AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» "Azərbaycan Prezidentinin və dövlətinin xaricdə yaşayan soydaşlarımızla bağlı mövqeyi birmənalıdır"
27/12/2016 Yazdır

“Dünən  cənab Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bütün soydaşlarımızı təbrik edərək, onların  hər birinə firavan həyat və işlərində müvəffəqiyyətlər arzulayıb. Azərbaycan dövləti dünyanın hansı ölkəsində yaşamasından  asılı olmayaraq,  həmvətənlərimizə həmişə xüsusi diqqət yetirib, onların səmərəli  fəaliyyətini yüksək qiymətləndirib“.

Bunu APA-ya açıqlamasında Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov xarici ölkələrdə yaşayan azərbaycanlılarla bağlı  müzakirələrə münasibət bildirərkən deyib.

Ə. Həsənov xatırladıb ki, ümummilli  lider Heydər Əliyev hələ 2001-ci ildə keçirilmiş Dünya Azərbaycanlılarının I Qurultayında xaricdə yaşayan soydaşlarımıza müraciət edərək deyib:

“Azərbaycanda biz sizi özümüzün elçiləri hesab edirik, sizə çox ümidlər bəsləyirik, sizə arxalanırıq, sizi özümüzə dayaq hesab edirik. Sizin hər birinizə işlədiyiniz sahədə, gördüyünüz işdə, yaşadığınız yerlərdə uğurlar arzulayıram. Harada yaşamasından asılı olmayaraq, hər bir ailəyə, hər bir azərbaycanlıya xoşbəxt həyat və xoşbəxt gələcək arzulayıram”.

Ə. Həsənov qeyd edib ki, Prezident İlham Əliyev də ümummilli liderin xaricdə yaşayan soydaşlarımızla bağlı həyata keçirdiyi siyasətə həmişə sadiqliyini nümayiş etdirir və  həmvətənlərimizlə bağlı məsələlərə prinsipial şəkildə yanaşaraq  onları  daim diqqət mərkəzində saxlayır:

"Cənab Prezident  Dünya Azərbaycanlılarının II  Qurultayındakı çıxışında qeyd edib ki, dünyada yaşayan soydaşlarımız təşkilatlanır, yaşadıqları ölkələrin həyatında daha da fəal rol oynayırlar. Prezident qeyd edib ki, bu, həm onların mövqelərini möhkəmləndirir, eyni zamanda, müstəqil Azərbaycan Respublikasının mövqeyini gücləndirir, əhəmiyyətini artırır:

"Biz çox şadıq ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar o ölkələrin həyatında, iqtisadiyyatında çox mühüm rol oynayırlar və demək olar ki, artıq çox möhkəm mövqelərə malikdirlər”.

Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycan Prezidentinin və dövlətinin xaricdə yaşayan soydaşlarımızla  bağlı mövqeyi birmənalıdır və bu yanaşmada  həmvətənlərimizin  fəaliyyətinə yüksək qiymət öz əksini tapıb:

"Ona görə də hər hansı şəxsin xaricdə yaşayan azərbaycanlılarla bağlı fikirləri yalnız onun öz düşüncəsinin məhsulu olub fərdi mövqeyini ifadə edir və bununla bağlı  məsuliyyəti də  bilavasitə o özü daşıyır".

Ə. Həsənov xaricdə yaşayan soydaşlarımızı qarşıdan gələn həmrəylik günü və Yeni il bayramı münasibətilə təbrik edib,  onlara cansağlığı, xoşbəxtlik  və səadət arzulayıb.

Qeyd edək ki, Milli Məclis üzvü Astan Şahverdiyevin xaricdə yaşayan azərbaycanlılar barədə işlətdiyi ifadələr narazılıq doğurub və sosial şəbəkələrdə aktiv müzakirə olunmaqdadır.

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8152
 GBP :  2.1198
 TRY :  0.0523
 EUR/USD :  1.0678
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft