AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Sədəqə yığaraq ailəsinə baxan Qarabağ qazisinin ürəkparçalayan hekayəsi - Video
20/12/2014 Yazdır
“Ay işığı” restoranının qarşı tərəfindən “Neftçilər” metrosuna tərəf gedən yolun üstündə əlil arabasında idi. Diqqətimi çəkdi, bu adam bu vaxta qədər gördüyüm səfil, dilənçi həyatı yaşayanlardan fərqli idi. Oturduğu əlil arabası belə hüzn, matəm, faciə təsiri bağışladı mənə. Ürəyimdə ağrının başlaması anında artıq mən  qarşıdakı dairədən geri dönürəm və onun bərabərinə bir qədər qalmış dayanıram.
 
Maşından düşmək istəyirəm. Güclü küləyin şimaldan qovub gətirdiyi sazaq üzümü yalayır. O isə bu soyuqda əynindəki gödəkcənin papağını başına çəkib, hərəkətsizdir.
 
Əlil arabasının təkərləri əyləclə bağlıdır və külək aparmasın deyə həm də səkiyə dirənib. Arabada isə ancaq bədəndən və başdan ibarət olan yarıminsan var. Qolları və ayaqları yoxdur; qolları dirsəkdən aşağı, ayaqları isə dizlərindən yuxarı – çanaqdan azca aşağı kəsilib.
 
Küləyin tuta biləcəyi yermi qalıb
 
Qarşısında çömbəlirəm, o isə yatıb. Bir neçə dəqiqə yanında dururam, o isə oyanmır. Küləyin vıyıltılı səsi ona laylamı çalır? Kameranı sifətinə “tuşlayıram”, bir-iki kadr çəkdikdən sonra səsləyirəm:
 
- Bəlkə durasan, axı soyuqdur, soyuq yatan adamı tez tutur.
 
Oyanır, yuxulu gözlərini kəsik qollarının ucu ilə silir, sonra çiyni bərabəri qaldırıb gərnəşir, quluncunu qırır, gülümsəyir:
 
- Küləyin tuta biləcəyi yerimmi qalıb?!
 
Fikir verirəm, bədən bütünlüklə əlil arabasının içində itib, bu araba həm də onun sığınacağıdır...
 
- Keçirdim, gördüm səni, dedim bir söhbət edim, - deyirəm və gödəkcəsinin döş cibinə bir manat qoyuram. Cib əskinaslarla dolub.
 
Təşəkkür edir:
 
- Allah əvəzini versin! - Əlimdəki kameraya, qələm-vərəqə baxır, hiss edirəm ki, mənim təkcə sədəqə vermək üçün onun yanında olmadığımı duyur.
 
- Sənə nə olub? Qəzaya düşübsən?
 
Əvvəlcə başı və gözləri, sonra isə dili ilə “yox” deyir:
 
- Müharibənin yadigarıdır, - deyir və üzünü yana çevirir.
 
Həkimlər düzgün müalicə etmədi
 
Bu onun danımaq istəməməsi deyil, üzünü küləkdən qoruması idi. Yerimi dəyişirəm ki, külək onu tutmasın.
 
- Yəqin minaya düşübsən?
 
- Yox, minaya düşməmişəm, yaralanmışdım, həkimlərin müayinəsi və vurduğu iynələr düzgün olmadı, çürümə baş verdi, əvvəlcə qollarımı, sonra isə ayaqlarımı kəsdilər.
 
- Bəs başqa orqanların, necə?
 
- Hər yerim bərbaddır - ciyərlərim, böyrəklərim, ürək nahiyəmdə ağrılar...
 
Səsi isə aydın və səlisdir. Təkcə zəhrimara qalmış külək əsməsəydi, daha aydın yazmaq olardı səsini:
 
- Sənin haqqında yazmaq istəyirəm, olar şəklini çəkim?
 
Yarım qollarla papağını başından geri atır, saçlarına sığal verir:
 
- Çək...
 
Çəkirəm və söhbətə davam edirik.
 
- Kimsən, nəçisən? Müharibəyə necə getdin? Harda vuruşdun?
 
Qorxurdum, müharibə qurtarar, vuruşa bilmərəm
 
Sualları ard-arda düzdüm... Yarımçıq qolları ilə bu dəfə əyin başına nizam verir:
 
- Adım Elnur, soyadım Əfəndiyev. 1976-cı ildə Ağsu rayonun Kalva kəndində doğulmuşam. Sevgililər günündə, fevralın 14-də. İndi iyun ayının 30-na keçiriblər sevgililər gününü. Elə həmin gündə, yəni 1993-cü ilin 30 iyununda da yaralanmışam. Orta məktəbdə oxuyanda dərs əlaçısı olmuşam. Çox təsadüf “4” almışam. Qiymətlərimin hamısı “5” olub. 8-ci sinifdə oxuyurdum, müharibə başlamışdı. Qərara gəldim ki, vuruşmalıyam, qorxurdum, müharibə qurtarar, vuruşa bilmərəm. Xəlvətcə məktub yazıb verdim əmim qızı Aişəyə. Dedim, mən gedəndən sonra verərsən bizə.
 
Bakıya gəldim. Bakıdan da qatarla Ağdama getdim. Yaqub Rzayevin - ona Ala Yaqub, Qatır Məmməd də deyirdilər - dəstəsinə qoşuldum. Yaqub dayı əvvəlcə məni dəstəyə götürmək istəmədi, “uşaqsan, çıx get”, - dedi. “Getməyəcəm”, - dedim. Qolumdan tutdu, apardı mindirdi maşına, sürücüyə də tapşırdı ki, mindir rayonlarına tərəf gedən bir maşına. Mən isə fürsət tapıb düşüb qaçdım, gizləndim, maşın gedəndən sonra yenidən dəstəyə gəldim. İnad olmağımı görüb axırda razılaşdı. Əvvəl istədilər əldə-ayaqda işləyim, arxa cəbhədə qalım. Amma düşmənlə üz-üzə gəlmək, onu məhv eləmək hissim məni bir an da tərk etmirdi. Beləcə vuruşdum. Düz 8 ay Yaqub dayının batalyonunda oldum...
 
Bizə sabah üçün lazımsan, bu gün sənsiz də keçinərik
 
- Sonra silah-sursatımız tükəndi. Elə əvvəldən də sursatımız az idi. Döyüşçülərimizdən yaralanan, şəhid olanlar da çox oldu. “Qarabağın müdafiə şahinləri” batalyonu idi adımız. Sonradan batalyon ləğv olundu. Bu zaman Milli Qəhrəman, rəhmətlik Şirin Mirzəyevin könüllülərdən ibarət batalyon yaratdığı xəbəri eşidildi. Biz bir neçə nəfər getdik onun yanına. Şirin Mirzəyev müharibənin allahı idi, onun əsgərlə davranışı, keçdiyi təlim, onlarda ruh yüksəkliyini qaldırması sözlə ifadə oluna bilməzdi. O, çox qısa zamanda güclü, döyüşkən bir könüllülər batalyonu yaratdı. Elə ordumuzun yaranması da demək olar buna. Onun sərkərdəliyi altında bir çox hərbi əməliyyatda iştirak etdim. Həm də onun gözünə görünmək istəmirdim. Hələ 16 yaşım tamam deyildi. Görsə idi, qovacaqdı. “Şahbulaq” batalyonunda Yavər adında kapitan vardı, mənim rota komandirim idi. Məni “Malış” çağırırdılar. Bir dəfə çağırdı yanına, dedi ki, komandir səni görmək istəyir. Şirin Mirzəyevi deyirdi. Getdim. Dedi ki, bala, sən hələ çox gəncsən, amma bizə sənin kimi qorxmaz, vətənsevər oğlanlar çox lazımdır. Ona görə də sən bizə sabah üçün lazımsan, bu gün sənsiz də keçinərik.
 
Pis olduğumu gördü. Saçımı sığalladı:
 
- Səni əsl döyüşçü, zabit kimi görmək istəyirəm. Ona görə də komandanlıqla danışmışam, göndərişlə gedirsən Naxçıvanski adına hərbi məktəbə, imtahan verib daxil olursan, sıralarımıza zabit kimi qayıdırsan. O vaxta qədər isə müharibəni udarıq, sən ərazimizi qoruyarsan.
 
Etiraz etməyimi görüb amiranə səslə dedi:
 
- Bu əmrdir, get hazırlaş!
 
Qalmaq üçün yalvardım. Dedi, yox, sənin məsələn həll olunub. Rəhmətlik istəmirdi tələf olam.
 
Surət Hüseynovun polku
 
- Beləliklə gəldim Naxçıvanskiyə, imtahan verdim, mənə güzəşt etdilər, birdən-birə 2-ci kursa qəbul etdilər. Bir il oxudum. Raport yazdım, müharibəyə getmək istədiyimi dedim, qala bilmirdim. Buraxmadılar. Şirin Mirzəyev minaya düşəndən sonra isə qala bilmədim, qaçdım cəbhəyə.
 
Şirin Mirzəyevdən sonra o batalyon da parçalandı. Hər kəs başqa-başqa batalyonlarda yerləşdirildi. Mən gəldim Yevlaxa, Surət Hüseynovun polkuna. Deyirdilər, onun yaxşı texnikası və silah-sursatı var, daima döyüşlərdə olurlar. Və başladım orada döyüşməyə. Sonra da Gəncə özünümüdafiə batalyonu vardı, komandiri Cavanşir idi, orada vuruşdum.
 
Fərrux dağına hücum
 
- Döyüş əməliyyatlarlndan hansını daha çox xatırlayırsan?
 
- Hamısını. Bir dəfə Fərrux dağını götürmək tapşırıldı. 30 nəfər idik. Gecə idi. Güclü qar yağmışdı. Ermənilər yüksəklikdə yatmışdılar. Səngərlərinə girdik. Postlarını ələ keçirdik. Hamısını qırdıq. Səhər kömək gözlədik. Gəlmədi. Ermənilərin isə şiddətli hücumu başladı. Uşaqlarımızın çoxu şəhid oldu. 3 gün saxladıq oranı. Aclıq, soyuq, sursat yox... 5-6 nəfər qaldıq, mühasirəni yarıb geri çəkildik.
 
Onu müharibəli günlərindən ayırıram. Bu günün real yaşamı haqda soruşuram:
 
- Elnur, bəs burda dayanırsan, sədəqə yığırsan, dövlətin qayğısı yoxdur ki sənə?
 
- 127 manat təqaüd alıram. Dərmanla yaşayıram. Dövlət nə etməlidir mənə, mən bilmirəm, ev verirlər, versinlər. Dilənirəm, toxunmurlar, buna da şükür. Hamı bilir ki, müharibə əliliyəm.
 
- Yəqin sənə sığınacaq veriblər.
 
- Yox, verməyiblər, Qaraçuxurda kirayə qalıram, 250 manata.
 
- Yəqin tək olursan.
 
- Yox, tək niyə? Ailəliyəm. Bir qızım da var.
 
- Sən yəqin ki, ayaqlarını itirməzdən öncə ailə qurmusan...
 
- Yox, ailə quranda elə 1-ci qrup ömürlük əlil idim. Yoldaşım qarabağlı qızıdır. Baxıcılıq edirdi. Yanına getmişdim. Xoşum gəldi. Sonra yenə də getdim. Diqqətli idi. Qarabağ qazisi olduğuma görə məni şikəst kimi görmürdü. Təklifimi qəbul etdi. “Sizlər vuruşanda bizə lazım idiz, bu gününzdə sizə sahib olmaq da bizim borcumuzdur”, - dedi. Toyumuz oldu.
 
Yaxşı iş quracam, mən mübariz adamam
 
- Necə dolanırsan?
 
- Millətimiz sağ olsun, sədəqə verirlər. Belə olmayacaq ki! Özümü təsdiq edəcəm. Yaxşı iş quracam, mən mübariz adamam, ümüdümü heç üzmürəm.
 
- Nə istəyirsən?
 
- Əgər mümkün olsa idi, mənə bir ticarət köşkü verərdilər, iş qurardım. 5-10 nəfər də dolanardı, evinə çörək aparardı. Amma kimdir kömək edən?
 
- Kim kömək etməlidir? Kimdən kömək umursan?
 
Elnurun gileyi özünü göstərir. İncikdir. İncikliyini biruzə də vermir:
 
- Qaqaşlar var e - cananlarının altına yüz min manata maşın qoyub, ev eşik alırlar. Nə olar, bizə də bir köşk qursunlar, cananları qaçmaz ki! Sabah döyüş olsa yenə də biz gedəcəyik, onlar arxada qalacaq...
 
- Necə gedəcəksən?
 
- Maşınım var, lyukunu açacam, protezimi geyəcəm ayağıma, bir pulamyot quraşdıracam və girəcəm döyüşə.
 
- Maşını veteran kimi almısan?
 
- Yox, mən heç  veteran da deyiləm. Sənədlərimi göndərmişəm MN-nə, Emin adlı biri var, ona. Müsbət cavab vermirlər. Deyirlər ki, sən döyüşə çağırışla getməmisən, özbaşına qaçıb getmisən. Qalmışam belə, nə edim? Maşını isə Neft Şirkətinin işçiləri orucluq bayramında fitrə kimi pul yığıb gətirmişdilər. Üstünü düzəldib, bir “Santafe” aldım.
 
Yaxşı oğlanlar var
 
Sonra bir qədər fikrə gedir, siqaret yandırdığımı görüb:
 
- Cibimdən siqaret götür ver.
 
Onun cibindən siqaretini götürüb ağzına qoyuram, yandırıram. Çəkir.
 
- Yaxşı oğlanlar var e... Ağsunun icra başçısı var, Ənvər müəllim, mənə İsmayllı tərəfdə Ağsu aşrımında yer verib. “Qarabağ Qazi Qardaşları” İstirahət mərkəzi tikdirirəm. Burdan pul dilənirəm, aya 1-2 min düzəldib göndərirəm ki, orada işləsinlər. Belə qalmayacaq ki! Amma o istirahət mərkəzinin sənədlərini düzüb qoşmq üçün məndən pul tələb edirlər. Deyirəm veteranam, deyirlər sənədini göstər... Yoxdur axı sənədim. Vermirlər.
 
Elnurla söhbətimiz zamanı bir neçə bahalı maşın saxlayıb ona sədəqə verir. Hiss edirəm ki, bu insanlar onun daimi müştəriləridir...
 
Faiq Balabəyli
/axar.az/
 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8152
 GBP :  2.1198
 TRY :  0.0523
 EUR/USD :  1.0678
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft