AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Sergey Markov: ”Danışıqlar uğursuz olsa, Azərbaycanın hərbi yolla ərazilərini alacaq”
23/04/2016 Yazdır

“Ermənistanla sərhədlərin və kommunikasiyaların açılması qarşılığında Azərbaycan ərazilərinin boşaldılması Dağlıq Qarabağ konfliktinin həllində ən çox ehtimal edilən ilk addımdır”.   

Bunu Moskvadakı Siyasi Tədqiqatlar İnstitutunun direktoru, tanınmış politoloq, Rusiya Federasiyası İctimai Palatasının üzvü, prezident Putinin səlahiyyətli şəxslərindən (danışmanlarından) sayılan Sergey Markov bildirib.  

Onun sözlərinə görə, “Kazan formulu” da elə budur: “Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonları Azərbaycana qaytarır, qarşılığında isə Azərbaycan Ermənistanın iqtisadi blokadasını götürür. İki ölkə arasında iqtisadi və humanitar əməkdaşlıq, insanların yerdəyişməsi bütünlüklə bərpa olmalıdır.

Bundan əlavə, azad edilən rayonlar hərbsizləşdirilməlidir – hansı ki, Ermənistana sərfdir. Həmçinin, güc tətbiq edilməyəcəyi haqda müqavilə olmalı, zəmanət qismində sərhədlər boyu sülhməramlılar dayanmalıdır. “Kazan formulu” daha böyük ehtimalla reallaşacaq”. 

Politoloqun sözlərinə görə, ATƏT-in Minsk Qrupunun amerikalı və fransalı həmsədrləri bu formula düzəliş eləməyə çalışacaqlar ki, dinc nizamlanmada təkcə Rusiya iştirakçı olmasın: “Məsələ yalnız bu formulun bir sıra konkret parametrlərini razılaşdırmaqla bağlıdır. Birinci – neçə rayon qaytarılmalıdır. Ermənistan Dağlıq Qarabağı onunla birləşdirən Laçın rayonunu saxlamaq şərtilə 5 rayon təklif edir. Azərbaycan isə 6 rayon, üstəgəl, Laçının bir hissəsində təkid edir. Praktik problemlərdın biri budur”.

Ekspert daha sonra deyib: “Bundan əlavə, hər iki tərəf razıdır ki, Dağlıq Qarabağın statusuna dair danışıqlar başlamalıdır: “Ancaq bununla bağlı sənədin preamblua hissəsində gələcəkdə referendum keçiriləcəyi ilə bağlı qeyd olmalıdır. Detallarla bağlı diskussiya olacaq. Azərbaycan tələb edir ki, orada Dağlıq Qarabağ da daxil, Azərbaycanın ərazi bütövlüyünü nəzərdə tutan Madrid prinsipləri yazılsın.

Ermənistan isə deyir ki, “Əgər bəri başdan Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsi kimi nəzərdə tutulursa, referendumun nə anlamı var?” Ermənistan nə qədər ki, Dağlıq Qarabağda erməni əhalisi üstünlükdədir, maksimum tez zamanda referendum keçirilməsini istəyir. Yəni ki, “beyinlərdə müharibə”. Azərbaycan isə öncə köçkünlərin qayıdışı məsələsinin çözülməsi məsələsini qoyur ki, Dağlıq Qarabağın azərbaycanlı və erməni əhalisi referendumda bu və ya başqa qərarı birgə qəbul eləsinlər. İkinci praktik problem budur”.  

Politoloq ümumən, Qarabağ ixtilafının siyasi həlli yolunda əsas maneənin İrəvanın ona sərfəli status-kvodan imtina eləmək istəməməsi ilə bağlı olduğunu deyib.

“Kazan formulu” təkcə ona görə baş tutmayıb ki, sülh prosesinə müxtəlif baxışlar mövcuddur, həm də o səbəbə alınmayıb ki, Ermənistan ümumiyyətlə, bu kompromislər üçün elə də “əldən getməyib”, buna həvəs göstərməyib. İrəvan sadəcə, hər şeyin indiki kimi qalmasını istəyib.

Ancaq son döyüş əməliyyatları həm Ermənistan, həm Rusiya, həm Fransa və ABŞ rəhbərliyinə, həm də digər beynəlxalq təşkilatların nümayəndələrinə təsir edib və göstərib ki, bu cür boş oturmaq sonsuz davam edə bilməz. Əgər cari danışıqlar da uğursuz olsa, növbəti eskalasiya qaçılmaz olacaq və o zaman yəqin ki, işğal altındakı müəyyən ərazilər Azərbaycanın nəzarətinə qayıdacaq”, - deyə Markov işğalçı tərəfə xəbərdarlıq edib.  

“Yox, danışıqlar uğurlu olsa, regionda gərginlik azalacaq, onun iqtisadi resursları böyüyəcək” – politoloq qeyd edib.  

“Bu, həmçinin, Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə daha intensiv əməkdaşlığına zəmin yaradacaq. Sadalananlara yanaşı, nizamlama insanların daha intensiv yerdəyişməsinə stimul verəcək və bölgədə Rusiyanın təsirinin müəyyən dərəcədə artmasına gərirəcək” – politoloq əmindir.

Putinin danışmanının dəyərləndirməsinə görə, Qərbin aktual danışıqlarda konstruktiv rolu prosesə müdaxilə etməməkdən ibarət ola bilər: “Bildiyimiz kimi, ABŞ başqa təşəbbüslərə qarşı dözümlü deyil. Odur ki, Amerika tərəfdən prosesi tormozlayan təkliflərin olması mümkündür. Bu xüsusda Vaşinqtonun konstruktivliyi yalnız o olardı ki, “Kazan formulu”nun reallaşması yolunda təkərlər arasına ağac salmasın”.

“ABŞ və Fransadan fərqli olaraq, Rusiyada güclü erməni diasporu ilə yanaşı, güclü Azərbaycan diasporu da var – hansı ki, bir-birini tarazlayır. Bu da Rusiyaya imkan verir ki, Qarabağ məsələsində daha balanslı mövqe tutsun. ABŞ-ın prosesə müdaxiləsi ilk növbədə Amerikadakı erməni lobbisinin müdaxiləsi şəkilində olacaq - hansı lobbi ki, məsələdə Ermənistandakı toplum və hakimiyyətdəki “Qarabağ klanı”ndan da radikal mövqe sərgiləyir” - əlavə edib rusiyalı politoloq./musavat/  

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8198
 GBP :  2.1173
 TRY :  0.0522
 EUR/USD :  1.0705
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft