AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Primakov 40 erməni əsiri 70 azərbaycanlı ilə necə dəyişib?
01/07/2015 Yazdır

Qarabağ ermənisi Primakovun 70 azərbaycanlı girovu xilas etməsindən yazdı: “O, əsirləri Bakıya aparmaq üçün Yerevan aeroportunda gözləyirdi”.  

Erməni mənşəli fotoblogger, hazırda Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ ərazisində hüquq müdafiəçisi kimi tanınan Albert Voskanyan bir neçə gün öncə 86 yaşında vəfat edən rusiyalı siyasətçi Yevgeni Primakov barədə xatirələrini bölüşüb.

Dağlıq Qarabağ münaqişəsi zamanı əsir və girov düşmüş şəxslərin dəyişdirilməsi ilə məşğul olan Voskanyan Primakovu məhz bu kontekstdə xatırlayıb və öz bloqunda Primakovun Azərbaycan və Ermənistan arasında əsir və girovların dəyişdirliməsi üçün gördüyü səyləri qeyd edib.

“Bu hadisə 1996-cı ilin mayında olmuşdu. Müharibə 2 il idi ki, bitmişdi, lakin münaqişə tərəfləri “əks düşərgədə əsirlərimiz reallıqda göstəriləndən çoxdur”-deyə düşünərək biri-birilə əsir mübadiləsi aparmırdı.

Yevgeni Maksimoviç Primakov o zaman Rusiyanın xarici işlər naziri idi, üçtərəfli danışıqlar aparılırdı.

Yeltsin Primakova göstəriş vermişdi ki, Qarabağ məsələsi ilə diqqətlə məşğul olsun. Məslənin siyasi məqamlarında, məsələn, ATƏT-in, Rusiyanın sülh təşəbbüsləri barədə məqamlarda dayanmayacam. Yevgeni Maksimoviçin sayəsində çoxlu azərbaycanlı və erməni ailələrinə bayramın gəlməsi – doğmalarının girovluqdan xilas olunması barədə demək istəyirəm.

Primakov Heydər Əliyevlə danışıqlardan sonra Bakıdan Yerevana 40 erməni hərbi əsir və girovu gətirdi.

Bundan sonra, Robert Köçəryan və Levon Ter-Petrosyanla danışıqlar başlandı və prosesə Vladimir Nikolayeviç Kazimirov da qoşuldu... Dağlıq Qarabağda təxminən 60 əsir və girov var idi ki, onları da Azərbaycan tərəfinə təhvil vermək üçün Qırmızı Xaç Komitəsinin maşınlarında Yerevana gətirdik.

Hər iki tərəfdən Qırmıız Xaç Komitəsinin maşınları və təyyarələri cəlb olunmuşdu. Dərhal Yerevan aeroportuna getdik, orda bizi Kazimirov gözləyirdi. Bilirdik ki, Primakov da Yerevan aeroportundadı. O, təyyarə ilə Bakıya aparmaq üçün Qarabağdan gətiriləcək 60 və Ermənistan ərzaisində saxlanılan daha 10 azərbaycanlı girovun gətirilməsini gözləyirdi. Qeyd etməliyəm ki, əsgir və girov azərbaycanlılar arasında ləzgilər, ruslar, ukraynalılar və tatar da var idi.    

Bütün əsirlər (həm azərbaycanlı, həm də erməni) Beynəlxalq Qırmızı Xaç Komitəsinin sənədlərində öz ölkələrinə qaytarılmaları barədə razılıq verdiklərini imzaları ilə təsdiq etməli və konkret yollandıqları ünvan barədə məlumat verməli idilər. Azərbaycanlı əsirlər sənədə qol çəksələr də, bir “İvanov” soyadlı rus bundan imtina etdi və Ermənistanda qalmaq istədiyini bildirdi. Yevgeni Primakov “imtinaçı” ilə söhbətə başladı.

Bu zaman Yevgeni Maksimoviç mənə sualedici nəzərlə baxdı, mən özümü təqdim etdim və mənim ağzımdan çıxdı: “Mənə daha 5 dəqiqə verin.. məsələni həll edim”. 15 dəqiqə sonra təyyarə artıq hava idi.

Bu günə qədər həmin girov mübadiləsini “Primokov sayağı – hamını-hamıya” mübadiləsi adlandırırıq. Doğrundan da, onlarla ailənin doğmaları ilə qovuşması bu onun şəxsi xidmətidir”. 

Qeyd edək ki, Yevgeni Primakov azərbaycanlıların yaddaşında daha çox Qarabağ faciəsi və qanlı 20 yanvar təcavüzü ilə qalıb. Bu hadisələr biləvasitə rəhbərlik edən Yevgeniy Primakov sovet partiya və “KQB” sistemlərinin yetişdirmiş olduğu siyasətçi idi.

SSRİ-nin dağılması ərəfəsində gələcək Rusiya maraqlarının təminatı olan etnik-ərazi münaqişələrinin də bir çoxu məhz onun rəhbərliyi altında təşkil olunmuşdu. Postsovet ölkələrdəki milli hakimiyyətlərin devrilməsi zamanı isə Primakov bir zamanlar casusu olduğu Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru idi və öz çirkin əməllərini artıq qlobal miqyasda həyata keçirirdi./modern/

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8082
 GBP :  2.1115
 TRY :  0.0522
 EUR/USD :  1.0636
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft