AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» "Məktubları Dilqəmin yazdığına şübhə edirəm"
25/11/2016 Yazdır

Erməni girovluğunda saxlanılan azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevin ailə üzvləri onların səhhətindən narahatdılar.

Bunu Trend-ə D.Əsgərovun qardaşı Sahib Əsgərov bildirib.

Onun sözlərinə görə, həmin şəxslərlə görüşməyə və ya videogörüntü ilə onlarla danışmağa şərait yaradılması üçün Beynəxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinə müraciət etmələrinə baxmayaraq, indiyə kimi müraciət reallaşdılrılmayıb:

"İki il yarım müddətdə yalnız məktub vasitəsilə əlaqə saxlamışıq. Bu vaxta qədər məktubdan əlavə, 3 dəfə ona bağlama göndərmişik. İl yarım əvvəl mən və digər girov Şahbazın qardaşı Beynəlxalq Qızıl Xaç Komitəsindən tələb etdik ki, onlarla görüşmək üçün Şuşa Həbsxanasına getməyimizə şərait yaratsınlar. Hələ ki, bu məsələni həll edə bilmirlər.

Bundan başqa, 5-6 ay əvvəl Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə yenidən müraciət etdim ki, heç olmasa, qardaşımla görüntülü danışmağa şərait yaratsınlar. Çünki onun yazdığı məktublardan səhhətinin necə olduğu, hansı şəraitdə saxlanıldığı aydın deyil. Biz onun səhhəti ilə bağlı çox narahatıq. Məktublarında həmişə yazır ki, ağrılarım var, belim, başım ağrıyır.

Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyindən isə bizə deyirlər ki, onun ağrıları yaşı ilə əlaqədardır və saxlandığı yerdə məhdudiyyətlər qoyulub. Amma bilirəm ki, o, tutularkən yaralanıb. "Məhkəmə"sində də göstərdilər ki, axsayır. Ona görə də heç olmasa, qardaşımı üzbəüz görüb, onun səhhəti barədə özündən məlumat almaq istəyirəm".

S.Əsgərov bildirib ki, əvvəllər D.Əsgərov yazdığı məktublarda səhhəti barədə ətraflı məlumatlar yazsa da, son vaxtlarda aldığımız məktublarda o, bu barədə heç nə yazmır. Onun sözlərinə görə, məktubların Dilqəm tərəfindən yazılmasına da şübhə ilə yanaşırlar. Çünki D.Əsgərovdan gələn iki məktub rus dilində yazılıb. BQXK isə məktubun rus dilində yazılmasını komitənin oradakı nümayəndəsinin Azərbaycan dilində bilməməsi ilə əlaqələndirib:

"Onsuz da komitənin nə Bakıdakı, nə də Dağlıq Qarabağdakı nümayəndələri Azərbaycan dilində bilmirlər. Bunun nə fərqi var ki, Dilqəm məktubu hansı dildə yazır? Əvvəl Azərbaycan dilində yazırdı, amma sonra aldığımız iki məktub rus dilindədir. Son vaxtlar yazılan məktublarda isə bəzi şeylər silinir. Ona hər şeyi yazmağa imkan vermirlər".

S.Əsgərovun sözlərinə görə, bu vaxta qədər D.Əsgərova göndərdikləri bağlamalarda əsasən, onun xoşladığı şirniyyat və digər quru yeməklər olub:

"Əvvəlcə ona isti paltar göndərdik. Amma sonradan Komitədən də bildirdilər və özü də yazmışdı ki, isti paltar göndərməyin. Demək olar ki, ona ərzaq da göndərməyə imkan vermirlər. Guya deyirlər ki, Komitə onları lazım olan ərzaqlarla təmin edir. Komitə onlara verilən yemək və ərzaqların siyahısını bizə təqdim edib. Siyahıda göstəriblər ki, guya Dilqəmgilə kofe, ananas, banan verirlər. Amma bu, inandırıcı deyil".

Qeyd edək ki, 2014-cü ilin iyul ayında erməni xüsusi təyinatlıları tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunun Şaplar kəndində keçirilən əməliyyat zamanı öz ata-baba yurdlarını ziyarət etmək istəyən Azərbaycan vətəndaşı Həsən Həsənov öldürülüb, digər Azərbaycan vətəndaşı D.Əsgərov və əslən azərbaycanlı olan Rusiya vətəndaşı Ş.Quliyev girov götürülüb.

Dağlıq Qarabağda erməni separatçılarının qondarma rejimi tərəfindən qurulan saxta məhkəmənin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8152
 GBP :  2.1198
 TRY :  0.0523
 EUR/USD :  1.0678
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft