AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Səhiyyə naziri dövlət xəstəxanalarında seksopatoloji kabinetləri ləğv edib
15/04/2014 Yazdır

25 illik stajı olan təbibdən şikayət: “Doğrudanmı bizə həkim-seksopatoloqlar lazım deyil?!”

Seksual problemlərlə bağlı dövlət xəstəxalaraındakı həkimə müraciət edənlər artıq bu imkanı itirmiş sayılırlar. Belə ki, Azərbaycandakı dövlət xəstəxana və klinikalarında seksopatoloji kabinetlər ləğv edilib. 

Modern.az saytının araşdırması zamanı məlum olub ki, səhiyyə naziri Oqtay Şirəliyev bu haqda hələ 2009-cu ildə əmr veribmiş. Əmr verilməsinə baxmayaraq, bu yaxınlaradək bəzi tibb ocaqlarında həkim-seksopatoloq ştatları və seksopatoloji kabinetlər fəaliyyət göstərib.

Amm artıq belə kabinetlərin hamısı bağlanıb. İndi yalnız özəl klinikalara seksopatoloji kabiunetlər fəaliyyət göstərir.

Tanınmış həkim-seksopatoloq Xudaverdi Əliyev Modern.az saytına açıqlamasında bundan şikayətlənib. 

“Seksopatoloji xəstəliklər əvvəlki illərlə müqayisədə çox cavanlaşıb. Bu gün həkimə müraciət edən xəstələr arasında gənclər çoxluq təşkil edir. Təbii ki, xəstələr vaxtında həkimə müraciət etmədikləri üçün bir müddət keçdikdən sonra ciddi problemlərlə qarşılaşırlar.

Bunun bir səbəbi mental xüsusiyyətlə bağlıdır. Yəni insanlar seksopatoloqa müraciət etməkdən utanırlar. Ancaq onlar bilməlidir ki, müalicənin ləngiməsi xəstəliyin xroniki hala keçməsi ilə nəticələnir, nəticədə orqanizmdə müxtəlif fəsadlara yol açılır.

Ağır seksual problemləri olan posientlərdə, nikahda olan cütlüklərdə yaranan dishormoniyalı xəstələrə göstərilən köməklik, təəssüflər ki, dayana bilər. Çünki bu gün seksopatologiya sahəsinin öz adı altında fəaliyyət göstərməsinə qadağa qoyulub”, – deyə həkim-seksapatoloq qeyd edir.

X.Əliyevin sözlərinə görə, dövlət xəstəxana və klinikalarında seksapatoloji kabinetlərin ləğvi ucbatından pasientlər seksopatoloqun yanına deyil, terapevtin yanına getməlidirlər. 

“1989-cu ilin avqustundan səhiyyə nazirinin əmri ilə Bakı şəhərinin ən böyük xəstəxana və poliklinikalarında seksopatoloji kabinetlər təşkil olunub. Həmin vaxtdan 7 nömrəli şəhər poliklinikasında həkim-seksopatoloq vəzifəsinə təyin olunmuşam. Çünki Tibb Universitetini bitirdikdən sonra Sankt-Peterburqda bu sahə üzrə ixtisasartırma kursları keçmişəm.

Amma 2009-cu ildə səhiyyə nazirinin 119 saylı əmrinə əsasən həkim-seksopatoloq ştatı ləğv olunub və o, terapevt ştatı ilə əvəzlənib. Bu günə qədər öz ixtisası üzrə işləyən bir həkimin, 25 ildən sonra terapevt kimi fəaliyyət göstərməsi nə dərəcədə düzgündür, bunu başa düşə bilmirəm.

Üstəlik, axı həkim-seksopatoloqlar onsuz da seksopatoloji problemlərin terapiyası ilə məşğul olur. Baxın, bu gün apteklərdə yüzlərlə adda seksopatoloji preparatlar satılır. Amma bu dərmanları xəstələrə terapevtlər deyil, həkim-seksopatoloqlar təyin etməlidirlər”. 

Həkim-seksapatoloqun fikrincə, sahənin adının dəyişdirilməsi xəstələrin düzgün qərar çıxarmasında problemlər yaradır. 

“İnsan xəstəliklə bağlı hansı həkimə müraciət edəcəyini bilmir. Təsəvvür edin də, seksopatoloji problemlə seksopatoloqun yanına gələn xəstəyə deyirlər ki, get özünü terapevtə göstər. Yəni ilk addımda göründüyü kimi xəstə problemlə qarşılaşır”. 

X. Əliyev problemin  dərhal çözülməsinin vacibliyini vurğulayır: “Düzdür, mən hələ də həkim-seksopatoloq kimi fəaliyyət göstərirəm. Çünki bu, ixtisasımdır. Amma hələ 2009-cu ildə məsələyə ciddi etirazımı bildirmişəm. Həmin vaxt məni poliklinikanın kadrlar şöbəsindən çağırıb dedilər ki, narahat olmağa dəyməz, sən onsuz da seksopatoloji kabinetdə terapevt vəzifəsində həkim-seksopatoloq ixtisası üzrə işləyəcəksən.

Əmək kitabçamda da belə yazılıb. Lakin bir müddət sonra işlədiyim 7 saylı poliklinika təmirə bağlandı. 2014-cü ildə, yəni təmirdən sonra məlum oldu ki, həkim-seksopatoloq ştatı ləğv olunaraq terapevt ştatı ilə əvəzlənib. Mənim üçün çox maraqlıdır görəsən, bu ştatın ləğv olunması ölkəmizdə seksopatoloji xəstəliklərin və həmin xəstəliklə əlaqədar yaranan ailə problemlərinin qarşısını ala biləcəkmi?!”

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8399
 GBP :  2.1472
 TRY :  0.0526
 EUR/USD :  1.0823
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft