AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» "Ahıska Türkləri heç zaman Gürcüstan dövlətinə qarşı mənfi addımlar atmayıblar"
26/10/2014 Yazdır

Qənirə Paşayeva Ahıska Türklərinin problemlərinin Azərbaycanda da narahatlıqla qarşılandığını bildirib

Millət vəkili, Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri Qənirə Paşayeva moderator.az-a açıqlamasında bu ölkədəki ahıska türklərinin üzləşdiyi son problemlərlə bağlı çalışmalarından bəhs edib:

"Mən Gürcüstanla telefonla əlaqə saxladım, həm ahıska türkləri ilə, həm də gürcü kökənli bəzi deputat həmkarlarımla danışdım. Təbii ki, bu hamımızı narahat edən bir məsələdir. Mənimlə söhbətlərində ahıska türklərinin təmsilçiləri də dedi ki, seçkilərdən öncə yerli rəhbərlik onlara söz verib ki, bir zamanlar tarixi məscid olmuş həmin abidənin bərpasıyla bağlı addım atılacaq. Ona görə də ahıska türkləri indi deyir ki, həmin o tarixi məscid bərpa olunsun və seçkidən öncə verilən vəd yerinə yetirilsin.

Mən də gürcüstanlı millət vəkili olan həmkarlarıma da bunu söylədim ki, bunu etmək əslində çox gözəl bir addım olardı. Çünki ahıska türkləri Gürcüstanın vətəndaşlarıdır və onlar heç zaman Gürcüstan dövlətinə qarşı mənfi addımlar atmayıblar. Tam əksinə, onlar sovet dönəmində haqsızlığın qurbanı olublar və öz doğma ev-eşiklərindən sürgün ediliblər. Nəticədə onların məscidləri də başqa təyinatlar üçün istifadə olunub. Ona görə də bu gün həmin tarixi məscidin restavrasiyasına icazə verilməsi çox müsbət addım olardı və ahıska türkləri tərəfindən də müsbət qarşılanardı.

Mən bildirdim ki, Azərbaycanda da xeyli ahıska türkləri olan qardaşlarımız yaşayır və onlarla bağlı məsələlər bizim üçün də çox həssasdır. Yəni deputat həmkarlarımın diqqətinə çatdırdım ki, bu xəbərlər Azərbaycanda da çox həssaslıqla izlənilir və narahatlıqla qarşılanır. Ona görə də yaxşı olardı ki, bu məsələ özünün müsbət həllini tapsın.

Xüsusi olaraq vurğuladım ki, Ermənistan Cavaxetiyada hansı təxribatlara əl atır. Abxaziya və Cənubi Osetiyada da baş verənlər hamımıza bəllidir. Amma Gürcüstan vətəndaşı olan azərbaycanlılar və ahıska türkləri heç zaman separatizmlə məşğul olmayıblar. Azərbaycan və Türkiyə də Gürcüstanın ən çətin anlarında Gürcüstanın yanında olaraq onu dəstəkləyiblər. Ona görə də təbii ki, bu kimi məsələlərin müsbət həlli Azərbaycanda da, Türkiyədə də insanlarda razılıqla qarşılanardı.

 Ahıska türklərinin vətənə dönüş haqları da tanınıb. Ahıska türklərinin öz vətənlərinə dönməsi, orada yaşaması və məskunlaşması Avropa Şurası qarşısında Gürcüstanın öhdəliklərindən biridir. Bu insanlar vaxtilə çox böyük haqsızlıqla üzləşiblər, illər sonra o haqları hələ indi-indi əldə edirlər ki, öz tarixi yurdlarına, evlərinə dönsünlər. Ona görə də həmin tarixi məscidin bərpasına icazə verilməsi doğru addım olardı. İnanırıq ki, Gürcüstanın rəsmi şəxsləri də bu məsələyə həssas yanaşacaqlar və problem özünün müsbəıt həllini tapacaq.

Bir halda ki, klub və ya kitabxana tikmək üçün başqa münasib yerlər var, o zaman bir topluma məxsus tarixi abidənin bərpasına icazə verilməsi Gürcüstan dövlətinin dini inancından asılı olmayaraq öz vətəndaşına eyni münasibətin göstəricisi kimi qəbul edilə bilər. Onu da deyim ki, Ahıska türkləri mənə Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri kimi müraciət etmişdilər. Onlar xahiş etmişdilər ki, siz də bu dostluq qrupunun rəhbəri kimi köməyinizi əsirgəməyin. Mən də təbii ki, bu mövzuları gürcüstanlı həmkarlarımla telefon danışığında ətraflı çatdırdım. Xahiş etdim ki, onlar da əllərindən gələn dəstəyi əsirgəməsinlər, bu məsələnin müsbət həlli üçün lazımi instansiyalar qarşısında məsələ qaldırsınlar.

 Onu da deyim ki, AŞPA-nın son sesiyasında da mən Ahıska türklərinin bütün təmsilçiləriylə orada görüşmüşdüm. Orda da vurğuladım ki, ahıska türkləri bizim qardaşlarımızdır, onları narahat edən məsələlər bizi də narahat edir. İnşallah ümid edirik və çağırırıq ki, Gürcüstanın dövlət rəsmləri bu məsələnin müsbət istiqamətdə həlli üçün lazımi addımları atacaqlar.”

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8198
 GBP :  2.1173
 TRY :  0.0522
 EUR/USD :  1.0705
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft