AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Qeyri-neft sektorunun inkişafında turizmin çəkisi artır
20/10/2014 Yazdır

Otelçilik sahəsində görülən işlər gələcəkdə Azərbaycanı bölgənin və dünyanın turizm mərkəzlərindən birinə çevirəcəkdir

Azərbaycanın paytaxtı Bakıda və regionlarda yüksək səviyyəli otellərin yaradılması ölkəmizin inkişafına investorların inamının təzahürüdür. İndi Azərbaycanda müxtəlif sahələrə böyük investisiyalar qoyulur, sənayenin inkişafı sürətlə gedir. Mən çox şadam ki, qeyri-neft sektorunun turizm sahəsinə də böyük həcmdə investisiyalar qoyulur.

Otellərin yaradılması, eyni zamanda, onu göstərir ki, Azərbaycana xaricdən gələn turistlərin marağı, ölkəmizin tarixi, mədəniyyəti ilə tanış olmaq üçün gələnlərin sayı artır və qonaqları yaxşı qəbul etmək üçün indi bütün imkanlarımız vardır. İnanıram ki, gələcəkdə Azərbaycana turistlərin gəlişi nəticəsində ölkəmiz dünyanın turizm xəritəsində də öz yerini tapacaqdır.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Avropa və Asiya arasında körpü rolu oynayan Azərbaycanda qeyri-neft sektorunun aparıcı sahəsi kimi turizmin inkişafı da başlıca prioritetlərdəndir. Buna əyani misal olaraq, ölkəmizdə otel biznesinin daha da inkişafı üçün kompleks tədbirlərin reallaşmasını, o cümlədən ötən 10 il ərzində 20-yə yaxın beşulduzlu otel də daxil olmaqla, çoxsaylı turizm komplekslərinin, istirahət mərkəzlərinin istifadəyə verilməsini göstərmək olar.

Elə təkcə Bakı şəhərində “Excelsior”, “Kempinski”, “Hilton”, “Marriott”, “Four Seasons”, “Jumeirah”, “Fairmont” və sair kimi beşulduzlu otellərin istifadəyə verilməsi turizmin inkişafına geniş imkanlar yaradır, paytaxtımızı turizm mərkəzlərindən birinə çevirir. Ən fərəh doğurası məqamlardan biri də budur ki, Prezident İlham Əliyevin müxtəlif illərdə imzaladığı sərəncamlarla həyata vəsiqə alan regional inkişaf üzrə Dövlət Proqramlarının uğurla icrası, sahibkarlığa, sahibkarlara göstərilən dövlət dəstəyi, ölkədə əlverişli investisiya mühitinin yaradılması turizmin inkişafı baxımından artıq bölgələrimizin də mərkəz şəhərimizlə “ayaqlaşmasına” gətirib çıxarıb.

Son illər regionlarda dünyaca məşhur brend otellərin istifadəyə verilməsi deyilənlərə əyani sübutdur. Belələrinə nümunə kimi Qubada Qudyalçayın sahilində inşa olunan “Rixos Quba Azerbaijan” otel kompleksini göstərmək olar. Yüksək keyfiyyətli müxtəlif xidmətlərin göstərildiyi otel kompleksi maraqlı memarlıq üslubunda tikilib. Avanqard və modern memarlıq üslublarının sintezi əsasında inşa edilən binanın interyerinin tərtibatında xaricdə hazırlanan mebel və aksessuarlardan istifadə olunub.

Turistlərin Heydər Əliyev Beynəlxalq Aeroportundan “Rixos Quba Azerbaijan” otelinə çatdırılması üçün özəl VİP servis və helikopter xidməti göstərilir. Bu otel kompleksi yeddimərtəbəli əsas binadan, 16 villadan, üç restoran və bir gecə klubundan, əyləncə parkından, qolf sahəsində və digər müasir xidmət obyektlərindən ibarət olmaqla 210 hektar ərazini əhatə edir. Oteldə tennis kortu, voleybol, basketbol, mini futbol sahələri də yaradılıb. Villalar 7 otaqdan ibarətdir.

Bundan əlavə, sauna, masaj otağı, idman salonu, ev kinoteatrı, istirahət otağı, terraslar və digər xidmət infrastrukturu müştərilərin ixtiyarına verilir. Otelin “The Challette” restoranı isə yüksəklikdə - mənzərəli ərazidə yerləşir. Restorana getmək üçün kanat və avtomobil yolları var. Restoran qonaqlara müxtəlif çeşiddə yeməklər təklif edir. Ərazisi 2,6 hektar olan süni gölün ətrafında qurulmuş “Le Coquet” restoranında dəniz məhsullarından yeməklər hazırlanır. “Mosaic restaurant” isə otelin əsas iaşə obyekti kimi, qonaqlara səhər, nahar və şam yeməkləri təklif edir.

Eyni zamanda, bu restoranda dünya mətbəxinin ləziz nümunələri də müştərilərə təklif olunur. Şəkinin turizm potensialının göstəricisi olmaqla yanaşı, bu bölgənin imkanlarını bir daha nümayiş etdirən “Shaki Palace” oteli də müasirliyi ilə diqqət çəkir.

Otelin binası iki hissədən - aşağı və yuxarı korpuslardan ibarətdir. Müasir havalandırma sistemi ilə təchiz edilmiş otel kompleksinin eyni vaxtda 100 nəfərə xidmət göstərir. İki mərtəbədən ibarət birinci korpusdakı 7 otaqda qədim sənətkarlıq növü ilə məşğul olan sənətkarlar üçün emalatxanalar yaradılıb. Burada istehsal olunmuş məhsulların satışı üçün əlavə xidmət obyektləri də var. Birinci korpusda ailə üçün nəzərdə tutulan 11 xüsusi nömrə, eyni zamanda, fitnes mərkəz də fəaliyyət göstərir.

Korpusun üst hissəsinin meydançasında qış mövsümü üçün restoran və qarşısında yay mövsümü üçün 100 yerlik açıq terras var. Burada, həmçinin konfrans-sərgi zalı və çay evi də yaradılıb. Üç mərtəbədən ibarət əsas korpusda isə ümumilikdə 34 nömrə fəaliyyət göstərir ki, bunlardan ikisi üçotaqlı və dördotaqlı olmaqla VİP, ikisi ikiotaqlı, qalanları isə standart nömrələrdir. Oteldə 40 və 50 yerlik restoranlar da fəaliyyət göstərir.

Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Şamaxı rayonunda istifadəyə verilən “Şamaxı Palace Platinum By Rixos” oteli də öz müasirliyi ilə seçilən turizm obyektlərindəndir. Ölkəmizdə bu cür komplekslərin sayının çoxalması Azərbaycanın iqtisadi gücün nümayiş etdirməklə yanaşı, həm də respublikamıza gələn turistlərin sayının artmasına zəmin yaradır. “Şamaxı Palace Platinum By Rixos” oteli təkcə Şamaxı rayonu üçün deyil, bölgə üçün də əhəmiyyətli turizm obyektidir. Mükəmməl infrastruktura malik bu otel kompleksindəki şərait böyük turizm potensialına malik olan Şamaxıda turistlərin yüksək səviyyədə qəbulu üçün geniş imkanlar açır.

Oteldə müxtəlif kateqoriyadan olan nömrələr ən müasir tələblər səviyyəsindədir və yüksək dizaynı ilə seçilir. Bütün bunlar sübut edir ki, paytaxt Bakı ilə yanaşı, regionlarda da müasir turizm və istirahət obyektlərinin, mehmanxana komplekslərinin tikilib istifadəyə verilməsi Azərbaycanda bu sahənin inkişafına göstərilən diqqətin nəticəsidir. Bu çərçivədə “Şamaxı Palace Platinum By Rixos” otelində yaradılan gözəl şərait Azərbaycanda mehmanxana biznesinin inkişafını və qeyri-neft sektorunda bu sahənin xüsusi çəkisinin getdikcə artdığını bir daha təsdiqləyir.

Azərbaycanın turizm mərkəzinə çevrilən Qəbələ rayonunda isə bir neçə otel fəaliyyət göstərməkdədir. Bunlardan birincisi “Qafqaz Karvansaray” otel kompleksidir. Təkcə Qəbələ rayonu deyil, bölgə üçün də əhəmiyyətli turizm obyekti olan bu kompleks mükəmməl infrastruktura malikdir. Kompleksin təchizatı da ən müasir standartlara uyğundur. Oteldə qonaqların rahat istirahəti üçün hər cür şərait yaradılıb. Dördmərtəbəli otelin zirzəmi hissəsində avtomobil qarajı, camaşırxana, hovuz və digər yardımçı otaqlar vardır.

”Karvansaray” otel kompleksi 139 super otaq, 12 ailəvi otaq, 6 kral otağı və 2 əlillər üçün otaq olmaqla 159 otaqdan ibarətdir. Oteldə, həmçinin qapalı üzgüçülük hovuzu, kişi və qadınlar üçün bərbərxana və gözəllik salonları, iki türk hamamı, iki buxar hamamı, iki SPA, iki trenajor zalı, bilyard və tennis zalları, iki sauna və massaj otaqları vardır. Kompleksdə 150 nəfərlik restoran, iclas və konfranslar keçirmək üçün zallar və uşaqların istirahət otaqları fəaliyyət göstərir.

Qəbələdəki digər beşulduzlu “Qafqaz Sport Hotel”i yeddimərtəbəli əsas korpusdan və kotteclərdən ibarətdir. Oteldə ümumilikdə 98 nömrə, o cümlədən kral dairəsi, 12 suit və əlillər üçün bir otaq var. Nömrələrdə qonaqların yüksək səviyyədə istirahəti üçün hər cür şərait yaradılıb. Bütün otaqlar rəqəmli seyf, minibar, havalandırma sistemləri, peyk televiziya və beynəlxalq telefon xətləri, simsiz internetlə təchiz edilib.

Otelin hər bir restoranına, barına və iclas zallarına qiymətli daşların adı qoyulub. Buradakı 300 nəfərlik “Lapis” iclas zalı bütün lazımi texniki avadanlıqla təchiz olunub. Zalda konfranslar, iclaslar, seminarlar, təqdimat mərasimləri keçirilir. Otelin 134 yerlik “Mirvari” restoranında əsasən səhər yeməyi verilir. Burada, həmçinin sifarişlə işləyəcək 170 yerlik “Safir a la carte”, eləcə də konfranslar, seminarlar və el şənliklərinin təşkil edildiyi 180 yerlik “Firuzə” restoranları da var. Restoranlarda qonaqlar Azərbaycan və dünya mətbəxinin ləziz təamlarını dada bilirlər. Oteldə zəngin menyu təqdim edən bir neçə bar, eləcə də qapalı hovuz da fəaliyyət göstərir.

Otelin idman, ayrıca SPA və sağlamlıq mərkəzi, fitnes zalı, sauna, türk hamamı, masaj otaqları, bərbərxana, gözəllik salonu və vitamin-barı da qonaqların xidmətindədir. Otelin ərazisində yüksək standartlara cavab verən, ailəvi istirahət üçün hər cür şəraitə malik 21 kottec də inşa olunub.

Qəbələnin səfalı Yengicə kəndində yerləşən Qafqaz Yengicə Termal Hotel və SPA” kompleksi isə 9 hektar sahədə inşa edilib. Müxtəlif çeşidli yüksək xidmətlərin göstəriləcəyi altımərtəbəli otel kompleksi gözəl memarlıq üslubunda tikilib. Oteldəki 61 nömrədə qonaqların rahat istirahəti üçün hər cür şərait yaradılıb. Otel kompleksində müxtəlif toplantı və konfransların keçirilməsi üçün geniş imkanları olan zal, müasir restoranlar şəbəkəsi də fəaliyyət göstərir.

Restoranlarda turistlərə Azərbaycan və dünya mətbəxinin nümunələri təqdim olunur. Kompleksdəki nömrələr müxtəlif kateqoriyalıdır. Bu nömrələr ən müasir tələblər səviyyəsindədir və yüksək dizaynı ilə seçilir. Oteldə uşaqların da istirahətinin təşkili üçün lazımi şərait yaradılıb. Qonaqların vaxtlarını səmərəli keçirmələri üçün nəzərdə tutulmuş xüsusi idman zallarında isə müştərilərə təqdim olunan xidmətlər çoxçeşidliliyi ilə fərqlənir. Müxtəlif trenajorlar, müasir idman avadanlığı və hovuzlar qonaqların istirahət imkanlarını daha da artırır.

Regionların sosial-iqtisadi inkişafı layihələri çərçivəsində istifadəyə verilən turizm obyektləri sırasında adları sadalananlarla yanaşı, Gəncədə “VEGO”, Naftalanda “Chinar Hotel & SPA Naftalan”, “Naftalan Hotel by Rixos”, “Qarabağ SPA and Resort”, Qusarda “Şahdağ”, “Pik Palas”, Qaxda “El Resort”, Tovuzda “Ayan Palace” otellərini, Şəmkirdə “Excelsior Hotel Shamkir”, Şəkidə “Green Hill İnn” mehmanxanalarını və sairi də göstərmək olar. Təbii ki, bütün bunlar qeyri-neft sektorunun, xüsusən də turizmin inkişafına gözəl nümunələrdir.

Dövlət başçısı İlham Əliyevin də dəfələrlə qeyd etdiyi kimi, otellərin tikintisi ölkədə gedən ümumi proseslərin təzahürüdür. Çünki əgər ümumi inkişaf olmasaydı və Azərbaycan indi dünya mərkəzlərindən birinə çevrilməsəydi, bu otellərin tikintisinə ehtiyac olmazdı. Burada əlbəttə ki, investorların fəaliyyəti də yüksək qiymətləndirilməlidir. Əgər Azərbaycanda hərtərəfli sosial-iqtisadi inkişaf müşahidə edilməsəydi, investorlar üçün əlverişli imkanlar yaradılmasaydı, sahibkarlara dövlət dəstəyi olmasaydı, bu nailiyyətlərə imza atmaq da qeyri-mümkün olardı.

Bu gün Azərbaycan bölgənin iqtisadi, siyasi, enerji mərkəzi rolunu oynamaqdadır. Tam əminliklə demək olar ki, görülən işlər, həyata keçirilən layihələr gələcəkdə Azərbaycanı bölgənin və dünyanın turizm mərkəzlərindən də birinə çevirəcəkdir.

Əli Zülfüqaroğlu

Yazı İqtisadiyyat və Sənaye Nazirliyinin Azərbaycan Mətbuat Şurası ilə birgə jurnalistlər arasında elan etdiyi “Azərbaycan sənayesi yeni inkişaf mərhələsində” adlı yaradıcılıq müsabiqəsinə təqdim edilir

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8082
 GBP :  2.1115
 TRY :  0.0522
 EUR/USD :  1.0636
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft