AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : 27 ildir işğalda qalan Laçın...  •   Gürcüstana ən çox səfər edənlər Azərbaycan vətəndaşlarıdır  •   “Ərdəbil səhiyyə turizmində Azərbaycan Respublikasının vətəndaşlarına üstünlük verir”  •   Bakıda ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının iclası keçiriləcək  •   Marağa Universitetindən uzaqlaşdırılan azərbaycanlı öyrənciyə hələ də təzyiqlər davam edir  •   Əcnəbi kürəkənlər - Qızlarımız onlarda nə görüb...  •   “Bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür”   •   Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin xatirəsini yad edir  •   Bu gün Güneydə Azərbaycan Öyrəncisi Günüdür  •   Səudiyyə Ərəbistanından Azərbaycana gələn turistlərin sayı artacaq  •   Təbriz bazarında yanğın olub, xəsarət alanlar var - Foto  •   Mübariz Qurbanlı: “Azərbaycanda birgə nikahdan olan ermənilər də yaşayır”  •   Kanadanın yeganə xanım həkim-anestezoloqu - O, azərbaycanlıdır  •   Xaçmazda tullantı suları birbasa Xəzər dənizinə axıdılır  •   Avropa İttifaqının səfiri: “Azərbaycan öhdəliklərə əməl edib, saziş imzalanacaq”  •   Möhsün Fruzan və həyat yoldaşı saxlanılıb  •   İsrail səfirinin müavini: “Azərbaycan yəhudilər üçün nadir ölkələrdəndir” - MÜSAHİBƏ  •   Nadir Qazipur: Urmu gölünün canlandırılması üçün daha 10 milyard kubmetr suya ehtiyac var  •   Qazın yeni güzəştli limiti necə hesablanacaq? - Tarif Şurasından AÇIQLAMA  •   Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimləri başlayıb - Foto  •  
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Qarabağ həqiqətləri 13 dildə dünyaya yayılır
20/09/2018 Yazdır

Son illərdə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, işğalçı Ermənistanla informasiya savaşında üstünlüyün əldə edilməsi istiqamətində mühüm addımlar atılır.

Prezident İlham Əliyev iştirak etdiyi bütün beynəlxalq toplantılarda Ermənistanın işğalçı siyasətini dünyaya bəyan edir, Heydər Əliyev Fondu isə ölkəmizə qarşı həyata keçirilən təcavüzü, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini beynəlxalq ictimaiyyətə çatdırır. Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycan gerçəklikləri bu gün dünyada yayımlanır, ölkəmizin ictimai, siyasi, mədəni mənzərəsi yüksək səviyyədə təbliğ olunur.

Dövlət başçısı "ən yaxşı müdafiə hücumdur” taktikasını irəli sürəndən sonra müasir texnologiyaların imkanlarından yararlanan yeni nəslin nümayəndələri Azərbaycan reallığını dünyaya yaymağa başladılar. Dağlıq Qarabağın hələ də işğal altında saxlanıldığını, müharibənin iqtisadiyyatımızla yanaşı, milli-mədəni abidələrimizə vurduğu ziyanlar, bir milyondan çox soydaşımızın düşdüyü acınacaqlı durumu, bir sözlə, dünyaya əsl həqiqətlərimizin çatdırılması işində "Qarabağ TV”nin də xidmətləri var.

İnternet televiziyasının təsisçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin sözlərinə görə, kanal fəaliyyətə başladığı gündən əsas hədəfi dünya mediasına Azərbaycan həqiqətlərini və Qarabağın erməni işğalında olması faktını göstərmək, virtual dünyada erməni informasiya müharibəsini neytrallaşdırmaq və daha çox xarici jurnalistlərin TV-nin nümayəndəsi olmasına zəmin yaratmaq idi.

Hazırda Cənubi Amerikada aktiv iş qurduqlarını söyləyən Z.Əliyev deyir ki, Ekvadorda politoloq Vladimir Perez, Venesuela Bolivar Respublikasında Guillermo Miguelena və Kolumbiya Respublikasında jurnaist və iş adamı Omar Salcedo rəsmən "Qarabağ TV”nin nümayəndəsi olaraq fəaliyyətə başlayıblar.

