AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» "DESFA-nın SOCAR tərəfindən özəlləşdirilməməsi hökumətin fiaskosudur"
05/12/2016 Yazdır

"İslahatlar aparmaq niyyətində olmayan Yunanıstan hökümətininatdığı addımlar investorların ölkədənqaçışına səbəb olur".

Bu barədə Yunanıstan müxalifətinin lideri Kiriakos Mitsotakis deyib.

Siyasətçi buna misal olaraq DESFA-nın SOCAR tərəfindənözəlləşdirilməsi prosesini göstərib: "Baş nazir Aleksis Tsipras iqtisadi sahədə islahatların aparılmasında maraqlı deyil. Bu səbəbdən investorlar ölkədən qaçır. Sabiq energetika naziri Panos Skurletis SOCAR-la DESFA arasında danışıqların uğursuz nəticələnməsi üçün birbaşa məsuliyyət daşıyır. İnvestorların ölkədən qaçması hakimiyyətin fiaskosudur".

Qeyd edək ki, dekabr ayının 1-də SOCAR, Yunanıstanın Özəlləşdirmə Fondu və "Hellenic Petroleum S.A." şirkəti DESFA-nın özəlləşdirilməsi layihəsinə xitam verilməsi ilə bağlı açıqlama yayıblar. Açıqlamada deyilir: "SOCAR, Yunanıstann Özəlləşdirmə Fondu və "Hellenic Petroleum S.A." DESFA-nın 66%-nin özəlləşdirilməsi müddətini uzatmamağı qərara alıblar. 2013-cü il iyunun 21-də Yunanıstanın Özəlləşdirmə Fondu SOCAR-ı DESFA-nın özəlləşdirilməsi üzrə keçirilən tenderin qalibi elan edib.

Son iki ildə SOCAR Yunanıstan və Avropa Birliyi tənzimləyici orqanlarından özəlləşdirmənin təsdiqi, müvafiq tələblərin yerinə yetirilməsi, o cümlədən DESFA-da iştirak etmək üçün potensial alıcıların dəvət olunması istiqamətində işlər aparıb. SOCAR, İtaliyanın "Snam" və satıcılar DESFA-nın maliyyə vəziyyətinə və bazar dəyərinə təsir edən Yunanıstanın qanunvericiliyinə son dəyişikliklər fonunda qarşılıqlı məqbul olan həllin tapılması ilə bağlı son bir neçə ayda intensiv danışıqlar aparıblar.

Danışıqlar dostluq şəraitində keçib, Yunanıstan hökuməti və satıcılar hər zaman razılaşmaya münasibətdə dəstəkləyici və əməkdaşlıq mövqeyi tutublar. Lakin tərəflər investorların və satıcıların maraqlarına cavab verən qarşılıqlı məqbul kommersiya mexanizmi üzrə razılığa gələ bilməyiblər. Nəticədə, 2016-cı il noyabrın 30-da razılaşmaya xitam verilib".

SOCAR razılaşmanın dayandırılmasının Yunanıstanda və regionda gələcək investisiyalarına təsir etməyəcəyi qənaətindədir.

Yeri gəlmişkən, artıq DESFA-nın səhmlərinin alınmasına iki şirkət maraq göstərir. Yunanıstan mətbuatı yazır ki, vaxtilə DESFA-nın səhmlərinin alışına maraq göstərən Belçikanın "Fluxys" şirkəti yenidən aktivləşib.

Bununla yanaşı, Rumıniyanın "Transgaz" şirkəti də DESFA-da pay almaqda maraqlıdır.

Bildirilir ki, "Transgaz"ın rəhbərliyi artıq Afinada yüksək səviyyədə danışıqlar aparıblar və DESFA-nın özəlləşdirilməsi ilə bağlı keçirilən tenderdə iştirak etməkdə israrlıdırlar. Yerli mətbuat iddia edir ki, Rumıniya şirkəti DESFA-da pay almaq üçün 400 mln. avro ödəməyə hazırdır.

Mətbuat daha bir maraqlı detala diqqət yetirir. Belə ki, həm "Fluxys", həm də "Transgaz" DESFA ilə Əməkdaşlıq Memorandumu imzalayıb./apa/

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8198
 GBP :  2.1173
 TRY :  0.0522
 EUR/USD :  1.0705
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft