Berlində şahmat tacına iddiaçıların turniri davam edir. Bu gün X turun oyunları keçirilib.
Modern.az xəbər verir ki, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarovu ciddi sınaq gözləyirdi. Belə ki, şahmatçımız turun mərkəzi görüşündə yarışın hazırkı lideri Fabiano Karuana ilə üz-üzə gəlib.
Amerikalı rəqibinə qarşı ağ fiqurlarla oynayan Məmmədyarov qələbə təqdirində liderliyə yüksələcəkdi.
Lakin görüş heç-heçə nəticələnib.
|