara müdaxilənin mümkünsüz olduğunu diqqətə çatdırıb:

“Onu da qeyd etmək istəyirəm ki, özəl bağçalar ictimaiyyətə açıq deyil. Dövlət bağçaları açıqdır, biz vaxtaşırı bu yöndə müzakirələr aparırıq. Amma özəl bağçalar bir çox hallarda məmurlara, bu və digər vəzifəli şəxslərə, İcra Hakimiyyətlərinin şəxsi fəaliyyətlərinə bağlı olduqlarına görə onlara müdaxilə etmək olmur.

Özəl bağçalar birbaşa məmurlara tabe olduğu üçün onlara müdaxilə etmək çətindir. Bu kimi problemlərin aradan qaldırılması üçün dövlət və özəl bağçalar vahid qurum tərəfindən idarə edilməlidir. İstər rəhbər işçilərə, istərsə də digər işçilərə fəaliyyətinin yararlılığı ilə bağlı lisenziya verilməlidir. Amma bu fəaliyyət lisenzityası biznes mühitinə zərbə vurmamalıdır”.


+ Benzer Haberler
» Gürcüstanda yeni fəaliyyətə başlayan xəbər portalı və internet kanalının təqdimat mərasimi olub
» Paşinyan baş nazir postuna namizəd olmayacaq
» Güney azərbaycanlı şagird 10-cu Beynəlxalq Riyaziyyat Müsabiqəsinin qalibi olub
» 17 oktyabr Yoxsulluqla Mübarizə günüdür - Azərbaycanda rəsmi yoxsulluq səviyyəsi..
» “Qarabağ Qaziləri” İctimai Birliyinin sədri Etimad Əsədov vəfat edib
» Prezidentdən XƏBƏRDARLIQ : “Bütün özəl və dövlət şirkətləri mənim sözlərimdən nəticə çıxarsınlar”
» Dəhşətli qəzada 1 məktəbli öldü, 35 nəfər yaralandı
» Suriya ermənilərinin Laçına köçürülməsi davam edir
» Prezident İlham Əliyev “Azərspace 2” peykinin orbitə buraxılması münasibətilə Azərbaycan xalqını təbrik edib
» Kənd təsərrüfatı nazirinin yeni müavini təyin olunub
» XİN həkimlərin Qarabağa səfərini araşdırmağa başladı
» Norveçdə Rusiya casusu tutuldu: O, Azərbaycanda da olub
» Azərbaycan İƏT ölkələrini Ermənistanla münasibətləri aşağı səviyyəyə endirməyə çağırıb
» Dövlət Komitəsi İctimai Televiziya ilə yeni layihəyə başladı - Video
» Qarabağ həqiqətləri 13 dildə dünyaya yayılır
» Etimad İsmayılovu qətlə yetirən iş adamı tutuldu
» Azərbaycan Prezidenti: Bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək zirvədədir
» Bakının bolşevik-daşnak işğalından azad edilməsinin 100-cü ildönümü münasibətilə hərbi parad keçirilib
» Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü olub
» İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Sammitində çıxış edib


 
Hava Vəziyyəti

Error. Page cannot be displayed. Please contact your service provider for more details. (8)

Məzənnələr
 USD :  1.7000
 EUR :  1.9479
 GBP :  2.2135
 TRY :  0.3020
 EUR/USD :  1.1458
YAZARLAR
İbrahim NƏBİOĞLU
PARASELS VƏ GECƏ QONAĞI (Avstriya Gündəliyi – 2)
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Edvard Nalbandyanın "nalbəndlik" həvəsi
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Ermenistan’ın Azerbaycan Topraklarını İşgalinin Ağır Sonuçları
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Cavid VELİYEV
Doğu ve Batı’yı birleştirecek stratejik hat
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft