ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanın xarici işlər naziri ilə görüşüb.
Edvard Nalbandyan İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Andryö (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anje Kasprşiki qəbul edib.
Ermənistan mediasının məlumatına görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə dair bir sıra məsələlər müzakirə olunub.
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik İrəvanda keçirdiyi mətbuat konfransında bildirib ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün vaxtı hələlik müəyyənləşməyib:
“Prezidentlər hazır olarsa, istənilən vaxt bu görüşü təşkil etməyə hazırdırlar”./modern/
|