AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Dövlət Komitəsi İctimai Televiziya ilə yeni layihəyə başladı - Video  •   Qarabağ həqiqətləri 13 dildə dünyaya yayılır   •   Etimad İsmayılovu qətlə yetirən iş adamı tutuldu  •   Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ məsələsi bizim üçün də eyni dərəcədə ağrılı problemdir  •   Azərbaycan Prezidenti: Bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək zirvədədir  •   Bakının bolşevik-daşnak işğalından azad edilməsinin 100-cü ildönümü münasibətilə hərbi parad keçirilib  •   Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü olub  •   Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü olub  •   Ərdoğan: Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllinə dəstək verməyə davam edəcək  •   İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Sammitində çıxış edib  •   Apelyasiya Məhkəməsində 7 azərbaycanlı fəalın şikayətinə baxılıb  •   Nəsrin Sütudənin qeydsiz-şərtsiz azadlığa buraxılmasını tələb edilib  •   Əbülfəz Elçibəyin oğlu: “Biz onu həmişə narahat görürdük”  •   Təbrizin millət vəkili: “Urmu gölü Tehranda olsaydı, milli məsələyə çevriləcəkdi”  •   25 ildir işğal altında qalan Füzuli və Cəbrayıl . . .  •   Bakıdan Qubaya hərəkət məhdudlaşdırılır  •   Seysmologiya Xidmətindən Bakıdakı sürüşmə ilə bağlı XƏBƏRDARLIQ  •   Güney Azərbaycanın sementi hökumət tərəfindən Ermənistana daşınır  •   İrandan Azərbaycana narkotik gətirən mütəşəkkil dəstə ifşa olundu  •   Köçəryanın həbsdən buraxılmasının pərdəarxası – Paşinyanın Moskva ilə yeni uğursuz oyunu…  •  
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Prezident: Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha ciddi aparılmalı, bu böyük sosial bəlanın kökü kəsilməlidir
10/07/2018 Yazdır

Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha ciddi aparılmalı, bu böyük sosial bəlanın kökü kəsilməlidir.

Trend-in məlumatına görə, bunu iyulun 8-də Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun nitqində deyib.

Dövlətimizin başçısı qeyd edib ki, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha ciddi aparılmalıdır: “Aprel ayında formalaşmış yeni hökumət qarşısında bu vəzifə çox kəskin qoyulmuşdur. Bu xoşagəlməz hallara son qoyulmalıdır. Son illər ərzində böyük işlər görülüb və beynəlxalq təşkilatlar da bunu qeyd edir. Bu məsələ ilə məşğul olan beynəlxalq təşkilatların reytinqlərində Azərbaycan daim irəliyə gedir. Ancaq irəliləyiş olsa da, bu, bizi qane edə bilməz”.

İlham Əliyev bildirib ki, Azərbaycanda bu böyük sosial bəlanın kökü kəsilməlidir: “Bunu etmək üçün də imkanlar var. Həm güclü siyasi iradə, həm də indi bizim institusional mexanizmlərimiz var. Ən önəmlisi, kadr islahatı aparılır və aparılacaq. Hansı dövlət məmurları bu meyarlara uyğun gəlməyəcəklərsə onlar işdən çıxarılacaqlar və bunu bütün dövlət məmurları bilsinlər”.

Prezident deyib ki, korrupsiyaya, rüşvətxorluğa qarşı bundan sonra da çox ciddi mübarizə aparılacaq: “Biz elə etməliyik ki, korrupsiya hallarının baş verməməsi üçün institusional mexanizmlər işə düşsün. Biz bəzi müsbət meyilləri də görürük. Misal üçün, ictimai xidmətlər sahəsində “ASAN xidmət” korrupsiyadan tam azad bir qurumdur. “ASAN xidmət”ə 20 milyondan çox müraciət olunub və vətəndaşların bəyənmə əmsalı 100 faizə yaxındır.

Yəni, bunu etmək mümkündür. Sadəcə, siyasi iradə olmalıdır, bu da var və çox ciddi tədbirlər görülməlidir, o cümlədən cəza tədbirləri görülür və görüləcək. Ancaq onu da deməliyəm ki, bəzi hallarda inzibati cəza tədbirləri işləmir. Ona görə ən ciddi beynəlxalq təcrübə tətbiq edilməlidir”.

Dövlət başçısı əlavə edib ki, dünyanın aparıcı ölkələrində bu sahədə hansı yollarla mübarizə aparılırsa, Azərbaycanda da həmin yollarla mübarizə aparılmalıdır: “Əlbəttə ki, dövlət xərclərinə nəzarət gücləndirilməlidir. Müvafiq nazirliklərə göstəriş verilib, indi islahatlar aparılır və bütün dövlət qurumlarının rəhbərləri bunu bilsinlər və mənim tapşırıqlarıma əməl etsinlər”.


+ Benzer Haberler
» Dövlət Komitəsi İctimai Televiziya ilə yeni layihəyə başladı - Video
» Qarabağ həqiqətləri 13 dildə dünyaya yayılır
» Etimad İsmayılovu qətlə yetirən iş adamı tutuldu
» Azərbaycan Prezidenti: Bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək zirvədədir
» Bakının bolşevik-daşnak işğalından azad edilməsinin 100-cü ildönümü münasibətilə hərbi parad keçirilib
» Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü olub
» İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Sammitində çıxış edib
» Apelyasiya Məhkəməsində 7 azərbaycanlı fəalın şikayətinə baxılıb
» Nəsrin Sütudənin qeydsiz-şərtsiz azadlığa buraxılmasını tələb edilib
» Əbülfəz Elçibəyin oğlu: “Biz onu həmişə narahat görürdük”
» Bakıdan Qubaya hərəkət məhdudlaşdırılır
» Seysmologiya Xidmətindən Bakıdakı sürüşmə ilə bağlı XƏBƏRDARLIQ
» Güney Azərbaycanın sementi hökumət tərəfindən Ermənistana daşınır
» İrandan Azərbaycana narkotik gətirən mütəşəkkil dəstə ifşa olundu
» Köçəryanın həbsdən buraxılmasının pərdəarxası – Paşinyanın Moskva ilə yeni uğursuz oyunu…
» Təbrizdə türk dilinə qarşı yönələn qurultayın münsiflər heyəti istefa verib
» Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması regionumuz və ölkəmiz üçün mühüm addımdır
» Xəzəryanı ölkələrin XİN müavinləri payızda Azərbaycanda görüş planlaşdırır
» Bakıda silahlı insident: 1 ölü, 1 yaralı
» Təbriz Bələdiyyəsinin bütün idman komandaları ləğv edildi


 
Hava Vəziyyəti
You have an error in your SQL syntax; check the manual that corresponds to your MySQL server version for the right syntax to use near '12471' b='14601' c='meridian-az.com' d='entity_mapped'" />Meridian-az.com' at line 1