AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» "İranda qanunlar qadınlara qarşı zorakılığa zəmin yaradır"
29/10/2014 Yazdır

Güneyli psixiatr Simin Səbri İranda qadınlara qarşı kimyəvi turşu hücumları haqda danışıb

“İran İslam Respublikasının qanunvericiliyi qadınlara qarşı həyata keçirilən hücumlara zəmin yaradır. Hakimiyyət qorxu atmosferi yaratmaqla qadınları toplumdan uzaqlaşdırıb evlərində oturtmaq istəyir,” deyə güneyli psixiatr Simin Səbri Amerikanın Səsinə müsahibədə İranda qadınlara qarşı kimyəvi turşu (İran Azərbaycanında "əsid" deyilir) hücumları ilə bağlı təpkisini ifadə edir. 

Keçən həftələrdə İranın İsfahan şəhərində bir neçə qadın kimlikləri bəlli olmayan kişilər tərəfindən hücumlara məruz qalıblar. Kimyəvi turşu qadınların üzünü yandırıb.

Qadın haqları müdafiəçiləri hücumların sistematik şəkildə həyata keçirildiyini qeyd edərək hakimiyyət və hakimiyyətə yaxın qrupların bu hücumlara zəmin yaratdığını, eləcə də hadisələri önləmək istiqamətində hökümətin ciddi bir addım atmadığından şikayətlənirlər.

Simin Səbrinin fikrincə, qadınlara qarşı bu qorxunc hücumları həyata keçirən kişiləri cəsarətləndirən son vaxtlarda İranın İslami Şura Məclisində gündəmə çıxan qanun layihələri olub.

Güneyli fəal xüsusilə bu hücumlardan az müddət öncə parlamentdə müzakirəyə qoyulan “Əmr bil-məruf və nəhy ənil-münkər” (Yaxşılığa əmr etmə və pisliklərdən çəkindirmə) layihəsinə işarə edir.

Şiə şəriətində xüsusi önəm daşıyan “Əmr bil-məruf və nəhy ənil-münkər” qaydası əsasında müsəlmanlar başqa müsəlmanları yaxş işlər görməyə dəvət edib, onları pis işlərdən çəkindirməyə öhdəlidirlər. İranda din xadimləri və dövlət rəsmiləri həmin qaydaya istinad edərək əhalini xüsusilə standard hicaba uyğun bir şəkildə geyinməyən qadınlara xəbərdarlıq verməyə çağırırlar.

 

Simin Səbri qadınlara hücum edən kişiləri ideologiya xəstəsi kimi dəyərləndirir. “Məndən belə insanların ruhi xəstə olub olmadıqlarını soruşurlar. Bunlar ruhi xəstə deyil, inandıqları ideologiyanın xəstəsidirlər. Bu növ radikal şəxslər insanlara hücum edib cinayət törətməklə daha yaxşı bir dünya düzəldəcəklərinə inanırlar,” deyə güneyli psixiatr bildirir.

Onun sözlərinə görə, İran hakimiyyəti və qanunvericiliyi bu radikal qrupların fəaliyyətinə zəmin yaradaraq, qadınları hədəf halına gətirib onları toplumdan və iş yerlərindən uzaqlaşdırmaq istəyir. Qadınları evlərində oturmağa məcbur edir.

Güneyli fəal əhalinin gözləri önündə həyata keçirilən edam və şallaq hökmlərini də həmin siyasətin bir təzahürü kimi dəyərləndirir. O, qorxu atmosferi yaradaraq hökümət etməyi İran İslam Respublikasının əsas siyasəti hesab edir.

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8109
 GBP :  2.0991
 TRY :  0.0521
 EUR/USD :  1.0652
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft