Koalisiya qüvvələrinin İŞİD-ə qarşı apardığı əməliyyatlar hələ 3 il davam edə bilər.
Modern.az saytının məlumatına görə bunu İŞİD-ə qarşı mübarizədə iştirak edən hərbi qüvvələrin baş komandanı Ceyms Terri deyib.
O, Pentaqonda jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, İŞİD-ə qarşı mübarizədə səbrli olmaq vacibdir.
Generalın sözlərinə görə İŞİD-in mövqeləri artıq zəifləmək üzrədir.
Ceyms Terri qeyd edib ki, 1500 ABŞ hərbçisi yaxın vaxtlarda İŞİD-ə qarşı əməliyyatlarda iştirak etmək üşün İraqa gedəcək.
Qeyd edək ki, İŞİD Suriya və İraqda terror törətməkdə davam edir.
|