AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» “Qarabağ”la bağlı monitorinq: Rusdilli mediadan gözlənilməz mövqe
13/07/2014 Yazdır

Milli Məclisin deputatı, Mətbuat Şurasının Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Cavanşir Feyziyevin rəhbərliyi ilə mətbuatda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yazılanların monitorinqi layihəsinin icrası davam etdirilir.

Martın 1-dən start verilən layihə çərçivəsində iyun ayı ərzində də respublikada nəşr olunan 17 qəzet və 21 onlayn media monitorinq olunub.

Monitorinq çərçivəsində qəzetlərin və on-line medianın Dağlıq Qarabağ münaqişəsinə necə yer ayırması öyrənilib.

İyun ayının yekunlarına əsasən, monitorinq olunan mətbuat orqanlarında Dağlıq Qarabağ münaqişəsi haqqında 2084 məqalə dərc olunub. Yazılardan 1466-ı (70,3 faiz) on-line mediada, 618-i (29,7 faiz) isə yazılı mətbuatda gedib.

Mart, aprel və may ayları ilə müqayisədə iyun ayında həm yazılı, həm də online mediada problemlə bağlı xəbərlərin sayının azaldığı müşahidə edilib.

Məsələn, may ayında monitorinq olunan mətbuat orqanlarında Dağlıq Qarabağ münaqişəsi haqqında 2891 məqalə dərc olunmuşdu. Yazılardan 2255-i (78 faiz) on-line mediada, 636-i (22 faiz) isə yazılı mətbuatda getmişdi.

Aprel ayında isə monitorinq olunan mətbuat orqanlarında Dağlıq Qarabağ münaqişəsi haqqında 2254 məqalə dərc olunmuşdu. Yazılardan 1643-ü (72,9 faiz) on-line mediada, 611-i (27,1) isə yazılı mətbuatda getmişdi.

İyun ayı üzrə monitorinq olunan qəzetlərdən mövzu ilə bağlı ən çox məqaləni dərc edən “Yeni Azərbaycan” (61 məqalə), “Həftə içi” (54 məqalə) və “Yeni Müsavat” (53 məqalə) qəzetləri olub.

Xatırladaq ki, may ayında ilk üçlükdə “Azadlıq”(62 məqalə) «Yeni Müsavat» (59 məqalə),  “525-ci qəzet” (58 məqalə), aprel ayında «Yeni Müsavat» (56 məqalə), “Yeni Azərbaycan” (56 məqalə) və “Üç nöqtə” (55 məqalə) qəzetləri qərarlaşmışdı.

Ən az məqalə “Bakinskiy raboçiy” (20 məqalə)  ”Exo“ (9 məqalə) və həftəlik “Reytinq” (5 məqalə) qəzetlərində dərc olunubdur.

Xatırladaq ki, may ayında də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ən az məqaləni rus dilində nəşr edilən “”Exo“ (8 məqalə) və “Bakinskiy raboçiy” (2 məqalə) qəzetləri vermişdi. Bu baxımdan ölkədə nəşr olunan rusdilli qəzetlərdə Dağlıq Qarabağ münaqişəsinə az yer ayrılması xüsusi narahatlıqla qeyd edilməlidir.

İyun ayı üzrə On-line mediada isə ilk üçlükdə isə yenə də AzərTAc, Trend və APA agentlikləri yer alıb. Bu informasiya agentliklərinin saytlarında müvafiq olaraq 153, 133, 127 xəbər yer alıb.

May ayındakı üçlük də APA, Trend, AzərTAc idi. Bu informasiya agentliklərinin saytlarında müvafiq olaraq 195, 193, 191 xəbər yer almışdı. Aprel ayındakı üçlük isə AzərTAc, (184 xəbər), Musavat.com (151 xəbər) və trend.az (131 xəbər) saytları idi. Ötən ayların təhlili göstərir ki, Azərbaycandakı on-line media quruluşları arasında ən çox məlumatları mütəmadi olaraq AzərTAc, Trend və APA agentlikləri verir.

Onlarla rəqabətə girməyə ancaq musavat.com saytı cəhd edir.

May ayı ərzində on-line mediada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ən az xəbəri isə ann.az, haqqin.az və newstimes.az saytları yayıb.

May ayı ərzində də isə on-line mediada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ən az xəbəri isə aznews.az, mediadforum.az və newstimes.az saytları yaymışdı.

Monitorinq çərçivəsində on-line medianın Dağlıq Qarabağ münaqişəsinə hansı aspektdən yanaşmasına da diqqət yetirilib. Bu zaman da maraqlı nəticə qeydə alınıb. Məlum olub ki, iyun ayı ərzində mətbuatda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yazılan məqalələrin 35 faizi atəşkəsin pozulması ilə bağlı olub. İkinci diqqətdə olan mövzu Xocalı soyqırımı ilə bağlı olub. Mətbuatdakı məqalələrin 21,0% -i bu mövzuya həsr edilib. Mətbuatın diqqət mərkəzində olan məsələlərdən biri də millət vəkili Qənirə Paşayevanın Birləşmiş Ərəb Əmirliklərinə səfəri zamanı Qarabağ məsələsini müzakirə etməsi olubdur.

Ümumilikdə ay ərzində münaqişə ilə bağlı dərc olunan məqalələrin 11 faizi bu mövzuda olub. Xəbərlərin 8 faizi isə Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzvlüyünün müqabilində 3 rayonun qaytarılması bərədə yayılan xəbərlərə həsr edilib. 15 İyun – Milli Qurtuluş günü ilə bağlı dərc olunan məqalələrdə də Dağlıq Qarabağ münaqişəsinə toxunulub (7 faiz). Böyük Britaniyada keçirilən Dəyirmi masada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan aparılan müzakirələr də mətbuatın diqqət mərkəzində olub (5 faiz). Məlumatların 13 faizi isə digər mövzularda olub.

Yazılı mətbuatda gedən məqalələrdə də ən çox yer ayrılan mövzu atəşkəsin pozulması halları ilə bağlı olub (29 faiz). Mətbuat Minsk Qrupu və digər sülhməramlı fəaliyyəti (19 faiz), Rusiyanın Dağlıq Qarabağ münaqişəsinə münasibəti (13 faiz), Xocalı soyqırımı (10 faiz), İsveçrə prezidentinin Azərbaycana səfəri zamanı münaqişəyə toxunulması (9 faiz), XIN-də bu mövzuda keçirilən görüşlər (7 faiz) və digər mövzular (13 faiz) olmuşdu. 

May ayında isə mətbuatda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yazılan məqalələrin 31 faizi atəşkəsin pozulması ilə bağlı olmuşdu. Şuşanın işğalının il dönümü mövzusu (18,0 faiz), Laçının işğalının il dönümü mövzusu (16,0 faiz), Minsk qrupu və digər sülhməramlı qurumların fəaliyyəti (11,0 faiz), Xocalı soyqırımı (9.0 faiz), ABŞ səfiri Riçard Morninqstarın atəşkəs rejiminin pozulmasına münasibəti (5,0 faiz) də mətbuatın diqqət mərkəzində saxladığı mövzular olmuşdu.

Monitorinq zamanı yazıların janra görə da təsnifatı aparılıb. Bu zaman münaqişə barədə ən çox məqalə dərc edən 2 qəzetin – “Yeni Azərbaycan” və “Həftə içi”nın məqalələri əsas götürülüb.

Məlum olub ki, “Yeni Azərbaycan” qəzetinin öz səhifələrində yerləşdirdikləri məqalələrin 46 faizi xəbər olub. Məqalələrin 40 faizi analitik-araşdırma, 9 faizi müsahibə, 5 faizi köşə janrında olub.

“Həftə içi” qəzetində isə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yazdığı məqalələrin 43 faizində xəbər janrına üstünlük verib. Məqalələrin 42 faizi analitik-araşdırma, 19 faizi müsahibə, 5 faizi köşələr olub. 

Monitorinq növbəti aylarda davam etdiriləcək və mətbuatın münaqişəyə yanaşmasındakı dəyişikliklər diqqətdə saxlanılacaq./modern.az/

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8152
 GBP :  2.1198
 TRY :  0.0523
 EUR/USD :  1.0678
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft