Azərbaycanın Qarsdakı konsulu Ayxan Süleymanlı PKK terrorçularının Türkiyədə Qars-Ərzurum-İqdır magistral yolunu bağlayaraq girov götürdüyü azərbaycanlılar barədə açıqlama verib.
Ayxan Süleymanlı ANS-in Türkiyə bürosuna verdiyi açıqlamada bildirib ki, terrorçular tərəfindən girov götürülən azərbaycanlılardan bəziləri konsulluğa müraciət edib.
Konsul digər azərbaycanlıları da konsulluğa müraciət etməyə çağırıb.
Ayxan Süleymanlının sözlərinə görə, Konsulluq girov götürülən azərbaycanlılarla bağlı lazımi tədbirlər görür.
|