Z.Əliyev bildirdi ki, Avropa və ABŞ-da, Türkiyə, İran və Yaxın Şərq ölkələrində də nümayəndəlik açmaq barədə danışıqlar aparılır: "Qısa müddət ərzində ABŞ-ın, Avropanın, Rusiyanın və Ukraynanın xəbər saytlarında Qarabağ həqiqətləri, Azərbaycana qarşı erməni təcavüzü, Xocalı soyqırımı, BMT-nin Ermənistan tərəfdən icra olunmayan qətnamələri və digər mövzulara dair məqalələrimiz dərc edilib. 30 il ərzində Ermənistanın işğalçı siyasəti nəticəsində doğma yurdlarından qaçqın və məcburi köçkün düşmüş 1 milyondan çox soydaşımızın səsini, Qarabağ tarixi barədə dünyaya əsl həqiqətləri göstərmək üçün "Qarabağ TV” verilişlər və araşdırma yazıları http://www.karabakh-tv.org/ saytı vasitəsilə 13 dildə dünyaya yayılmaqda davam edir”.

Onun sözlərinə görə, Azərbaycan diasporunun da "Qarabağ TV”yə böyük mənəvi dəstəyi var. Almaniya, Amerika, İsveç, Danimarka, Rusiya, Türkiyə, İsrail, Fransa və digər ölkələrdə yaşayan azərbaycanlılar "Qarabağ TV”nin könüllülləri olaraq fəal işləyirlər: "Biz "Qarabağ TV” olaraq informasiya lobbisi sistemini qurmuşuq və yaxın gələcəkdə artıq dünyanın əksər ölkələrində xarici jurnalistlərdən ibarət lobbimiz yaranacaq.

Bu gün google və digər axtarış sistemlərində, "facebook”, "twitter” və digər şəbəkələrdə "Qarabağ TV”nin məlumatları, paylaşımları əl çatan səviyyədədir. "KarabakhTV” haştağı ilə daha çox insanın Qarabağ barədə məlumat əldə etməsinə nail olmaqdayıq. Bizim düşmənimizin özünü güclü sayması zamanı sona çatıb. Hazırda "Qarabağ TV” və komandası, ətrafında olan dostları və diasporumuz vasitəsilə onların informasiya müharibəsi neytrallaşır. Biz dayanmaq niyyətində deyilik və hədəfimiz Şuşadan canlı yayım etmək və qələbə xəbərini dünyaya yaymaqdır” - deyə təsisçi vurğulayıb./azerbaijan-news.az/


+ Benzer Haberler
» 27 ildir işğalda qalan Laçın...
» Gürcüstana ən çox səfər edənlər Azərbaycan vətəndaşlarıdır
» “Ərdəbil səhiyyə turizmində Azərbaycan Respublikasının vətəndaşlarına üstünlük verir”
» Bakıda ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının iclası keçiriləcək
» Əcnəbi kürəkənlər - Qızlarımız onlarda nə görüb...
» “Bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür”
» Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin xatirəsini yad edir
» Səudiyyə Ərəbistanından Azərbaycana gələn turistlərin sayı artacaq
» Təbriz bazarında yanğın olub, xəsarət alanlar var - Foto
» Mübariz Qurbanlı: “Azərbaycanda birgə nikahdan olan ermənilər də yaşayır”
» Kanadanın yeganə xanım həkim-anestezoloqu - O, azərbaycanlıdır
» Xaçmazda tullantı suları birbasa Xəzər dənizinə axıdılır
» Avropa İttifaqının səfiri: “Azərbaycan öhdəliklərə əməl edib, saziş imzalanacaq”
» Möhsün Fruzan və həyat yoldaşı saxlanılıb
» İsrail səfirinin müavini: “Azərbaycan yəhudilər üçün nadir ölkələrdəndir” - MÜSAHİBƏ
» Nadir Qazipur: Urmu gölünün canlandırılması üçün daha 10 milyard kubmetr suya ehtiyac var
» Qazın yeni güzəştli limiti necə hesablanacaq? - Tarif Şurasından AÇIQLAMA
» Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimləri başlayıb - Foto
» Süleyman Süleymanlı dünya ikincisi oldu
» İlham Əliyev: “Əfsuslar olsun ki, bu qətnamələr yerinə yetirilmir”


 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8964
 GBP :  2.1611
 TRY :  0.2805
 EUR/USD :  1.1155
YAZARLAR
İbrahim NƏBİOĞLU
PARASELS VƏ GECƏ QONAĞI (Avstriya Gündəliyi – 2)
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Tiflisdəki bəyanatlarda kənar izlər
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Cavid VELİYEV
Armenia’s Untimely Preconditions on Nagorno-Karabakh Conflict
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft