AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Qubadlı rayonunun ermənilər tərəfindən işğalından 22 il ötür - Foto
31/08/2015 Yazdır

31 avqust Qubadlı rayonunun işğal günüdür.

1993-cü ildə Azərbaycanın cənub-qərbində yerləşən Qubadlı Ermənistan Silahlı Qüvvələri tərəfindən zəbt olunub. İşğal nəticəsində rayonun 95 yaşayış məntəqəsi talan edilib və yandırılıb. Dağlıq əraziyə, əlverişli coğrafi şəraitə malik Gəyən və Yazı düzü, Həkəri, Bərgüşad çaylarının vadisində yerləşən Qubadlının sahəsi 826 kv.km-dir.

Hazırda rayonun 50 minədək əhalisi dədə-baba yurdundan uzaqda, respublikanın 47 bölgəsində məcburi köçkün həyatı yaşayır. 
Qubadlı əslində, erməni təcavüzü ilə Qarabag münaqişəsindən bir qədər əvvəl üzləşmişdi. 1988-ci ildə Qərbi Azərbaycandan deportasiya edilən soydaşlarımızın ilk qaçqın dalğası Qubadlıdan keçib.

Dağlıq Qarabağla Ermənistan arasında yerləşən Qubadlının strateji əhəmiyyətini başa düşən erməni təcavüzkarları müharibənin ilk günlərindən rayonu işğal etmək niyyətində olublar.

Qubadlı Ermənistanla 120 km məsafədə həmsərhəddir.  Artıq 1989-cu ilin sonlarından Qubadlı hər gün düşmənin hücumlarına məruz qalırdı. Qüvvələr qeyri-bərabər olsa da, Qubadlının özünümüdafiə dəstələri, yerli əhali ermənilərin qarşısına sipər çəkmişdi. Təəssüf ki, təcavüzün qarşısını sonadək almaq mümkün olmadı.

Qubadlının işğalı zamanı rayondan olan 238 nəfər şəhid, 146 nəfər isə əlil olub. İşğaldan sonra BMT Təhlükəsizlik Şurası tərəfindən verilən 874 saylı qətnamə ilə təcavüzkarlardan zəbt olunmuş torpaqların boşaldılması tələb olunsa da, Ermənistan buna məhəl qoymayıb.

Üzümçülük, baramaçılıq, taxılçılıq, heyvandarlıq, tütünçülük, rayon iqtisadiyyatının əsasını təşkil edirdi. Qubadlıda üzüm  emalı, yağ-pendir zavodları, quşçuluq fabriki, balıqyetişdirmə vətəgəsi, daş karxanası və mərmər sexi fəaliyyət göstərib. İşğala qədər rayonda 21 orta, 15 səkkizillik, 15 ibtidai, 2 texniki-peşə, 2 musiqi məktəbi, 7 məktəbəqədər müəssisə vardı.

Qubadlıda 111 mədəni-maarif və 25 məişət, 33 səhiyyə müəssisəsi, 125 ticarət, 96 iaşə, 21 rabitə obyekti işləyirdi. Qubadlı rayon Tarix-diyarşünaslıq muzeyində 5 mindən çox nadir eksponat toplanmışdı. İşğal zamanı ermənilər Qubadlıdan minlərlə ton taxıl, tütün məhsulu, on minlərlə iri və xırdabuynuzlu mal-qara, yüzlərlə kənd təsərrüfatı texnikası, avtomaşınlar müsadirə edib.

Təcavüzkarlar Qubdalının qədim mədəniyyət abidələrini  tar-mar ediblər. Qubadlıda 13160 hektar dövlət meşə fondu sahəsi vardı. Meşələrdə yaşı 160 ildən 1600 ilədək olan Şərq çinarları, saqqız ağacı təbiət abidəsi kimi dövlət qeydiyyatına alınaraq qorunurdu. Qubadlı Dövlət Təbiət Yasaqlığı, Bəsitçay Dövlət Təbiət Qoruğu isə qiymətli fauna və flora növlərinə malik idi.

Əldə olunan faktlar emənilər həmin qiymətli təbii sərvətlərimizi talan etmələrindən xəbər verir. 4-cü əsrə aid «Gavur dərəsi»ndəki ibadətgah, 5-ci əsrin yadigarları «Qalalı» və «Göyqala» abidələri, 14-cü əsrdə tikilmiş «Dəmirçilər tübəsi», Hacı Bədəl və Laləzar körpüsü kimi qədim tarixi abidələrin dağıdılmadığına da inam qalmayıb.   

Hazırda Azərbaycanın işğal altındakı Qubadlı rayonuna Suriyadan gələn ermənilər qanunsuz olaraq məskunlaşdırılır. Dağlıq Qarabağdakı separatçı rejim və Ermənistanın birgə planı olan qanunsuz məskunlaşdırılma ilə bağlı Azərbaycan tərəfi öz etirazını bildirib. Bu gün Suriyadan gələn ermənilər üçün Qubdalıda evlər də tikilir.  

Ermənilər Quabdalının adını dəyişərək ona “Sanasar” adı veriblər./modern/

 

 

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8205
 GBP :  2.1193
 TRY :  0.0522
 EUR/USD :  1.0709
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft