AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Rüstəm İbrahimbəyov: “Qafqaz trio”su və “vəhşi azərbaycanlılar” - Foto+Video
24/05/2018 Yazdır

Çox vaxt Azərbaycan haqqında səriştəsizlik və ya yumşaqlıq kimi sözlərdən istifadə olunur.

Bu yaxınlarda təsadüfən “Qafqaz trio”su  (rejissor – Eldar Şengel, Fuad İbrahimbəyov, ssenari müəllifi – Rüstəm İbrahimbəyov, 2015-ci il) filmini seyr etdim.

Filmin proloqunda uşaqlar qayadan çaya atılır. Onlardan biri – daha cəsarətlisi qorxaq dostunu ruhlandırır.

Daha sonra aydınlaşır ki, qorxaq uşaq – azərbaycanlı, filmin əsas qəhrəmanı qocaq uşaq – böyüyəndə oftalmoloq, yüksək peşəkar, həmçinin xeyirxah olan Bakı ermənisidir. Həkimlik sənətini Moskvada nümayiş etdirərək, eyni zamanda Bakıda atalığının ailəsində Azərbaycan soyad ilə istedadlı aktyor oğlu ilə yaşayır. Oğlu Moskvaya köçmək istəyir, lakin gələcək taleyini həll edən tamaşaya başı qarışır.

Xeyirxah həkim miras almaq üçün nədənsə bioloji oğlunun təcili surətdə həqiqi erməni soyadına keçməsini istəyir.

Və ən dəhtşətlisi də burada başlayır.

Qəddar azərbaycanlı kənd uşaqları bədbəxt aktyorun etnik köklərini öyrənəndən sonra onu quyuya ataraq daş-qalaq edirlər. Ekranda erməni ziyalısının türk vəhşilər tərəfindən zülmə məruz qalması öz əksini tapır.

Oğlunun itkin düşdüyü bilən ata qəhrəmancasına sərhədi keçərək həmin bədbəxt uşağa, Azərbaycanın neft ehtiyatlarını tükənməsini qabaqcadan xəbər verdiyi üçün işdən qovulan artıq yetkin kişiyə qonaq gedir. 

Qəddar azərbaycanlılar dərhal xeyirxah erməni gizlənən evi mühasirəyə alır. Elə həmin an buraya TV-dən müxbir də gəlir və bakılılar tərəfindən linç edilən ermənini kadra alır.

Bədbəxt yaşlı həkim döyülür – bunu sərhəd xidmətinin məmuru hava limanına gedərkən edir. məmur onu döyməkdən ləzzət alır, sanki bunu illərdir arzu edib.

Sonda isə əlavə etmək lazımdır ki, erməni kinematoqrafçılarının filmə heç bir aiddiyatı yoxdur.

Bu “dostluq” əsərinin rejissoru Eldar Şengeldir. O, gürcü kinosunun klassiki, 26 komissarları ilə bağlı filmində Bakıdan bəhs edən dahi Nikolay Şengelin oğludur.

Bu mövzu ilə bağlı Abxaziya haqqında heç bir ekran işi çəkməyən rejissorun özünü haqlı çıxarmaq üçün filmin ssenaristi, məşhur azərbaycanlı yazıçı, dramaturq Rüstəm İbarahimbəyova bəraət qazandırır.

Əsrin dörddə birini işğal olunmuş ərazilərin qaytarılması arzusu ilə yaşayan xalqın, əlləri, qolları kəsilmiş qan içində olan azərbaycanlı körpələrin fotolarını görməzdən gələn yazıçı İbrahimbəyovu bu gün yalnız bir problem narahat edir – erməninin Bakıda olmasının rahatlığı və təhlükəsizliyi.

Filmi seyr edərkən İbrahimnbəyovda azərbaycanlılara qarşı bir damla da sevgisi hiss olunmur. 

Hətta filmdə bir-birinə yaxın insanların münasibəti elementar əxlaqi və insani hislərdən məhrumdur. Filmə gənc aktyor illərdir ona atalıq edən kişidən bir anda üz döndərməsindən vicdan əzabı çəkmir, öz oğlu hesab etdiyi atalıq isə - bir anda oğlunun başqa kişiyə ata deməsini narahat etmir. Həmçinin o, buna şad olur: “Nəhayət ki, oğlum müdafiə olunacaq”.

Həqiqətdə isə həmin filmin müəllifi vasitəsilə bizə – nazirindən tutumuş aeroportdakı qeydiyyatçısına qədər alçaqlar kimi təqdim edən Azərbaycanda – heç kəs müdafiə oluna bilməz.

Bu filmdə yalnız bir adam yaxşı təqdim edilib. Moskvada erməni qoca qəhrəmanımızdan soruşur: Tamaşa neçə adlanır? – İbrahimbəyovun “İlmə” əsəri. – İbrahimbəyov? Bu ki, azərbaycanlıdır. – Bəli, bax belə insandır (baş barmağının yüksək tutaraq). 

Filmdə Moskva – bütün problemlərin həll olunduğu və hər kəsin xoşbəxtlik tapdığı məkandır. Ən sonda bu fikir daha dəqiq təqdim olunur: Bakıda bədbəxt azərbaycanlının ofisi darmadağın edilir (qəddarlar sevimli oyuncağı da sındırır), Moskvada isə getməyə cəsarəti olanları uğur gözləyir: publika yüksək alqış sədaları ilə pyesi alqışlayır. Mətnaltı məna aydındır: Bakıda bağlanmış ofis, Moskvadakı alqışlar – bütün bunlar müəllifin həyatındandır, onun sovet imperiyasının süqutundan təəsüfləndiyini göstərir.

Gürcü rejissorları buna nə vadar etdi?  

Hansı şüurlatı guşələrdən çıxış edərək azərbaycanlıları qəddar və alçaq kimi təsvir etmək arzusu yarandı? (Gürcüstanın hazırki prezidenti də Xocalı soyqırımı qurbanlarını yad etməkdən imtina edib) .

Rejissor tez-bazar hazırlanmış işi ilə Azərbaycan dilinə uyğun olmayan səsləndirmələrlə (rəsmi məmurun dilindən “növbətçi” sözü əvəzinə, “dejurnA” işlətməsi) aydındır ki, qarşısına heç bir incəsənət məqsədi qoymayıb. Bakılı millətçiləri iyrənc sifətləri ilə gürcülər oynayır. Filmdə azərbaycanlılardan yalnız ssenari müəllifinin yaxın qohumları oynamağa razılıq verib.

Filmdə personajlardan biri “ermənilər bizim bir nömrəli düşmənimizdir”, deyir. Burada müəllif Qarabağ münaqişəsinin əsas səbəbini nədə gördüyü aydın göstərir.

Səbəb Azərbaycanın işğal olunmuş əraziləri deyil, bu barədə filmdə bir söz belə deyilmir. İbrahimbəyovun fikrincə bunun əsas səbəbi – azərbaycanlıların ermənilərə qarşı izaholunmaz nifətidir.

Film vasitəsilə (ilk dəfə olmasa da) – özünü Böyük Ağ Çar qarşısında öz vəhşi həmvətənliləri fonunda humanist və cəsarətli göstərməsidir. İllər əvvəl müəllif bu “vəhşilərə” rəhbərlik etmək üçün prezidentliyə namizədliyini irəli sürmüşdü.

Bu cür sənətçilər – sovet imperiyasının tipik törəmələridir. Onlar arzulaqları minnətdarlıq və şəfqəti isə həmişə iyrənc qatışıqla alırlar.

İndiyə qədər Bakıda fəaliyyət göstərən və bu müəllifin rəhbərlik etdiyi bu təşkilat üzvləri görəsən hansı hisləri yaşayır?

Ayaz Salayev - Kinorejissor

Tərcümə: S.Xankişiyeva

/1news.az/

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8198
 GBP :  2.1173
 TRY :  0.0522
 EUR/USD :  1.0705
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft